4 mart 2011-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.
Ali Məhkəmənin sədri Ramiz Rzayev Plenum iclasını açaraq bildirmişdir ki, mənəvi dəyərlərə böyük zərbə vuran, qloballaşan dünyada bəşəriyyətin ümumi bəlasına çevrilən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində ölkəmizdə dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunmuş, bu məqsədlə bir sıra təşkilati-hüquqi və əməli tədbirlər həyata keçirilmişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, bu ağrılı bəlaya qarşı mübarizə ümumdövlət vəzifəsi hesab edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyun 2005-ci il tarixli Fərmanı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər hüquqi aktlar qəbul edilmişdir. Bu məqsədlə 2007-2012-cü illər üçün yeni “Proqram” təsdiq edilmişdir.
Plenumda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövrüyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” məsələ respublika hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə geniş müzakirə edilmiş, təhlillər aparılmışdır.
Müəyyən edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı işlərin baxılma keyfiyyəti əvvəlki illərə nisbətən xeyli yaxşılaşsa da, bu bəlaya qarşı mübarizə sahəsində müəyyən çatışmazlıqlar olduğu, bəzi birinci instansiya məhkəmələri tərəfindən cinayət işlərinə baxılarkən müəyyən xarakterli nöqsanlara yol verildiyi göstərilmişdir.
Plenum narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri üzrə qanunvericiliyin məhkəmələr tərəfindən düzgün və eyni cür tətbiq olunmasını, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün müvafiq qərar qəbul etmişdir.
Plenumda konkret cinayət və mülki işlərə də baxılmışdır.
Plenum müzakirə olunan məsələ və baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir.
Plenumun işində Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov, Baş Prokuror Zakir Qaralov, Daxili İşlər naziri Ramil Usubov və Prezident Administrasiyası Hüquq-Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərov iştirak etmişlər.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
04 mart 2011-ci il tarixli iclasında baxılmış
cinayət və mülki işlər üzrə
M Ə L U M A T
1.Alxazov Elnur Akif oğlunun Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə məhkum edilmiş şəxs E.A.Alxazovun vəkili A.N.Tixomirovun əlavə kassasiya şikayətinə baxılması təxirə alınmışdır.
2. Kərimova Flora Ələkbər qızının Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin yekunlarının etibarsız hesab edilməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarının ləğv edilməsi tələbinə dair mülki işə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 30 sentyabr 2010-cu il tarixli qərarı əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 25 noyabr 2005-ci il tarixli qərarına yenidən baxılması zərurətinin olmaması qərara alınmışdır.
3. Cəbrayılova Nonna Sergeyevnanın Cəbrayılov Teddi Eduardoviçə qarşı mənzilə yaşayış hüququnun tanınması tələbinə dair mülki işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 dekabr 2010-cu il tarixli qərarı əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 02 fevral 2010-cu il tarixli qərarı, bununla əlaqədar Bakı Apellyasiya Məhkəməsi MİÜK-nın 07 oktyabr 2009-cu il tarixli qətnaməsi ləğv edilərək mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4.Kərimova Sevinc Fəxrəddin qızı, Kərimov Oqtay Şahkərəm oğlu və Kərimova Sura Mirheydər qızının Kərimova Məlahət Bağman qızına qarşı mənzilə yaşayış hüququnun itirilmiş hesab olunması, həmin mənzildən pasport qeydiyyatından çıxarılması və yaşayış sahəsinin icarə müqaviləsinin dəyişdirilməsi tələbinə dair mülki işə M.B.Kərimova tərəfindən verilmiş əlavə kassasiya şikayəti əsasında baxılmış, əlavə kassasiya şikayətinin təmin edilməməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 10 noyabr 2010-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.