21.11.2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə hakim vəzifəsini nümunəvi yerinə yetirdiyinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Təhsili
1978-1983
1978-ci ildə Rusiya Federasiyası N.P.Oqaryov adına Mordoviya Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və 1983-cü ildə həmin fakultəni “hüquqşünas” ixtisası üzrə bitirmişdir.
İş təcrübəsi
1983-1985
Hərbi xidmətdə olmuşdur.
1985-1986
Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsinin «Azərmeşətikintikağıztəchizatsatış» İdarəsində hüquq məsləhətçisi vəzifəsində işləmişdir.
1986-1987
Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsində böyük hüquq məsləhətçisi vəzifəsində işləmişdir.
1987-1989
Gürcüstan Respublikası Kutaisi qarnizonu hərbi prokurorluğunun müstəntiqi vəzifəsində işləmişdir.
1989-1992
Naxçıvan qarnizonu hərbi prokurorluğunun baş müstəntiqi, hərbi prokurorun köməkçisi, hərbi prokurorun müavini və hərbi prokuror vəzifələrində işləmişdir.
1992-2000
Bakı qarnizonu hərbi məhkəməsinin sədr müavini vəzifəsində işləmişdir.
2000-2007
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi – Hərbi Məhkəmələrin İşləri üzrə Məhkəmə Kollegiyasının sədri vəzifələrində işləmişdir.
2007 h/h
2007-ci ildən hal-hazıra kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir.
2008
11.02.2008-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Məhkəmələrin İşləri üzrə Məhkəmə Kollegiyasının sədri;
2010-2020
2010-cu ilin dekabrın 29-dan Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının sədri;
2020 h/h
2020-ci ilin May ayından Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində çalışır.
Ali Məhkəmənin hakimi
Yusifov Şahin Yaşar oğlu
Ümumi məlumat
Təhsili
İş təcrübəsi