17 fevral 2012-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.
Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, 2011- ci il bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır. Bu hadisələrin ən önəmlisi dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünün təntənəli qeyd edilməsi olmuşdur. Yeni məhkəmə hakimiyyətinin formalaşdırılması dövlət müstəqilliyimizin bəhrəsidir.
Ötən ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məhkəmə sistemi ilə bağlı Sərəncamlarının icrası və Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Ali Məhkəmənin fəaliyyətinin hüquqi və informasiya təminatı gücləndirilmiş, Aparatda yeni texnologiyalar tətbiq edilmiş, hakimlərin maddi təminatı yaxşılaşdırılmiş, Ali Məhkəmədə maddi-texniki baza möhkəmləndirilmişdir. Eyni zamanda əvvəlki illərlə müqayisədə 2011-ci il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlmişdir.
Ali Məhkəmənin sədri vurğulamışdır ki, Azərbaycan Respublikası İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulduğundan Avropa Məhkəməsinin presedent hüququ bizim hüquq sistemimiz üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətin Avropa Məhkəməsinin yurisdiksiyasını tanımasından, ilk növbədə Azərbaycan vətəndaşları faydalanmaqdadırlar. Vətəndaşlar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə çıxış əldə etmiş, məhkəmə və hüquq-mühafizə orqanlarının iş fəaliyyətinə olan tələblər daha da yüksəlmişdir. Bu baxımdan ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, insan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri önəmli olduğundan hər həftə Ali Məhkəmədə keçirilən seminarda beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa Məhkəməsinin presedent hüququ öyrənilir. Hakimlərin və dəvət olunmuş beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar keçirilir, Avropa dövlətləri məhkəmələrinin təcrübəsinin öyrənilməsinə kömək edən xarici dövlətlərə tanışlıq səfərləri təşkil edilir.
Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2011-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilmişdir.
Qeyd edilən məlumatlarla əlaqədar Plenumda geniş müzakirələr və təhlillər aparılmışdır.
Məruzə edən kollegiya sədrləri 2011-ci ildə kollegiyaların fəaliyyətində nəzərə çarpacaq irəliləyiş olduğunu qeyd etmişlər.
Ali Məhkəmənin bütün kollegiyalarında - mülki, inzibati-iqtisadi, cinayət və hərbi kollegiyalarında 2011-ci ildə baxılmış işlər 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə artmışdır. Mülki kollegiyada 2,5 faiz, inzibati-iqtisadi kollegiyada 25,5 faiz, cinayət kollegiyasında 26,6 faiz, hərbi kollegiyada isə 16,3 faiz artma müşahidə olunmuşdur. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 8,1 faiz artmışdır.
Baxılan işlərin sayının artmasına baxmayaraq ləğv olunan məhkəmə qərarlarının sayı azalmışdır. Bu isə aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilən qərarların keyfiyyətinin əvvəlki illərə nisbətən yüksək olmasını göstərir.
2011- ci ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılmışdır.
Ali Məhkəməyə edilən müraciətlərdə artma müşahidə olunmuşdur. Bunu, vətəndaşların məhkəmələrə olan inamının artması kimi qəbul etmək olar.
Ali Məhkəmənin Plenumunun 2011-ci ildə 6 iclası keçirilmiş, 31 qərar çıxarılmışdır.
Plenumda Ali Məhkəmənin 2012-ci ilin birinci yarısına dair iş planı təsdiq edilmişdir.
Plenumda konkret işlərə baxılmışdır.
Plenum müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 17 fevral 2012-ci il tarixli iclasında baxılmış mülki işlər üzrə M Ə L U M A T
1.Ağabalayev Oktay Rzabala oğlunun cavabdehlər Ağabalayev Tofiq Rzabala oğlu və Mənsurov Teymuraz Qeybulla oğluna qarşı vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi müddətinin bərpa olunması, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsinin ləğv edilməsi, Ağabalayev Tofiq Rzabala oğlunun Ağabalayev Oktay Rzabala oğluna qarşı ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair mülki işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 05 dekabr 2011-ci il tarixli qərarı əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 04 oktyabr 2010-cu il tarixli qərarı, onunla əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsi MİÜMK-nın 24 may 2010-cu il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
2. İddiaçı Bank Respublika ASC-nin cavabdehlər Karvan İnşaat MMC-yə, Şirəliyev Cavanşir Qardaş oğluna, Aslanova Xoşbəxt Məhəmməd qızına və Aslanov İslam Məcid oğluna qarşı müqavilənin ləğv edilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə Ali Məhkəmənin Sədrinin təqdimatı əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 24 may 2011-ci il tarixli qərarı, onunla əlaqədar Bakı Apellyasiya Məhkəməsi MK-nın 21 dekabr 2010-cu il tarixli qətnaməsinin qismən - iddiaçı Bank Respublika ASC-nin cavabdehlər Karvan İnşaat MMC-yə və qeyrilərinə qarşı borc tələbilə bağlı tutmanın Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 4 ünvanında yerləşən 99,5 kv.metr qeyri-yaşayış sahəsinə yönəldilməsi hissəsində ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. İddiaçı “Nikoyl” İnvestisiya Kommersiya Bankının cavabdehlər Həsənov Daməd Məmməd oğlu və Əliyeva Sevinc Bəşir qızına qarşı borcun tutulmasının ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə S.Əliyevanın qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi üzrə yenidən baxılmanın rədd edilməsi qərara alınmışdır.
Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, 2011- ci il bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır. Bu hadisələrin ən önəmlisi dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünün təntənəli qeyd edilməsi olmuşdur. Yeni məhkəmə hakimiyyətinin formalaşdırılması dövlət müstəqilliyimizin bəhrəsidir.
Ötən ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məhkəmə sistemi ilə bağlı Sərəncamlarının icrası və Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Ali Məhkəmənin fəaliyyətinin hüquqi və informasiya təminatı gücləndirilmiş, Aparatda yeni texnologiyalar tətbiq edilmiş, hakimlərin maddi təminatı yaxşılaşdırılmiş, Ali Məhkəmədə maddi-texniki baza möhkəmləndirilmişdir. Eyni zamanda əvvəlki illərlə müqayisədə 2011-ci il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlmişdir.
Ali Məhkəmənin sədri vurğulamışdır ki, Azərbaycan Respublikası İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulduğundan Avropa Məhkəməsinin presedent hüququ bizim hüquq sistemimiz üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətin Avropa Məhkəməsinin yurisdiksiyasını tanımasından, ilk növbədə Azərbaycan vətəndaşları faydalanmaqdadırlar. Vətəndaşlar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə çıxış əldə etmiş, məhkəmə və hüquq-mühafizə orqanlarının iş fəaliyyətinə olan tələblər daha da yüksəlmişdir. Bu baxımdan ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, insan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri önəmli olduğundan hər həftə Ali Məhkəmədə keçirilən seminarda beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa Məhkəməsinin presedent hüququ öyrənilir. Hakimlərin və dəvət olunmuş beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar keçirilir, Avropa dövlətləri məhkəmələrinin təcrübəsinin öyrənilməsinə kömək edən xarici dövlətlərə tanışlıq səfərləri təşkil edilir.
Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2011-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilmişdir.
Məruzə edən kollegiya sədrləri 2011-ci ildə kollegiyaların fəaliyyətində nəzərə çarpacaq irəliləyiş olduğunu qeyd etmişlər.
Baxılan işlərin sayının artmasına baxmayaraq ləğv olunan məhkəmə qərarlarının sayı azalmışdır. Bu isə aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilən qərarların keyfiyyətinin əvvəlki illərə nisbətən yüksək olmasını göstərir.
Ali Məhkəməyə edilən müraciətlərdə artma müşahidə olunmuşdur. Bunu, vətəndaşların məhkəmələrə olan inamının artması kimi qəbul etmək olar.
Plenumda Ali Məhkəmənin 2012-ci ilin birinci yarısına dair iş planı təsdiq edilmişdir.
Plenumda konkret işlərə baxılmışdır.
Plenum müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
17 fevral 2012-ci il tarixli iclasında baxılmış
mülki işlər üzrə
M Ə L U M A T