Azərbaycan Respublikası Ali Məhkəməsi


Dünya bankının nümayəndələri Ali Məhkəmədə olmuşlar

Bölmə: Xəbərlər 13.06.2018 12:35
  • 2018-ci il iyunun 13-də ölkəmizdə səfərdə olan Dünya bankının Avropa və Mərkəzi Asiya Regionunun Dövlət İdarəçiliyi üzrə Praktika Meneceri Daniyel Boysun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

    Nümayəndə heyətinin başçısı Daniyel Boys Azərbaycanda məhkəmə strukturunun müasirləşdirilməsi ilə bağlı  görülən işlərdən, bu işlərin görülməsinə müəyyən töhfə verdiklərindən məmnun oldularını və Elektron Məhkəmə İnfrastrukturu  Layihəsini bir daha dəstəkləmək və aralıq qiymətləndirilməsini aparmaq  məqsədilə Azərbaycana gəldiklərini söyləmişdir.

    Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

Baxılıb: 1449
Paylaş