Oktyabrın 28-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu keçirilmişdir.
Ali Məhkəmənin sədri Ramiz Rzayev plenumun iclasını açaraq bildirmişdir ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsinə xüsusi önəm verilən Azərbaycan Respublikasında son illər ailə problemlərinin həllinə yönələn və uşaq hüquqlarının müdafiəsinə həsr olunan fundamental qanunvericilik bazası yaradılmış, bu sahənin fəaliyyətini tənzimləyən Milli Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi respublikamızda uşaq hüquqlarının qorunması və onlara müntəzəm qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu göstərir.
Ali Məhkəmənin sədri qeyd etmişdir ki, beynəlxalq təcrübə nəzərə alınmaqla "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" qanunlar qəbul olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası bir sıra beynəlxalq sazişlərə, o cümlədən BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına və həmin konvensiyanın "Uşaq alverinə dair" fakültativ protokoluna qoşulmuşdur.
Plenumda "Valideynlərin və digər qohumların uşaqlarla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" məsələ respublika hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə geniş müzakirə edilmiş, təhlillər aparılmışdır.
Müəyyən edilmişdir ki, uşaq hüquqlarının qorunması və onlara qayğı göstərilməsi sahəsində qanunlara əməl olunsa da, valideynlərin və yaxın qohumların uşaqla ünsiyyət hüququ ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəfindən müəyyən xarakterli bəzi nöqsanlara yol verilir.
Plenum valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən düzgün və eyni cür tətbiq olunmasını, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün müvafiq qərar qəbul etmişdir.
Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsinin emblemi təsdiq olunmuşdur.
Plenumda konkret cinayət işlərinə və mülki işlərə də baxılmışdır.
Plenum müzakirə olunan məsələ və baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir.
Plenumun işində Ədliyyə Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli iclasında baxılmış cinayət və mülki işlər üzrə M Ə L U M A T
1.Orucov Pirəli Məhərrəm oğlunun Azərbaycan Respublikası CM-nin 29, 186.2.1 və 29,186.2.2 maddələri ilə məhkum edilməsinə dair cinayət işinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 3 fevral 2011-ci il tarixli qərarı əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının 19 sentyabr 2006-cı il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yenidən baxılması üçün Ali Məhkəmənin Cinayət kollegiyasına göndərilməsi qərara alınmışdır.
2. Qasımov Raqif Avtandil oğlunun Azərbaycan Respublikası CM-nin 29, 120.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorunun əlavə kassasiya protesti qismən təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının 27 iyul 2011-ci il tarixli qərarı və həmin qərarla dəyişdirilmədən saxlanılmış Şirvan Apellyasiya Məhkəməsinin 20 aprel 2011-ci il tarixli qərarının Qasımov Raqif Avtandil oğluna aid hissədə dəyişdirilməsi, R.A.Qasımova Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə təyin edilmiş 9 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 8 il 5 ay 7 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilməsi, qərarın Qasımov Raqif Avtandil oğluna aid qalan hissəsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
3.İddiaçı Bayramov Müşfiq Cəbrayıl oğlunun cavabdehlər Feyruzov Rüfət Əsgərağa oğlu və Feyruzov Əsgərağa Rəhman oğluna qarşı torpaq sahəsindən istifadə hüququnun bərpa edilməsi və əmrin ləğv edilməsi tələbinə dair mülki işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 dekabr 2010-cu il tarixli qərarı əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 12 fevral 2009-cu il tarixli qərarı, onunla əlaqədar Şirvan Apellyasiya Məhkəməsi MİÜMK-nın 15 sentyabr 2008-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4.İddiaçı “İnkişaf” Assosiasiyasının cavabdehlər Mahmudov Tofiq Mehdiqulu oğluna, Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsinə, “AHİNK” Azərbaycan Türkiyə Birgə Müəssisəsinə, Marayev Əli Əhmədoviçə, Abbasov Sahib Arif oğluna, 1 saylı və 29 saylı Dövlət Notariat Kontorlarına qarşı alqı-satqı müqavilələrinin, qeydiyyat vəsiqələrinin etibarsız hesab edilməsi, icarə haqlarının alınması, mülkiyyət hüququnun tanınması, müqavilələr bağlamaq fəaliyyətinin dayandırılması, “AHİNK” Azərbaycan Türkiyə Birgə Müəssisəsinin ləğv edilməsi haqqında Qərarın etibarsız hesab edilməsi tələbinə dair mülki işə T.Mahmudovun qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi əsasında baxılmış, ərizə təmin edilərək iş üzrə Azərbaycan Respublikası Ali Məhkəmənin MİÜMK-nın 06 sentyabr 2002-ci il tarixli qərarı və onunla bağlı Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 13 iyun 2002-ci il tarixli, Yasamal Rayon Məhkəməsinin 15 fevral 2002-ci il tarixli qətnamələrinin ləğv edilməsi və işin yenidən baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5.İddiaçı Nəzərova Gülxanım Adil qızının cavabdeh Əliyev Vahid Paşa oğlu, İsmayıllı rayon Qeydiyyat şöbəsi və İsmayıllı RİHB-nin Kürdmaşı İƏB üzrə nümayəndəsinə qarşı 04 noyabr 1973-cü ildə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş Əliyev Xamis Vahid oğlunun doğma anası olması, Əliyev Xamis Vahid oğlunun 14 iyun 2008-ci ildə Sumqayıt şəhərində vəfat etməsi, mirasın açılma yerinin Sumqayıt şəhəri olması, mərhum oğlundan miras qalan əmlakın onun tərəfindən faktiki qəbul edilməsi, oğlunun doğumu və ölümü haqqında akt qeydlərinin düzgün olmamasının müəyyən edilməsi, doğum haqqında şəhadətmanənin etibarsız hesab olunması və ata qrafası boş olmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki işə G.Nəzərovanın qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi əsasında baxılmış, ərizə qismən təmin edilərək iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 sentyabr 2010-cu il tarixli qərarı, onunla əlaqədar Şəki Apellyasiya Məhkəməsi mülki işlər üzrə kollegiyasının 15 aprel 2010-cu il tarixli qətnaməsi və İsmayıllı Rayon Məhkəməsinin 15 oktyabr 2009-cu il tarixli qətnaməsi qismən - G.Nəzərovanın mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiasının rədd olunması hissəsində ləğv edilməsi, mülki işin həmin hissədə işə yenidən baxılması üçün aidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Oktyabrın 28-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu keçirilmişdir.
Ali Məhkəmənin sədri Ramiz Rzayev plenumun iclasını açaraq bildirmişdir ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsinə xüsusi önəm verilən Azərbaycan Respublikasında son illər ailə problemlərinin həllinə yönələn və uşaq hüquqlarının müdafiəsinə həsr olunan fundamental qanunvericilik bazası yaradılmış, bu sahənin fəaliyyətini tənzimləyən Milli Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi respublikamızda uşaq hüquqlarının qorunması və onlara müntəzəm qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu göstərir.
Ali Məhkəmənin sədri qeyd etmişdir ki, beynəlxalq təcrübə nəzərə alınmaqla "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" qanunlar qəbul olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası bir sıra beynəlxalq sazişlərə, o cümlədən BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına və həmin konvensiyanın "Uşaq alverinə dair" fakültativ protokoluna qoşulmuşdur.
Plenumda "Valideynlərin və digər qohumların uşaqlarla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" məsələ respublika hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə geniş müzakirə edilmiş, təhlillər aparılmışdır.
Müəyyən edilmişdir ki, uşaq hüquqlarının qorunması və onlara qayğı göstərilməsi sahəsində qanunlara əməl olunsa da, valideynlərin və yaxın qohumların uşaqla ünsiyyət hüququ ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəfindən müəyyən xarakterli bəzi nöqsanlara yol verilir.
Plenum valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən düzgün və eyni cür tətbiq olunmasını, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün müvafiq qərar qəbul etmişdir.
Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsinin emblemi təsdiq olunmuşdur.
Plenumda konkret cinayət işlərinə və mülki işlərə də baxılmışdır.
Plenum müzakirə olunan məsələ və baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir.
Plenumun işində Ədliyyə Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
28 oktyabr 2011-ci il tarixli iclasında baxılmış
cinayət və mülki işlər üzrə
M Ə L U M A T