Tərtər rayonu - Azərbaycan Respublikasında inzibati rayondur və ən qədim yaşayış məskənlərindən hesab edilir. Rayon Kür-Araz ovalığının qərb hissəsində, Qarabağ düzündə yerləşir. Tərtər rayonu Tərtər çayının aşağı hissəsində yerləşir və şimaldan İncə çayı ilə həmhüduddur. Rayonun inzibati mərkəzi Tərtər şəhəri Tərtərçayın sağ və sol sahillərindən qədim karvan yolu üzərində yerləşir. Buranın tarixi adı Çaparxana olmuşdur.
Tərtər rayonunun ərazisi 957 km², əhalisi isə təxminən 104200 min nəfərdir. Rayonda 2 şəhər, 1 qəsəbə (Ağdərə qəsəbəsi) və 74 kənd vardır. Rayon ərazisindən Tərtər və İncəçay, cənub sərhədindən isə Xaçın çayı axır.
Tərtər rayonu ilkin olaraq 1920-ci ildə Tərtər sahəsi kimi yaradılmış və Cavanşir sahəsi adlandırılmışdır. 08 avqust 1930-cu ildə Tərtər rayonu yaradılmışdır. 5 avqust 1949-cu ildə rayonun adı dəyişdirilərək Mirbəşir rayonu adlandırılmışdır. 4 yanvar 1963-cü ildə Mirbəşir rayonu ləğv edilərək Bərdə rayonunun inzibati tabeliyinə keçirilmiş, 6 yanvar 1965-ci ildə yenidən Mirbəşir rayonu yaradılmışdır. 7 fevral 1991-ci ildə Mirbəşir rayonunun adı dəyişdirilərək yenidən Tərtər rayonu adlandırılmışdır.
Tərtər rayonunda 24 tarix və mədəniyyət abidəsi vardır. Onlardan biri dünya əhəmiyyətli tunc və ilk dəmir dövrünə aid Borsunlu kurqanlarıdır. İndiyədək aparılan araşdırmalar və arxeoloji qazıntılar Tərtərin qədim yaşayış məskəni olduğunu göstərməkdədir. 1981-ci ildə Tərtərin Borsunlu kəndinin ərazisində arxeoloji qazıntı aparılarkən və eramızdan əvvəl III minilliyin əvvəllərinə aid böyük kurqan aşkar edilmişdir. İlk tunc dövrünə aid olan bu abidələrdən biri gil daşdan kvadrat şəklində hörülmüş üçmərtəbəli qəbirdir və bu qəbirin mərtəbələrində insan skeletləri aşkar edilmişdir. Həmin yerdən tapılan və Çor kurqan adlanan kurqandan tayfa başçısına aid qəbir aşkar edilmişdir. Qəbrin üstündə 200-dən çox indi nadir tapılan arqan ağacı döşənmişdir, tabutun mıxları əsasən qızıl və tuncla mismarlanmışdır. Orada tayfa başçısının döyüş silahları, nizə və ox ucları, döyüş təbərzini, mərmər toppuzla yanaşı, saxsı qablar, tunc və qızılla işlənmiş bəzək əşyaları, qızıl düymələr, başlığı fil sümüyündən qızıl toqqa, şüşə və əqiqdən muncuqlar tapılmışdır. Arxeoloji materiallar göstərir ki, Borsunlu ərazisində yaşamış insanlar üzümçülük və maldarlıqla məşğul olmuşlar.
Rayondakı 24 tarix və mədəniyyət abidələrindən 1 ədədi dünyaca məşhur abidə, 15 ədədi ölkə əhəmiyyətli arxeoloji abidə, 7 ədədi yerli əhəmiyyətli memarlıq, 1 ədədi isə yerli əhəmiyyətli arxeoloji abidədir. Həmin abidələr Tərtər şəhərində, Buruc, Hacıqərvənd, Evoğlu, Hüsənli, Sarov, Borsunlu, Bəyim Sarov, Xoruzlu, Dəmirçilər kəndlərində yerləşir. Göstərilən ərazilərdə 3 məscid, 15 kurqan, 2 nekropol, 2 yaşayış yeri, 1 buzxana, 1 türbə mövcuddur. Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.
1757-1759-cu illərdə məşhur azərbaycan şairi M.P.Vaqifin Tərtərdə məktəblərdə dərs deməsi buranın mədəni inkişafı haqqında xəbər verir.
Tərtərdə ilk məktəb Salman Haqnəzərovun evində (indiki musiqi məktəbi) 1911-ci ildə, ilk ambulatoriya-tibb məntəqəsi 1903-cü ildə Hacı İbrahimin evində (indiki Şuşa Rayon Polis Şöbəsinin yerləşdiyi bina), ilk apteki isə 1905-ci ildə Hacı İbrahim, 1917-ci ildə Haqnəzərovlar açıb.
Rayon haqqında