Ali Məhkəmə sədrinin səlahiyyətləri
XƏBƏRLƏRƏ YAZIL
Keçirilən tədbirlər və xəbərlər haqqında məlumat almaq üçün saytımıza yazılın.
XƏBƏR ARXİVİ
FOTO ARXİV
ƏLAQƏ MƏLUMATLARI
- (+99412) 489-07-07
- Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə
- contact@supremecourt.gov.az
-
Ali Məhkəmənin sədri:
Ali Məhkəmənin işinin təşkilinə və onun katibliyinin işinə rəhbərlik edir, Ali Məhkəmədə əmək və icra
intizamına əməl olunmasını təmin edir;
Ali Məhkəmə kollegiyalarının iclaslarına sədrlik edir, işlərin kollegiyalar arasında kargüzarlıq qaydasına uyğun bölüşdürülməsinə nəzarət edir, başqa vəzifələri bölüşdürür;
Ali Məhkəmənin hakimlərinin kollegiyalar üzrə müəyyən edilməsinə dair Ali Məhkəmənin Plenumuna təkliflər verir;
Ali Məhkəmə aparatının işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam
qaydasında cəzalandırılması məsələlərini həll edir;
Ali Məhkəmə aparatının strukturunu, ştat cədvəlini, xərc smetasını müəyyən edir;
Azərbaycan Respublikası hakimlərinin mükafatlandırılması barədə Məhkəmə-Hüquq Şurasına təklif verir;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada Azərbaycan Respublikası məhkəmələri hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi, habelə onların səlahiyyətlərinə xitam verilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir;
məhkəmələrdən işləri tələb edir;
qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə qərarlarından Ali Məhkəmənin Plenumuna əlavə kassasiya qaydasında təqdimatlar verir;
qanunla müəyyən edilmiş hallarda və qaydada yeni açılmış hallar üzrə Ali Məhkəmənin Plenumuna
təqdimatlar verir;
Ali Məhkəməni təmsil edir;
Ali Məhkəmənin Plenumunun iclaslarını çağırır, onun vaxtını, gündəliyini müəyyən edir və bu iclaslara sədrlik edir, Plenumun qərarlarını və iclas protokollarını imzalayır;
Ali Məhkəmənin Plenumunda Azərbaycan Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələrində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir;
Ali Məhkəmənin hakimlərinin və aparatı işçilərinin ixtisasının artırılması işini təşkil edir;
məhkəmə statistikasının təhlili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;
qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik kömək göstərir;
şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.