Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin tərkibi
Ali Məhkəmənin tərkibinə Ali Məhkəmənin sədri, onun müavini, kollegiya sədrləri və hakimləri daxildirlər.

Ali Məhkəmə Plenumdan və kassasiya kollegiyasından ibarətdir.

Ali Məhkəmədə mülki kollegiya, kommersiya kollegiyası, inzibati kollegiya və cinayət kollegiyası təşkil edilir.

Ali Məhkəmə hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən olaraq müəyyənləşdirilir.

Qanunların düzgün tətbiq olunması, qanunvericiliyin təkmilləşdirilməsi və elmi təkliflərin hazırlanması
məqsədilə Ali Məhkəmənin yanında Elmi-məsləhət şurası fəaliyyət göstərir.
 
 "Məhkəmələr və hakimlər haqqında”
Azərbaycan Respublikasının Qanunu,
maddə 78.