Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Ədliyyə naziri Abdulhamit Gülün başçılıq etdiyi nümayəndə heyəti 2018-ci il aprelin 3-də Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Türkiyə Respublikasının Ədliyyə naziri Abdulhamit Gülün başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirmiş, eyni dil, ənənə və dəyərlərlə bir-birinə yaxın olan hər iki xalqın birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin mövcud olduğunu qeyd etmişdir. Türkiyə və Azərbaycanın Dövlət başçılarının qarçılıqlı səfərlərində və beynəlxalq tədbirlərdə həmrəylik nümayiş etdirmələri türk dünyasının birliyinin və qarşılıqlı əlaqələrinin daha da möhkəmlənməsi üçün böyük imkanlar açdığını ifadə etmişdir. Ali Məhkəmənin sədri Azərbaycanla qardaş Türkiyənin məhkəmə hüquq sistemləri arasında əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu, bu əlaqələrin uğurla inkişaf edərək nəinki ikitərəfli, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində genişləndiyini vurğulamışdır. Xüsusilə, Türkiyə Ədliyyə Akademiyasının Azərbaycanın hakim korpusunun formalaşmasında xidmətlərini məmnunluqla qeyd etmişdir.
Ali Məhkəmənin sədri respublikamızda həyata keçirilən məhkəmə hüquq islahatlarının səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin yeni strukturunda və fəaliyyətində öz əksini tapması barədə qonaqlara məlumat vermişdir. Ali Məhkəmənin sədri Türkiyə Respublikasının Ədliyyə naziri Abdulhamit Gülün başçılıq etdiyi nümayəndə heyətininin Azərbaycana səfərinin məhkəmə orqanları arasında əməkdaşlığın daha da inkişaf etməsinə xidmət edəcəyinə əminliyini ifadə etmişdir.
Türkiyə Respublikasının Ədliyyə naziri Abdulhamit Gül iki ölkə arasında məhkəmə-hüquq sahəsində qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
Görüşdə hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən tədbirlər və məhkəmə hüquq təcrübəsi ilə bağlı geniş fikir mabadiləsi aparılmışdır.
Türkiyəli qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, Ali Məhkəmənin tarixini əks etdirən muzeyə baxmışlar. Türkiyə Respublikasının Ədliyyə naziri muzeyin fəxri qonaqlar kitabına öz ürək sözlərini yazmışdır.