Azərbaycan Respublikası Ali Məhkəməsi

İNFORMASİYA TEXNOLOGİYALARI

«Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanı ilə ölkəmizin məhkəmə sisteminin inkişafında keyfiyyətcə yeni mərhələ başlanmışdır.  

Azərbaycanda həyata keçirilən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli strategiya”nın  ayrılmaz hissəsi olan    “Elektron hökümət” (“Elektron Azərbaycan”) layihəsinin həyata  keçirilməsi məqsədi ilə 2009-cu ildə Ali Məhkəmədə  İnformasiya Texnologiyaları şöbəsi yaradılmışdır.

2009-cu ilin mayın 12-dən istifadəyə verilmiş Ali Məhkəmənin yeni inzibati binasında informasiya texnologiyaları sahəsində mövcüd olan ən müasir nailiyyətlərdən istifadə olunmaqla, lokal kompüter şəbəkəsi çəkilmiş, internet çıxışının təmin olunması üçün 1Gbit sürətli optik xətt çəkilmiş, işlərin müasir informasiya texnologiyaları standartlarına uyğun şəkildə qurulması üçün iş yerləri yüksək sürətli lokal şəbəkəsinə qoşulmuş, müasir informasiya texnologiyalarının tətbiqi üçün avadanlıqlar ilə təchiz olunmuş, bütün kompüterlər lisenziyalı proqram təminatı ilə təchiz olunmuş, Plenum və məhkəmə iclas zallarında hakimlərin, iclas katiblərinin iş yerləri və həmçinin məhkəmə zallarında dövlət ittihamçıları, vəkillər və jurnalistlər üçün yerlər müasir kompüterlər  və internetə çixişla təmin olunmuşdur. 

Ali Məhkəmənin Plenum, konfrans və məhkəmə iclas zalları müasir video konfrans – rabitə avadanlığı, ən müasir video çəkiliş və rabitə sistemləri ilə təchiz olunmuş, Ali Məhkəmədə müasir standartlara cavab verən video müşahidə və  nəzarət-buraxılış sistemləri  qurulub istifadəyə verilmişdir.

Ali Məhkəmədə həyata keçirən islahatlarla nəzərdə tutulan avtomatlaşdırılmış informasiya sisteminin  yaradılması üzrə işlər başa çatmış və  göstərilən sistemlər  istifadəyə verilmişdir:

-    Elektron kargüzarlıq və sənəd dövriyyəsi sistemi “İSTİNAD”;
-    Təhlil və statistika sistemi;
-    Hüquq ədəbiyyatı elektron kitabxana sistemi;
-    İnternet portal  www.supremecourt.gov.az;
-    Video konfrans-rabitə sistemi.

Ali Məhkəmədə avtomatlaşdırılmış informasiya sisteminin yaradılması ilə yanaşı istifadəçilərin informasiya texnologiyaları sahəsində bilik və vərdişlərinin artırılması məqsədi ilə  əməliyyat sistemləri, ofis proqramları, antivirus proqramları və elektron kargüzarlıq və sənəd dövriyyəsi sistemi üzrə xüsusi kurslar təşkil olunmuşdur. 

Ali Məhkəmənin aşağıdakı komponentlərdən ibarət olan və “Electron hökumət” (eGovernment)  sisteminin tərkib hissəsi olan “G2G-Government to Government” (hökumət orqanları arasında münasibətlər), “G2B-Government to Business”  (hökumət - iş adamları münasibətləri) və “G2C Government to Citizens” (hökumət-vətəndaş münasibətləri) funksiyalarını (prinsiplərini) həyata keçirən elektron kargüzarlıq və sənəd dövriyyəsi sistemi bu işlərin yerinə yetirilməsinə imkan verir:

-    Daxil olan sənədlərin qeydiyyatı;

-    Sənədlərin istifadəçilər üzrə hərəkət reyestrinin aparılması;

-    Müraciətlərin işlənməsi;

-    Kassasiya şikayətlərin işlənməsi;

-    Əlavə kassasiya şikayətlərinin işlənməsi;

-    Ali Məhkəmə plenumunun işinin təşkili;

-    Daxili sənədlərin yaradılması, qeydiyyatı və işlənməsi;

-    Sənəd dövriyyəsinə nəzarət;

-    Statistika.

Ali Məhkəmənin müasir informasiya texnologiyalarına əsaslanan “Elektron kargüzarlıq və sənəd dövriyyəsi” sistemi məhkəmədə kargüzarlıq işinin səmərəliliyinin artırılması, o cümlədən sənədlərin daxildə operativ dövriyyəsi, işlərə və müraciətlərə baxılma müddətlərinə nəzarət edilməsi, iş üzrə tərəflərə və digər aidiyyəti şəxslərə məhkəmə aktlarının və digər sənədlərin vaxtında göndərilməsi, göndərilən materiallar və sənədlər üzrə qeydiyyatın avtomatik aparılması və sair bu kimi işlərin keyfiyyətlə yerinə yetirilməsini, həmçinin neqativ halların müəyyən edilməsi və aradan qaldırılması üçün  vətəndaş müraciətlərinin geniş təhlili işinin təşkilini, məhkəmə aktlarının və digər sənədlərin elektron surətlərinin uzun müddət saxlanılmasını və  eyni zamanda məlumatların operativ olaraq internet saytında yerləşdirilməsini  təmin edir.