Bakıda “Mülkiyyət hüququ” mövzusunda konfrans keçirilib
Bölmə: Xəbərlər14.09.2018 12:35
Sentyabrın 14-də Bakıda Avropa İttifaqının və Avropa Şurasının “Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” birgə proqramı çərçivəsində “Mülkiyyət hüququ” mövzusunda konfrans keçirilib.
Tədbirdə çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes bu layihənin 2015-ci ilin yanvarında başladığını və 2018-ci ilədək uzadıldığını deyib. Bildirib ki, bugünkü tədbir çox mühüm bir məsələyə - mülkiyyət hüququnun müdafiəsinə həsr olunub. O, tədbirin keçirilməsinə göstərdikləri dəstəyə görə Azərbaycanın müvafiq qurumlarına minnətdarlıq edib.
Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rzayev konfransda çıxış edərək deyib ki, tədbir çox vacib və aktual bir məsələyə-mülkiyyət hüququ və onun müdafiəsinə həsr olunub. Mülkiyyət meydana çıxdığı zamandan insanlar onun qorunmasına önəm verir, onu kənar müdaxilədən müdafiə etməyə çalışır. Ona görə də konfrans ərzində mülkiyyət hüququ ilə bağlı Avropa Şurası, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin standartlarını müzakirə etmək, bu sahədə fikir mübadiləsi aparmaq mülkiyyət hüququnun müdafiəsi ilə bağlı ədalət mühakiməsinin həyata keçirilməsinə, Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi və inkişafına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, milli təcrübənin mütərəqqi ideyalarla zənginləşməsinə öz töhfəsini verəcək.
Ali Məhkəmənin sədri diqqətə çatdırıb ki, müasir Azərbaycan Respublikasının milli qanunvericiliyi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi ruhunda yeniləşməklə yanaşı, həmin hüquqların təmini üçün yeni mexanizmlər yaradıldı, mövcud mexanizmlər beynəlxalq standartlara uyğunlaşdırıldı.
Azərbaycan ardıcıl olaraq insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşularaq onların müddəalarının milli səviyyədə implementasiyasını təmin edib. Avropa Şurasına daxil olmaqla respublikamız insan hüquqlarına hörmətə sadiqliyini bir daha nümayiş etdirdi. Hazırda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin hüquq sisteminin insan hüquqları sahəsinin inteqrasiyasını təmin edən ədalət mühakiməsi orqanıdır. Avropa Məhkəməsinin qərarları milli qanunverici, icra və məhkəmə orqanları üçün hüququn xüsusi mənbəyinə çevrilib, məhkəmə Avropa hüquq məkanının formalaşması və inkişafına mühüm təsir göstərir.
Ramiz Rzayev bildirib ki, Azərbaycanda məhkəmə-hüquq sistemində ardıcıl olaraq həyata keçirilən islahatlar insan hüquqlarının təmini, ədalət mühakiməsinin müasir standartlara uyğunlaşdırılması ilə bağlıdır. Məhkəmə-hüquq islahatlarının bir istiqamətini də ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, insan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri təşkil edir.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov qeyd edib ki, Avropa Məhkəməsinin presedent qərarlarının ölkəmizin məhkəmə-hüquq sistemində təşviqi hər zaman həm dövlətin, həm də hüquq ictimaiyyətinin diqqət mərkəzində olub. Hətta bu qərarların müxtəlif sahələrdə çalışan hüquqşünaslar tərəfindən öyrənilməsini təşviq edən, dövlət səviyyəsində qəbul olunmuş sənədlər də mövcuddur. Bu mənada, sevindirici hal ondan ibarətdir ki, vəkillərimiz də Avropa Məhkəməsinin qeyd olunan presedent praktikasının formalaşmasında öz yerini tutur. Dolayı yolla Vəkillər Kollegiyasının üzvləri iştirak etdikləri işlər vasitəsilə ölkəmizdə məhkəmə-hüquq praktikasının formalaşmasına öz təsirini göstərir.
Diqqətə çatdırılıb ki, bu il ərzində ölkəmizdə vəkillərin sayı 50 faiz artaraq 1500 nəfərə çatıb. Bu il ilk dəfə olaraq vəkilliyə qəbul üzrə icbari təlim mərhələsində Avropa Məhkəməsinin, o cümlədən Konvensiyaya dair 3 ayrıca mövzu 20 günlük icbari tədris proqramına əlavə olunub. Həmin dərslər isə Vəkillər Kollegiyasının konvensiya üzrə sertifikatlı vəkilləri tərəfindən keçirilib. İcbari təlimlərlə bərabər, Avropa Şurası Vəkillər Kollegiyası, habelə Ədliyyə Akademiyası ilə birgə Konvensiyanın müxtəlif maddələri üzrə davamlı tədris tədbirləri də həyata keçirilir və vəkillərimiz həmin tədbirlərdə xüsusi entuziazmla iştirak edirlər.
Layihənin geniş regional əməkdaşlığı nəzərdə tutduğunu deyən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin müdir əvəzi Aleksandra Nerisanu isə tədbirin əhəmiyyətindən danışaraq diqqətə çatdırıb ki, mülkiyyət öz sahibi tərəfindən istifadə edilməlidir. Son zamanlar Azərbaycanda iqtisadi inkişaf nəticəsində tikinti sürətlənib. Buna görə mülkiyyətin müdafiəsi üçün əlavə tədbirlər görülməlidir. Ümid edirik ki, bu istiqamətdə görülən işlər mülkiyyətin qorunmasına əlavə töhfə verəcək.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Lətif Hüseynov konfransda “Mülkiyyət hüququnun əhatə dairəsi” mövzusunda məruzə ilə çıxış edib.
Konfransda “Avropa İnsan Hüquqları Konvensiyası hüququ” kitabının təqdimatı da olub.
Tədbirdə “Hüququn məzmunu: üç norma”, “Mülkiyyət işlərində mütənasiblik”, “Mülkiyyət hüquqları ilə bağlı milli təcrübənin əsas məsələləri”, “Avropa İnsan Hüquqları Konvensiyasının presedent hüququ və milli təcrübə” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.