Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmə kollegiyalarının səlahiyyətləri

Ali Məhkəmənin kollegiyalarında aşağıdakı işlərə baxılır:

apellyasiya məhkəmələrinin baxdığı işlərə dair qərarlardan verilmiş kassasiya şikayətləri və kassasiya
protestləri üzrə işlərə; 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin baxdığı işlərə dair qərarlardan verilmiş kassasiya şikayətləri və kassasiya protestləri üzrə işlərə; 

qanunla müəyyən edilmiş hallarda digər ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin baxdığı işlərə dair
qərarlardan verilmiş kassasiya şikayətləri və kassasiya protestləri üzrə işlərə;

qanunla müəyyən edilmiş qaydada və hallarda Ali Məhkəmə sədrinin kassasiya qaydasında verdiyi təqdimatlar üzrə işlərə.

Ali Məhkəmənin kollegiyaları məhkəmə statistikasını təhlil edir, məhkəmə təcrübəsini öyrənir və
ümumiləşdirir, Azərbaycan Respublikasının məhkəmələrinə metodik kömək göstərir, Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

 
"Məhkəmələr və hakimlər haqqında”
Azərbaycan Respublikasının Qanunu,
maddə 81.