Azərbaycan Respublikası Ali Məhkəməsi

"E-Məhkəmə" sistemində "Elektron kabinet"in yaradılması

       Məhkəmə işləriniz barədə məlumatları operativ almaq və məhkəmələrə elektron formada müraciət etmək üçün "Elektron Məhkəmə" informasiya sistemində qeydiyyatdan keçməklə "Elektron kabinet" yarada bilərsiniz. 

       Elektron kabinet vasitəsilə Siz elektron imza ilə təsdiqlənmiş elektron iddia ərizəsi və digər sənədlər vermək, məhkəmə işinin materialları ilə ətraflı tanış olmaq, təyin olunmuş proseslər barədə SMS, elektron məktub və digər üsullarla xəbər tutmaq, icra icraatının gedişi ilə tanış olmaq, məhkəmə qərarlarını elektron formatda hakimin elektron imzası ilə əldə etmək və məhkəmə rüsumlarını onlayn ödəmək imkanına malik olacaqsınız

       "Elektron Məhkəmə" informasiya sistemində "Elektron kabinet"in yaradılması üçün (https://e-mehkeme.gov.az/Private) ünvanına müraciət edin.

       "Elektron kabinet"də qeydiyyat  və  istifadə qaydaları haqqında təlimat.