Qubadlı şəhəri — Azərbaycanın Qubadlı rayonunun inzibati mərkəzi, Qubadlı şəhər inzibati ərazi dairəsində şəhər.
Qubadlı rayonu 14.03.1933-cü ildə yaradılmışdır. Rayonda 1 şəhər (Qubadlı) 93 kənd vardı. Sahəsi 802 kv/km, əhalisi 38,1 min (01.01.2010) nəfərdir. Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlı şəhərinin əhalisi 5604 nəfərdir. 30500 nəfərlik Qubadlı əhalisi 94 kənd və bir şəhərdə məskunlaşırdı. Rayonun əhalisi əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur.
Qubadlı rayonunun təbiəti olduqca gözəldir. 13.2 min hektar meşə sahəsi vardır.
Şəhərdə 62 idarə və müəssisə fəaliyyət göstərirdi. Burada asfalt zavodu, inkubator-quşçuluq fabriki, daş karxanası, texniki-təchizat idarəsi, tikiş fabriki, Azərbaycan "Neftqazavtomat" təcrübə zavodu və başqa istehsal xarakterli müəssisələr də var idi. Qubadlı rayonunda 300 yerlik 4 xəstəxana və 33 səhiyyə müəssisəsi fəaliyyət göstərirdi. Rayonda 111 mədəni maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi, 28 klub, 6 avtoklub, 23 film qurğusu fəaliyyət göstərirdi.
Rayonun ərazisində qədim insanın yaşadığı onlarla mağara (kaha) mövcud olmuşdur. Aşağı Mollu kəndində doqquz, Əliquluuşağı kəndində beş, Həmzəli kəndində doqquz qədim insan məskəni olmuş kaha (mağara) bu günümüzə qədər durmaqdadır. Xanlıq, Çaytumas, Yusifbəyli, Məlikəhmədli, Məzrə və b. kəndlərdə də qədim yaşayışməskənləri vardır. “Gavur dərəsi” deyilən ərazidə IV əsrə aid mağara vardır. Qala sözünü eşidəndə qeyri-iradi adamın gözü önünə sıldırım, keçilməz uca dağlar gəlir. Qala deyəndə adamın qanı coşur, ürəyinə təpər, qoluna qüvvət gəlir. Qubadlının ərazisində tarixə yoldaşlıq etmiş, mühafizə, gözətçi funksiyasını yerinə yetirmiş qalalar mövcuddur. Əliqulu uşağı kəndində Göy qala (V əsr), Muradxanlı kəndində “Qalalı” qalası, Xocamsaxlı kəndində Qala rayon işğal olunana qədər dururdu. Yeri düşmüşkən, onu da qeyd edək ki, Xocamsaxlı kəndinin qədim adı Qalacıq olub. Kənd sakinləri hələ də kəndin keçmiş adını (Qalacıq) daha çox işlədirlər. Xocamsaxlı antrotoponimi Qalacıq toponimindən qat-qat sonralar yaranmışdır.
Rayon haqqında
Qubadlı şəhəri — Azərbaycanın Qubadlı rayonunun inzibati mərkəzi, Qubadlı şəhər inzibati ərazi dairəsində şəhər.
Qubadlı rayonu 14.03.1933-cü ildə yaradılmışdır. Rayonda 1 şəhər (Qubadlı) 93 kənd vardı. Sahəsi 802 kv/km, əhalisi 38,1 min (01.01.2010) nəfərdir. Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlı şəhərinin əhalisi 5604 nəfərdir. 30500 nəfərlik Qubadlı əhalisi 94 kənd və bir şəhərdə məskunlaşırdı. Rayonun əhalisi əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur.Qubadlı rayonunun təbiəti olduqca gözəldir. 13.2 min hektar meşə sahəsi vardır.

Qalereya