Cinayət mühakimə icratı üzrə məhkəmə qərarlarından kassasiya şikayətinin verilməsi qaydası
XƏBƏRLƏRƏ YAZIL
Keçirilən tədbirlər və xəbərlər haqqında məlumat almaq üçün saytımıza yazılın.
XƏBƏR ARXİVİ
FOTO ARXİV
ƏLAQƏ MƏLUMATLARI
- (+99412) 489-07-07
- Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə
- contact@supremecourt.gov.az
-
Maddə 73. Azərbaycan Respublikası Ali Məhkəməsinin aidiyyəti
73.1. Azərbaycan Respublikasının Ali Məhkəməsi cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə kassasiya instansiyası məhkəməsi qismində fəaliyyət göstərir.
73.2. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası
və ya hərbi kollegiyasıapellyasiya instansiyası məhkəmələrivə andlılar məhkəməsitərəfindən çıxarılmış hökmlərdən və digər qərarlardan verilmiş kassasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır.73.3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu əlavə kassasiya qaydasında kassasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarlardan Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatları, Azərbaycan Respublikası Baş prokurorunun protestləri, müdafiə tərəfinin şikayətləri əsasında və hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə işlərə baxır.
XLVIII fəsil
Məhkəmələrin hökm və ya qərarlarına kassasiya qaydasında yenidən baxılması
Maddə 408. Kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi
408.1. Kassasiya şikayəti və ya kassasiya protesti bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan verilə bilər.
408.2. Kassasiya şikayəti və ya kassasiya protesti aşağıdakı qaydada verilir:
408.2.1. andlı iclasçıların iştirakı ilə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış hökmlərdən - Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına;408.2.2. andlı iclasçıların iştirakı ilə ağır cinayətlər məhkəmələri tərəfindən çıxarılmış hökmlərdən - Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə kollegiyasına;408.2.3. andlı iclasçıların iştirakı ilə hərbi məhkəmələr tərəfindən çıxarılmış hökmlərdən – Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyasına;408.2.4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası tərəfindən çıxarılmış hökm və qərarlardan - Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına;
408.2.5. apellyasiya məhkəmələrinin cinayət işləri üzrə məhkəmə kollegiyaları tərəfindən çıxarılmış hökm və qərarlardan - Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasına.
408.2.6. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hərbi kollegiyası tərəfindən çıxarılmış hökm və qərarlardan - Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyasına;408.2.7. apellyasiya məhkəmələrinin hərbi kollegiyaları tərəfindən çıxarılmış hökm və qərarlardan - Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyasına.408.3 Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökm və ya digər yekun qərarından bu Məcəllənin 408.2.4 - 408.2.5, 410, 413-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq təqdimat verir. Təqdimata baxılması bu Məcəllənin 414, 416—420-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri bu səlahiyyətləri apellyasiya məhkəmələrinin sədrləri və ya Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı əsasında da (yuxarıda göstərilmiş şəxslərin müraciətləri olduqda) həyata keçirir.
Maddə 409. Kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququ olan şəxslər
409.1. Kassasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdirlər:
409.1.1. məhkum edilmiş, bəraət almış təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi;
409.1.2. zərər çəkmiş şəxs (xüsusi ittihamçı), onun qanuni nümayəndəsi və ya nümayəndəsi;
409.1.3. mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri.
409.1.4. Barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü.
409.1.5. barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilmiş və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilmiş yetkinlik yaşına çatmayan şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi;
409.1.6. barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi və ya müdafiəçisi.
409.2. Məhkum edilmiş təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi yalnız məhkumun mənafelərinə aid hissədən kassasiya şikayəti vermək hüququna malikdirlər. Məhkumun müdafiəsi naminə verilmiş kassasiya şikayəti digər məhkumun və ya bəraət almış şəxsin vəziyyətinin pisləşdirilməsi üçün əsas ola bilməz.
409.3. Bəraət almış şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi hökmdən yalnız bəraətin dəlil və əsaslarına aid hissəsindən şikayət vermək hüququna malikdirlər. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının yeni məhkəmə baxışı zamanı belə kassasiya şikayəti bəraət hökmünün ləğv edilməsi və ittiham hökmünün çıxarılması üçün əsas ola bilməz.
409.4. Zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi hökmdən yalnız zərər çəkmişə ziyan vurmuş şəxsə və hərəkətlərə aid hissədən şikayət vermək hüququna malikdirlər.
409.5. Mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri hökmdən mülki iddiaya aid hissədən və yalnız birinci instansiya məhkəməsinə verilmiş tələblərə uyğun olaraq şikayət vermək hüququna malikdirlər.
409.6. Barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü yalnız tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə aid hissədən kassasiya şikayəti vermək hüququna malikdirlər.
409.7. Barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilmiş və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilmiş yetkinlik yaşına çatmayan şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi yalnız tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə və ya qapalı tipli xüsusi təlimtərbiyə müəssisəsinə göndərilməsinə aid hissədən kassasiya şikayəti vermək hüququna malikdir.
409.7-1. Barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi və müdafiəçisi yalnız hüquqi şəxsin mənafeyinə aid hissədən şikayət vermək hüququna malikdirlər.
409.8. Məhkumun və ya zərər çəkmiş şəxsin yaxın qohumlarının şikayəti yalnız həmin şəxslər bu Məcəllənin qaydalarına uyğun olaraq cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata müstəntiq və ya birinci instansiya məhkəməsi tərəfindən müvafiq olaraq təqsirləndirilən, zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) qanuni nümayəndəsi və ya nümayəndəsi kimi buraxıldıqda kassasiya icraatının açılmasına səbəb ola bilər.
409.9. Apellyasiya instansiyası məhkəməsinin icraatında iştirak etmiş dövlət ittihamçısı onun məhkəmə tərəfindən nəzərə alınmamış nəticə və təkliflərinə dair hissəsindən kassasiya protesti vermək hüququna malikdir. Göstərilən dövlət ittihamçısı vəfat etdikdə, xəbərsiz itkin düşdükdə, uzun sürən ağır xәstәliyә tutulduqda, protest verməkdən yayındıqda və ya imtina etdikdə, habelə onun mövqeyi ilə razılaşmadıqda hökmdən kassasiya protesti vermək hüququna Azərbaycan Respublikasının Baş prokuroru, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası tərəfindən çıxarılmış hökm və ya qərarlardan həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroru apellyasiya instansiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısının əvəzinə, kassasiya protesti vermək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına bu Məcəllənin 392.2-ci maddəsinin tələblərinin ziddinə baxıldığı halda kassasiya protesti vermək hüququna Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini malikdir.
Maddə 410. Kassasiya şikayətinin və ya kassasiya protestinin verilmə müddəti
410.1. Kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən aşağıdakı müddətlərdə verilir:
410.1.1. bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla) , 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından—onların çıxarıldığı , bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində;
410.1.2. bəraət hökmündən və ya cinayət işi məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı gündən 3 (üç) ay müddətində;
410.1.3. daha ağır cinayət haqqında qanunun tətbiq edilməsinin zəruriliyi, təyin edilmiş cəzanın həddən artıq yüngüllüyü və ya məhkumun vəziyyətini pisləşdirən digər əsaslar üzrə ittiham hökmündən, habelə tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı gündən 6 (altı) ay müddətində;
410.1.4. məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı , bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində.
410.1-1. Azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır.
410.2. Kassasiya qaydasında təqdimat, şikayət və ya protest verildiyi hallar istisna olmaqla, kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddət ərzində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materialı yuxarı məhkəmə tərəfindən apellyasiya instansiyası məhkəməsindən tələb edilə bilməz.
Maddə 411. Kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası
411.1. Kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər.
411.2. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir:
411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda;
411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.
411.3. Kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Belə vəsatətin baxılma vaxtı və yeri barədə vəsatəti qaldırmış şəxslərə lazımi qaydada məlumat verilir. Həmin şəxslərin məhkəmə iclasına gəlməməsi vəsatətə baxılmasına mane olmur. Vəsatətlə əlaqədar qəbul edilmiş qərarın surəti apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslərə göndərilir.
411.4. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti təmin etdikdə, bu Məcəllənin 417.1-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra kassasiya şikayətini və ya kassasiya protestini cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərir.
411.5. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
411.6. Bu Məcəllənin 411.5-ci maddəsində nəzərdə tutulmuş qərardan şikayət və ya protest verildiyi halda apellyasiya instansiyası məhkəməsi onu cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərir. Kassasiya instansiyası məhkəməsinin hakimi kassasiya şikayəti və ya kassasiya protesti verilməsi müddətini bərpa etdikdə bu Məcəllənin 418.2-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri yerinə yetirir. Kassasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi barədə qərarı qətidir və ondan şikayət və ya protest verilə bilməz. Vəsatətlə əlaqədar qəbul edilmiş qərarın surəti hər bir halda kassasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslərə göndərilir.
Maddə 412. Kassasiya şikayətinin və ya kassasiya protestinin verilmə qaydası
412.1. Kassasiya şikayəti və ya kassasiya protesti apellyasiya instansiyası məhkəməsi vasitəsilə verilir. Kassasiya şikayəti və ya kassasiya protesti birinci instansiya məhkəməsinə verildikdə şikayət və ya protest cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsinə verildikdə şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu maddədə göstərilən hər üç halda apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 417.1-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra kassasiya şikayəti və ya kassasiya protestinin apellyasiya instansiyası məhkəməsinə daxil olduğu vaxtdan 23 (iyirmi üç) gündən gec olmayaraq kassasiya şikayəti və ya kassasiya protesti cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilir.
412.2. Kassasiya şikayəti və ya kassasiya protesti yazılı şəkildə verilməlidir.
412.3.
Kassasiya şikayəti və ya kassasiya protestinə məhkəmənin mübahisə edilən hökmünün və ya qərarının surəti əlavə edilməlidir.Kassasiya şikayəti və ya kassasiya protestinəhəmçininmüraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.412.4. Kassasiya şikayəti və ya kassasiya protestinə onların surətləri həmin kassasiya şikayəti və ya kassasiya protesti mənafelərinə toxunan cinayət prosesinin bütün iştirakçılarına çatacaq sayda əlavə edilməlidir. Bu vəzifə həbsdə olan məhkuma, yetkinlik yaşına çatmamış şəxsə və barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməyən şəxsə şamil olunmur.
412.5. Hüququ olmayan şəxslər tərəfindən və ya şifahi şəkildə ifadə edilmiş kassasiya şikayəti və ya kassasiya protesti qəbul edilə bilməz.
412.6. Kassasiya şikayətinin və ya kassasiya protestinin geri götürülməsi haqqında müraciət bu Məcəllənin 410.1-ci maddəsi ilə kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddət ərzində təkrar kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi hüququnun həyata keçirilməsinə mane olmur.
412.7. Məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti, yaxud kassasiya protestinin verilməsi onların icrasını dayandırmır.
Maddə 413. Kassasiya şikayəti və ya kassasiya protestinin məzmunu
413.1. Kassasiya şikayəti və ya kassasiya protestində aşağıdakılar öz əksini tapmalıdır:
413.1.1. kassasiya şikayəti və ya kassasiya protestinin ünvanlandığı kassasiya instansiyası məhkəməsinin adı;
413.1.2. kassasiya şikayətini və ya kassasiya protestini verən şəxsin adı və statusu;
413.1.3. hökm və ya qərarı çıxarmış məhkəmənin adı;
413.1.4. hökmün və ya qərarın tarixi, qısa məzmunu və kassasiya şikayətini və ya kassasiya protestini verən şəxsin mülahizəsinə görə, onun qanunsuzluğunun, əsassızlılığının və ya ədalətsizliyinin nədən ibarət olması;
413.1.5. kassasiya şikayətini və ya kassasiya protestini verən şəxsin xahişi;
413.1.6. kassasiya şikayətinə və ya kassasiya protestinə əlavə edilən sənədlərin siyahısı.
413.2. Hökmün dəyişdirilməsinin və ya ləğv edilməsinin zəruriliyi əsaslandırıldıqda kassasiya şikayəti və ya kassasiya protestində işin müvafiq vərəqlərinə istinad edilməlidir. Bu tələb həbsdə saxlanılan məhkuma və yetkinlik yaşına çatmamış şəxsə şamil edilmir.
Maddə 414. Kassasiya şikayətinin və ya kassasiya protestinin geri götürülməsi, dəyişdirilməsi və onlara əlavələr edilməsi
414.1. Kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir.
414.2. Kassasiya instansiyası məhkəməsində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları
və ya xüsusi ittiham qaydasında şikayətüzrə icraatda iştirak etmək üçün təyin edilmiş dövlət ittihamçısıbirinci və yaapellyasiya instansiyası məhkəməsində həmin icraatda iştirak etmiş dövlət ittihamçısının verdiyi kassasiya protestinə əlavə etmək, onu dəyişmək və ya geri götürmək hüququna malikdir.414.3. Barəsində tərbiyəvi və ya tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin, habelə məhkumun və ya bəraət almış şəxsin vəziyyətinin pisləşməsinə səbəb olan dəyişikliklər yalnız kassasiya şikayəti və ya kassasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddət ərzində kassasiya şikayətinə və ya kassasiya protestinə daxil edilə bilər.
414.4. Müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Kassasiya icraatında cəlb edilmiş müdafiəçi cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə
birinci, yaxudapellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmiş müdafiəçinin kassasiya şikayətinə yalnız məhkumun və ya bəraət almış şəxsin və onun qanuni nümayəndəsinin razılığı ilə əlavələr və dəyişikliklər etmək hüququna malikdir.414.5. Məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir.
414.6. Məhkumun bəraət almış və ya barəsində tərbiyəvi və ya tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin xeyrinə dövlət ittihamçısının verdiyi kassasiya protesti məhkumun, bəraət almış və ya yuxarıda göstərilən şəxsin və onların qanuni nümayəndələrinin razılığı olmadan dövlət ittihamçısı tərəfindən geri götürülə bilməz.
414.7. Kassasiya instansiyası məhkəməsində zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsi yalnız zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) və onun qanuni nümayəndəsinin razılığı ilə öz kassasiya şikayətini, habelə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatda
müvafiq olaraq birinci və yaapellyasiya instansiyası məhkəməsində iştirak etmiş zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsinin kassasiya şikayətini geri götürmək hüququna malikdir.414.7-1. Barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi ona verilmiş etibarnamə ilə müəyyən edildiyi hallarda, müdafiəçisi isə nümayəndənin razılığı ilə kassasiya şikayətini geri götürə bilər.
414.8. Kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır.