Azərbaycan Respublikası Ali Məhkəməsi

Rəsulbəyova Nigar İmran qızı

Ali Məhkəmənin hakimi

 

Rəsulbəyova Nigar İmran qızı

 
Ümumi məlumat
12 iyul 1960 Bakı şəhərində anadan olmuşdur.
  Ailəlidir, üç övladı var.
Təhsili
1977-1982 1977-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1982-ci ildə həmin universiteti bitirmişdir.
1999-2002 1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi fakültəsinə daxil olmuş, 2002-ci ildə həmin universiteti bitirmişdir.
İş təcrübəsi
1982-1989 Azərbaycan Respublikası Elmlər Akademiyasının fəlsəfə və hüquq institutunun baş laborantı;
1989-1991 Azərbaycan SSR-i Dövlət Arbitrajında baş məsləhətçi;
1991-1993 Azərbaycan Respublikası Dövlət Arbitrajının dövlət arbitri;
1993-1995 Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin hakimi;
1995-2007 Azərbaycan Respublikası İqtisad Məhkəməsinin hakimi;
2007 h/h 2007-ci ilin iyul ayının 16-dan hal-hazıradək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir.
1995-2000 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü olmuşdur;
2003 2003-cü ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakimliyə namizəd olmuşdur;
2005 h/h 2005-ci ildən İxtisaslaşdırılmış Məhkəmələrin hakimlərin Assosasiyasının Sədr müavinidir;
2005-2007 Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının üzvü olmuşdur;
21.11.2008 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə hakim vəzifəsini nümunəvi yerinə yetirdiyinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
29.12.2012 Hüquq üzrə Fəlsəfə doktoru elmi dərəcəsini almışdır.