18 yanvar 2011-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.
Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə Ali Məhkəmənin Kollegiya sədrləri və Kollegiyalara yeni hakimlər təyin olunmuşdur. Ölkəmizdə bütün sahələri əhatə edən inkişaf məhkəmə-hüquq sahəsində də davam etdirilmişdir. Hakimlərin maddi təminatı yaxşılaşdırılmış, informasiya texnologiyaları bazası möhkəmləndirilmişdir. Ali Məhkəmədə baxılan işlərin keyfiyyəti və əvvəlki illərlə müqayisədə 2010-cu il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlmişdir.
Ali Məhkəmənin sədri eyni zamanda qanunun aliliyinin və məhkəmə hakimiyyətində şəffaflığın təmin olunması, insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində məhkəmələrin qarşısında duran vəzifələrdən danışmışdır.
Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2010-cu ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilmişdir.
Qeyd edilən məlumatlarla əlaqədar Plenumda geniş müzakirələr və təhlillər aparılmışdır.
Məruzə edən kollegiya sədrləri 2010-cu ildə kollegiyaların fəaliyyətində nəzərə çarpacaq irəliləyiş olduğunu qeyd etmişlər.
Ali Məhkəmənin hərbi kollegiyası istisna olmaqla mülki, inzibati-iqtisadi və cinayət kollegiyalarında 2010-cu ildə daxil olmuş işlər və baxılmış müraciətlər 2009-ci ilin müvafiq dövrü ilə müqayisədə artmışdır. Mülki kollegiyada 6,4 faiz, inzibati- iqtisadi kollegiyada 33,7 faiz, cinayət kollegiyasında isə 15,4 faiz artma müşahidə olunmuşdur. Hərbi kollegiyada isə 7 faiz azalma qeydə alınmışdır. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 10,1 faiz artmışdır.
Əgər 2009-cu ildə Ali Məhkəmədə cəmi 4 min 862 işə baxılmışdırsa, 2010-cu ildə 5 min 354 işə baxılmışdır. Bu da 2009-cu ildə baxılmış işlərlə müqayisədə 492 (10,1 faiz) iş çoxdur.
Ali Məhkəmənin Plenumunun 2010-cu ildə 7 iclası keçirilmiş, 48 qərar çıxarılmışdır.
2010-ci ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılmışdır.
Ali Məhkəməyə edilən müraciətlərdə azalma müşahidə olunmuşdur. 2009-ci ildə Ali Məhkəməyə 21 min 162 müraciət edilmişdirsə, 2010-cu ildə 18 min 918 müraciət edilmişdir ki, bu da 2 min 244 (10,6 faiz) müraciət azdır. Əlavə kassasiya şikayəti ilə bağlı müraciətlər isə 8,5 faiz azalmışdır.
Plenumda qeyd edilmişdir ki, bütün bunlar aşağı instansiya məhkəmələrinin əvvəlki illərə nisbətən çıxardıqları qərarlarda qanunvericiliyin daha düzgün tətbiq edilməsi və iş prinsipinin sabitliyi sayəsində mümkün olmuşdur.
Plenumda Ali Məhkəmənin 2011-ci ilin I yarısına dair iş planı təsdiq edilmişdir
Plenumda Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri müzakirə edilmiş, konkret cinayət və mülki işlərə baxılmışdır.
Plenum müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 yanvar 2011-ci il tarixli iclasında baxılmış cinayət və mülki işlər üzrə M Ə L U M A T
1. Camiyev Şəmsəddin Qürbət oğlunun Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 30 sentyabr 2010-cu il tarixli qərarı əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 20 sentyabr 2005-ci il tarixli qərarı və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 22 aprel 2005-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
2. Əliyev Namət Faiz oğlunun Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı 23 noyabr 2005-ci il tarixli yekun protokol qərarının 93 saylı Bərdə şəhər seçki dairəsinə aid hissəsinin ləğv edilməsi tələbinə dair mülki işə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 08 aprel 2010-cu tarixli qərarı əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 01 dekabr 2005-ci il tarixli qərarına yenidən baxılması zərurətinin olmaması qərara alınmışdır.
3. Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinə qarşı cəmiyyətin ləğvinə dair qarşılıqlı iddiası barədə mülki işə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 08 oktyabr 2009-cu il tarixli qərarı əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 29 oktyabr 2003-cü il tarixli qərarının, onunla əlaqədar Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 04 iyul 2003-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. Unibank Kommersiya Bankı ASC-nin Yusibova Nazilə Binyəmin qızına və qeyrilərinə qarşı tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Ç.A.Babayevin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi əsasında baxılmış, iş üzrə Səbail Rayon Məhkəməsinin 24 iyun 2008-ci il tarixli qətnaməsinə və onunla bağlı məhkəmə aktlarına yenidən baxılmanın rədd edilməsi qərara alınmışdır.
5. Bəkirov Azad Nəzər oğlu və Bəkirova Sevda Umud qızının Bəkirova Sahibə Ağamməd qızına qarşı övladlığa götürmənin ləğv edilməsi, uşağın valideynlərinə qaytarılması və doğum akt qeydiyyatında dəyişiklik edilməsi tələbinə dair mülki işə Bəkirova Sahibə Ağamməd qızının qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi əsasında baxılmış, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmanın rədd edilməsi qərara alınmışdır.
6.“Məşəl” kiçik müəssisəsinin direktoru Abdullayev Cəfər Turabxan oğlunun Behbudov Əhməd Mənsumalı oğluna və qeyrisinə qarşı qeyri qanuni zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddası, Behbudov Əhməd Mənsumalı oğlunun “Məşəl” kiçik müəssisəsinin direktoru Abdullayev Cəfər Turabxan oğluna və qeyrilərinə qarşı şəhadətnamənin, arayışın və sığınacaq aktının etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə Ə.M.Behbudovun qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın 13 mart 2009-cu il tarixli qərarına və bu qərarla bağlı digər məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmanın rədd edilməsi qərara alınmışdır.
7.Türkiyə Respublikasının “EMPA” inşaat sənaye və ticarət limited şirkətinin “Bakıkimyaəczasənaye” açıq səhimdar cəmiyyətinə qarşı hüquqi varis kimi tanınma tələbinə dair mülki işə maraqlı şəxs Türkiyə Respublikasının “U.P.S.” Tibb Cihazları Sənaye Kollektiv Şirkətinin nümayəndəsi Əhmədova Xalidə Baxşəli qızının əlavə kassasiya şikayəti əsasında baxlmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2010-cu il tarixli qərarları, bununla əlaqədar Bakı Apellyasiya Məhkəməsi MİÜK-nın 05.03.2010-cu il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2010-cu il tarixli qərardadı ləğv edilərək mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Cəbrayılova Təranə Dursun qızının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinə qarşı mülkiyyətində olan evin altındakı torpaq sahəsinin şəhadətnamə ilə mülkiyyətinə verilməsi tələbinə dair mülki işə T.D.Cəbrayılovanın qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 25 sentyabr 2009-cu il tarixli qərarına yeni açılmış hallar üzrə yenidən baxılmanın rədd edilməsi qərara alınmışdır.
9. Əliyeva Səmayə Əziz qızının Ağdaş rayon İcra Hakimiyyətinə qarşı əmlakın müvafiq icra orqanında qeydiyyata alınması tələbinə dair mülki işə S.Ə.Əliyevanın qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi əsasında baxılmış, iş üzrə məhkəmə aktlarına yenidən baxılmanın rədd edilməsi qərara alınmışdır.
10. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun Xanlar rayonu Üçtəpə Bələdiyyəsinə, Göygöl (Xanlar) rayon İcra Hakimiyyətinə və Məmmədov Şakir Səftər oğluna qarşı Xanlar rayon İcra Hakimiyyəti başçısının sərəncamının etibarsız hesab edilməsi, torpaq sahəsinin qaytarılması və torpaq sahəsindən çıxarılma tələbinə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun Xanlar rayonu Üçtəpə Bələdiyyəsinə və Göygöl rayon Aqrar İslahat Komissiyasına qarşı qərarın hissəvi ləğv edilməsi tələbinə dair mülki işə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun əlavə kassasiya şikayəti əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 17 may 2010-cu il tarixli qərarı və onunla əlaqədar Gəncə Apellyasiya Məhkəməsi MİÜK-nın 21 dekabr 2009-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
11. Xurşudov Əmirsultan Kərim oğlunun Əliyev Şərif Məclum oğluna qarşı torpaq sahəsinin Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilmiş cizgilərdə və həcmdə təmin edilməsi tələbinə dair mülki işə Ş.M.Əliyevin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi əsasında baxılmış, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 14 iyul 2010-cu il tarixli qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılmanın rədd edilməsi qərara alınmışdır.
18 yanvar 2011-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.
Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə Ali Məhkəmənin Kollegiya sədrləri və Kollegiyalara yeni hakimlər təyin olunmuşdur. Ölkəmizdə bütün sahələri əhatə edən inkişaf məhkəmə-hüquq sahəsində də davam etdirilmişdir. Hakimlərin maddi təminatı yaxşılaşdırılmış, informasiya texnologiyaları bazası möhkəmləndirilmişdir. Ali Məhkəmədə baxılan işlərin keyfiyyəti və əvvəlki illərlə müqayisədə 2010-cu il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlmişdir.
Ali Məhkəmənin sədri eyni zamanda qanunun aliliyinin və məhkəmə hakimiyyətində şəffaflığın təmin olunması, insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində məhkəmələrin qarşısında duran vəzifələrdən danışmışdır.
Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2010-cu ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilmişdir.
Qeyd edilən məlumatlarla əlaqədar Plenumda geniş müzakirələr və təhlillər aparılmışdır.
Məruzə edən kollegiya sədrləri 2010-cu ildə kollegiyaların fəaliyyətində nəzərə çarpacaq irəliləyiş olduğunu qeyd etmişlər.
Ali Məhkəmənin hərbi kollegiyası istisna olmaqla mülki, inzibati-iqtisadi və cinayət kollegiyalarında 2010-cu ildə daxil olmuş işlər və baxılmış müraciətlər 2009-ci ilin müvafiq dövrü ilə müqayisədə artmışdır. Mülki kollegiyada 6,4 faiz, inzibati- iqtisadi kollegiyada 33,7 faiz, cinayət kollegiyasında isə 15,4 faiz artma müşahidə olunmuşdur. Hərbi kollegiyada isə 7 faiz azalma qeydə alınmışdır. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 10,1 faiz artmışdır.
Əgər 2009-cu ildə Ali Məhkəmədə cəmi 4 min 862 işə baxılmışdırsa, 2010-cu ildə 5 min 354 işə baxılmışdır. Bu da 2009-cu ildə baxılmış işlərlə müqayisədə 492 (10,1 faiz) iş çoxdur.
Ali Məhkəmənin Plenumunun 2010-cu ildə 7 iclası keçirilmiş, 48 qərar çıxarılmışdır.
2010-ci ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılmışdır.
Ali Məhkəməyə edilən müraciətlərdə azalma müşahidə olunmuşdur. 2009-ci ildə Ali Məhkəməyə 21 min 162 müraciət edilmişdirsə, 2010-cu ildə 18 min 918 müraciət edilmişdir ki, bu da 2 min 244 (10,6 faiz) müraciət azdır. Əlavə kassasiya şikayəti ilə bağlı müraciətlər isə 8,5 faiz azalmışdır.
Plenumda qeyd edilmişdir ki, bütün bunlar aşağı instansiya məhkəmələrinin əvvəlki illərə nisbətən çıxardıqları qərarlarda qanunvericiliyin daha düzgün tətbiq edilməsi və iş prinsipinin sabitliyi sayəsində mümkün olmuşdur.
Plenumda Ali Məhkəmənin 2011-ci ilin I yarısına dair iş planı təsdiq edilmişdir
Plenumda Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri müzakirə edilmiş, konkret cinayət və mülki işlərə baxılmışdır.
Plenum müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
18 yanvar 2011-ci il tarixli iclasında baxılmış
cinayət və mülki işlər üzrə
M Ə L U M A T