Azərbaycan Respublikası Ali Məhkəməsi
Ağdam rayonu

Rayon haqqında

 


Ağdam rayonu — Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1150 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. İqlimi əsasən mülayim isti, quraq subtropikdir. Dağətəyi yerlərdə yüksəklik artdıqca iqlim mülayimləşir.
Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayondur. Ağdamda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, metiz – furnitur. Traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları. Tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, avtomobillərə texniki xidmət stansiyaları, məişət – xidməti kombinatı, elektrik şəbəkəsi, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi və Ü. Hacıbəyov adına musiqi texnikumları, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı fəaliyyət göstərirdi. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Kənd təsərrüfatının istiqaməti isə əsasən pambıqçılıq, üzümçülük və heyvandarlıqdır.
Ağdam şəhərində Üzərlik Təpə abidəsi, rayonun Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu günbəzi (1314-cü il), Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Papravənd kəndindəki türbələr, məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası və s. kimi tarixi və memarlıq abidələri var.
uppod

 

Qalereya