18 aprel 2018-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir. Plenumda konkret mülki və cinayət işlərinə baxılmışdır.
1. İddiaçı Məmmədov Xəqani Məhərrəm oğlunun cavabdehlər “AQ İnşaatçı Servis” MMC-yə, Tarıverdiyev Kamran Əlisahib oğluna və Məmmədov Azər Elman oğluna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilkin, həmçinin “AQ İnşaatçı Servis” MMC-nin Məmmədov Xəqani Məhərrəm oğlu və Məmmədov Azər Elman oğluna qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qərarı əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 mart 2017-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
2. İddiaçı Qasımova İradə Fərhad qızının cavabdeh Kiçikbəyov Vaqif Lətifoviçə qarşı bağ sahəsinə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi,çıxarışın ləğv olunması,maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli qərarı əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 iyul 2017-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. İddiaçı Məmmədov Vilayət Teymur oğlunun cavabdeh Cəfərov Mətləb Fəxrəddin oğluna qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Ağayeva Rahilə Şamil qızının yeni açılmış hallar üzrə iş yenidən baxılması haqqında ərizəsi əsasında baxılmış, ərizənin təmin edilməsi, iş üzrə qanuni qüvvəyə minmiş Tovuz rayon Məhkəməsinin 10.02.2011-ci il tarixli qətnaməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.06.2011-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19.10.2011-ci il tarixli qərarının ləğv edilməsi və mülki işin mahiyyəti üzrə yenidən baxılması üçün Tovuz rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. İddiaçı Qədirov Namiq Əhməd oğlunun cavabdeh Şirəliyev Fərhad Qasım oğluna və üçüncü şəxs “Nikoyl Lizinq Kompaniyası” MMC-yə qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli qərarı əsasında baxılmış, iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarı və onunla əlaqədar Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 aprel 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.