22 aprel 2013-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.
Plenumda “Vəkillərin ixtisas komissiyasına üzv təyin edilməsi” məsələsinə baxılmışdır.
Plenumda həmçinin konkret mülki işlərə də baxılmışdır.
M Ə L U M A T
1. İddiaçı Paşayev Çingiz Əmirhəmzə oğlunun cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına qarşı səhhətinə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 28 fevral 2012-ci il tarixli qərarı əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 20 iyun 2008-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın20 noyabr 2007-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
2. İddiaçı Ağayeva Solmaz Ağarəşid qızının cavabdehlər Əfəndiyeva ƏfruzAğarəşid qızına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı vərəsəlik və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 05 oktyabr 2012-ci il tarixli qərarı əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. İddiaçı Qocayeva Esmira Tahir qızının cavabdehlər “Milli Maşın Kompani” MMC-yə, “Qatar Qaya” MMC-nin direktoru Quliyev Qabil Binyətəli oğluna, “Milli Maşın Kompani” MMC-nin təsisçiləri Ağayev İkram Aydın oğluna və Ağayeva Zəminə Aydın qızına qarşı təsis paylarının bölüşdürülməsi, payın təsisçinin mülkiyyətinə verilməsi, cəmiyyətin xalis mənfəətinin bölüşdürülməsi, borcun ödənilməsi və sair tələblərə dair mülki işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 yanvar 2013-cü il tarixli qərarı əsasında baxılmış, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2010-cu il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. İddiaçı Kazımov Adil Cavanşir oğlunun cavabdeh Abidə MTK-ya qarşı zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 yanvar 2010-cu il tarixli qərarından Abidə MTK-nın sədri Arif Mədətov tərəfindən verilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi əsasında baxılmış, ərizə təmin edilərək iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 27 noyabr 2008-ci il tarixli və 11 yanvar 2010-cu il tarixli qərarı, onunla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 mart 2008-ci il tarixli və 01 sentyabr 2009-cu il tarixli qətnamələri və Bakı şəhəri Yasamal rayon məhkəməsinin 13 dekabr 2007-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı şəhəri Yasamal rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. İddiaçı “Muğanbank” ASC-nin Mingəçevir filialının cavabdehlər Həsənova Rəna Cəmil qızına və Hüseynov VyaçeslavHüseynoviçə qarşı kredit borcunun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsinin girov qoyulmuş mənzilə yönəldilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 oktyabr 2010-cu il tarixli qərarındanHüseynov VyaçeslavHüseynoviç tərəfindən verilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi əsasında baxılmış, ərizə təmin edilərək iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın13 oktyabr 2010-cu il tarixli qərarı, onunla əlaqədar ŞəkiApellyasiya Məhkəməsinin MK-nın11 may 2010-cu il tarixli və Mingəçevir şəhər məhkəməsinin 13 oktyabr 2008-ci il tarixli qətnamələrinin ləğv edilməsi, işin yenidən baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. İddiaçı Qurbanov Nazim İmamqulu oğlunun cavabdeh 307 saylı hərbi hissəyə qarşı əmrin ləğv edilməsi və onun maddi-texniki bölmənin mühəndisi vəzifəsinə işə bərpa olunması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 fevral 2012-ci il tarixli qərarından 307 saylı hərbi hissənin vəkili Əliyev Sabir Nadir oğlu tərəfindən verilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi əsasında baxılmış, ərizə təmin edilərək iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın28 fevral 2012-ci il tarixli qərarı, onunla əlaqədar GəncəApellyasiya Məhkəməsinin MK-nın11 oktyabr 2011-ci il tarixli və Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 11 iyul 2011-ci il tarixli qətnamələrinin ləğv edilməsi, işin yenidən baxılması üçün Gəncə şəhəri Kəpəz rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin cavabdeh Bayramov Tamerlan Radxan oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 15 yanvar 2010-cu il tarixli qətnaməsindən cavabdeh Bayramov Tamerlan Radxan oğlu tərəfindən verilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi əsasında baxılmış, ərizə təmin edilərək iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 15 yanvar 2010-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı şəhəri Yasamal rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Plenumda həmçinin konkret mülki işlərə də baxılmışdır.