- 8 noyabr 2012-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsinin tərkib hissəsi kimi əhalinin sağlamlığının qorunmasına xüsusi önəm verilən Azərbaycan Respublikasında tibbi yardımın səviyyəsinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, qanunvericilik bazası təkmilləşdirilir, dünya standartlarına uyğun qanunlar qəbul edilir.Ali Məhkəmənin sədri qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Bu hüquq “Ümumdünya insan hüquqları” Bəyannaməsinin 25-ci, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq paktın 12-ci maddələrində təsbit edilmişdir. Azərbaycan 1997-ci ildən “Psixi pozuntulardan əziyyət çəkən şəxslərin məcburi müalicəsinin keçirilməsi üçün verilməsi haqqında” Beynəlxalq Konvensiyaya qoşulmuşdur.Cinayət qanunvericiliyində cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş, cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan və cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi nəzərdə tutulmuşdur. Həmçinin, həbs edilmiş vətəndaşların büdcə vəsaiti hesabına ambulatoriya və stasionar şəraitində tibbi yardım almaq hüquqları vardır.Plenumda “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” məsələ geniş müzakirə olunmuş, təhlillər aparılmışdır.Müəyyən edilmişdir ki, məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqində qanunvericilik normalarına əsasən əməl edilsə də, bəzi qanun pozuntularına da yol verilmişdir.Plenum tibbi xarakterli məcburi tədbirlərin məhkəmələr tərəfindən düzgün tətbiq olunmasını, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün müvafiq qərar qəbul etmişdir.Plenum “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” məsələnin müzakirəsi zamanı şərh olunanlara əsasən Azərbaycan Respublikası Cinayət və Cinayət-Prosessual Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təkliflər verilməsini də qərara almışdır.Plenumda həmçinin konkret cinayət və mülki işlərə də baxılmışdır.Plenumun işində Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov, Baş prokuror Zakir Qaralov, Səhiyyə naziri Oqtay Şirəliyev iştirak etmişlər.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun08 noyabr 2012-ci il tarixli iclasında baxılmışcinayət və mülki işlər üzrəM Ə L U M A T1. Məmmədov Məmməd Əli oğlunun Azərbaycan Respublikası CM-nin 120.2.3, 120.2.4, 120.2.10, 29,120.2.4, 29,120.2.3, 228.3, 206.4, 279.1 və 318.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 11 oktyabr 2011-ci il tarixli qərarı əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 14 mart 2006-cı il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yenidən baxılması üçün Ali Məhkəmənin cinayət kollegiyasına göndərilməsi qərara alınmışdır.2. Musayev Pərviz Mirhüseyn oğlunun Azərbaycan Respublikası CM-nin 181.3.2, 177.3.2, 228.2.1 və 326.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Baş Prokurorunun əlavə kassasiya protesti əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2012-ci il tarixli qərarı ləğv edilərək kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya məhkəməsinin cinayət kollegiyasının 28 noyabr 2011-ci il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə yeni qərar qəbul edilmişdir.3. İddiaçı Şahverdiyev Gündüz Seyidrza oğlunun Nəsibov Əsgər Müzəffər oğluna və qeyrilərinə qarşı əqdin etibarlı hesab olunması, alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması tələbinə dair mülki işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 may 2012-ci il tarixli qərarı əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarı və onunla bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2010-cu il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.4. İddiaçılar Hacıyev Yusif Cəmil oğlunun və Şirəliyeva İradə Cəmil qızının cavabdehlər Bayramova Samirə Oktay qızına, Tərtər rayon Aqrar İslahat Komissiyasına və DT və XK-nın Tərtər rayon şöbəsinə qarşı Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarının ləğv edilməsi və onun əsasında verilmiş sənədlərin etibarsız sayılması tələbinə dair mülki işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 iyul 2012-ci il tarixli qərarı əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2011-ci il tarixli qərarı və onunla bağlı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2010-cu il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.5. İddiaçı Şabanova İradə Musa qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və 3-cü şəxs Eyyubova Nazəni Bədrəddin qızına qarşı vəzifəli şəxsin qeyri-hüquqi hərəkətindən şikayətə dair mülki işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarı əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.6 İddiaçı Həbibov Sahib Vaqif oğlunun 307 saylı hərbi hissənin 30.04.2011-ci il tarixli 78 nömrəli əmrinin ləğv edilməsi və onun maddi-texniki bölməsində mühəndis vəzifəsinə işə bərpa edilməsi tələbinə dair mülki işə 307 saylı hərbi hissənin nümayəndəsi Əfəndiyev Hacı Şərif oğlunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi əsasında baxılmış, ərizə təmin edilərək iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 04 aprel 2012-ci il tarixli qərarı, onunla əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 31 oktyabr 2011-ci il tarixli və Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 11 iyul 2011-ci il tarixli qətnamələrinin ləğv edilməsi, işin yenidən baxılması üçün Gəncə şəhəri Kəpəz rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Baxılıb: 1441
Paylaş


<< Geri qayıt