ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

A meeting with the delegation of the Astana International Court and Arbitration Center was held at the Supreme Court

27.12.2022, 13:55
A meeting with the delegation of the Astana International Court and Arbitration Center was held at the Supreme Court
A meeting with the delegation of the Astana International Court and Arbitration Center was held at the Supreme Court

Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsi kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verən, habelə qanunla onun səlahiyyətlərinə aid edilmiş digər vəzifələri həyata keçirən ali məhkəmə orqanıdır.

Ali Məhkəmə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyi və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqelərin proqnozlaşdırılan olması baxımından fəaliyyəti barədə hüquq ictimaiyyətini mütəmadi məlumatlandırmaqla, şəffaflığın və ictimaiyyətə açıqlığın təmin olunmasına böyük önəm verir.

Şəffaflıq qərarların dərc edilməsi, qərarlar üzrə açıq elektron axtarış sisteminin təqdim edilməsi, müxtəlif hüquqi məsələlərin müzakirəsində ictimaiyyətin iştirakının təmin olunması, habelə ictimai maraq doğuran məsələlərin kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yayılması və digər yollarla həyata keçirilir.

Bu çərçivədə aparılan müzakirələri faydalı hesab etməklə, hamılıqla qəbul edilən etik çərçivədə ifadə edilən fikir, irad və təkliflərə daim açıq olduğunu bildirir.

Təəssüflə qeyd edilməlidir ki, son dövrlər sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının bir üzvü tərəfindən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının qəbul etdiyi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Qərardadında nümayiş etdirilmiş hüquqi mövqelər açıq-aydın şəkildə təhrif edilmiş, habelə Ali Məhkəmənin hakimlərinin nüfuzuna xələl gətirən ifadələr yayılmışdır.

Ali Məhkəmənin Mülki Prosessual Məcəllənin 418-1-ci maddəsi əsasında qəbul etdiyi qərardadlar vəkilin yazısında istinad edildiyi kimi araşdırılan sahə üzrə təcrübədə olması ehtimal edilən bütün hüquqi məsələlərin deyil, məhz kassasiya qaydasında konkret işin həlli baxımından əhəmiyyətli olan və ayrı-ayrı məhkəmə tərkibləri arasında fikri ayrılığı doğuran hüquqi məsələyə dair izahın verilməsini tələb edir. Qəbul edilən qərardadda da, qanunun tələbi baxımından yalnız icraatda olan konkret işin həlli üçün mühüm olan məsələlərə qiymət verilmişdir.

Xüsusilə vurğulanmalıdır ki, məhkəmə təcrübəsinin vahidliyini təmin edən bu qəbildən olan qərardadların qəbulu zamanı hər zaman mübahisəli hüquqi məsələ Ali Məhkəmənin internet səhifəsi vasitəsilə hüquq ictimaiyyətinin diqqətinə çatdırılır və qərardadların qəbulunadək daxil olan bütün rəy və təkliflər diqqətlə təhlil edilir.

Hazırkı qərardadın qəbulu zamanı da eyni prosedura riayət edilərək, 2022-ci ilin 13 aprel tarixində (https://supremecourt.gov.az/post/view/1418) elan verilməklə yazılı formada əsaslandırılmış rəylərin (amicus curiae rəyi) təqdim edilməsi üçün şərait yaradılmışdır. Bir sıra hüquqşünas və qurumlar tərəfindən məsələyə dair münasibət bildirilsə də, hazırda artıq qəbul edilmiş qərardadla bağlı çıxış edən vəkil tərəfindən mövzu üzrə Ali Məhkəməyə hər hansı rəy və yaxud müraciət təqdim edilməmişdir.

Qərardadın məzmunu ilə bağlı qeyd edilənlərə münasibətdə isə bildirilməlidir ki, bu məlumatlar həqiqəti əks etdirməyərək, qərardadın məzmununu təhrif etməklə qərəzli şəkildə ictimaiyyətin diqqətini çaşdırmağa yönəlmişdir.

Belə ki, Qərardadda ipoteka predmetinin təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilməsinə dair nümayiş etdirilmiş hüquqi mövqe, bu əldə etmənin ipoteka predmetinin dəyəri ilə bağlı qarşılıqlı hesablaşmaların aparılması şərti ilə həyata keçirilməsini istisna etmir. Qərardadın 59 və 60-cı bəndlərində bu məsələyə aydınlıq gətirilərək xüsusi olaraq vurğulanmışdır ki, hərrac təşkilatının protokolu imzalamaqdan imtinasının və yaxud yayınmasının qanunsuzluğu ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyi halda mümkündür, habelə buna dair qəbul edilmiş məhkəmə aktında da əmlakın ipoteka saxlayan tərəfindən hansı şərtlərlə əldə edildiyi dəqiq göstərilməlidir.

Göründüyü kimi, Qərardadda ipoteka saxlayanın hərrac protokolunun qarşılıqlı hesablaşmaya dair şərtlərə cavab verən qaydada imzalanmalı olmasına hər hansı əks hüquqi mövqe bildirilməmişdir.

Qərardadla bağlı yazıda ifadə edilmiş və heç bir hüquqi əsası olmayan digər fikirlərə dair münasibətin bildirilməsinə lüzum görülməyərək, bir daha vurğulanmalıdır ki, Ali Məhkəmənin hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə Qərardadları müvafiq kollegiyalara daxil olan bütün hakimləri tərəfindən mübahisəli hüquqi məsələnin nəzəri və praktik tərəfləri təhlil olunmaqla, habelə digər instansiya məhkəmələrinin hakimləri və bu sahədə tanınmış alimlərin rəy və təklifləri nəzərə alınmaqla, səs çoxluğu ilə qəbul edilir.         

Yuxarıda qeyd edilənlərlə yanaşı, Ali Məhkəmə hesab edir ki, Vəkillər Kollegiyası üzvünün mətbuatda və sosial şəbəkələrdə vəkil etikası ilə bir araya sığmayan şəkildə hakimlərin yüksək konstitusion statusuna toxunan və nüfuzuna xələl gətirən əsassız və qərəzli ifadələr işlətməsi yolverilməzdir.

Nəzərə alınmalıdır ki, hakimlərin, xüsusilə də Ali Məhkəmənin hakimlərinin təyin olunması qanunvericiliklə hər üç hakimiyyət qolunun iştirakı ilə ciddi tənzimlənən prosedurlar əsasında həyata keçirilir. Bu zaman hakimlərin təhsili, nəzəri və praktik hazırlığı, peşəkarlıq səviyyəsi, peşə fəaliyyəti və peşə fəaliyyətindən kənar etik davranışı, kollektivdəki və cəmiyyətdəki nüfuzu və digər xüsusiyyətləri nəzərə alınır.

Bu baxımdan, ümumiyyətlə buna hər hansı əsas olmadan, subyektiv mülahizələrlə, qərəzli olaraq hakimlərin kompetentliyinin müzakirə predmetinə çevrilməsi məhkəmə hakimiyyətinin nüfuzuna və cəmiyyətdə məhkəmələrə etimada ciddi zərbə vurmaqla, həm də hakimlərin seçim prosedurunun legitimliyini əsassız olaraq şübhə altına alır.

 

Azərbaycan Respublikasının

Ali Məhkəməs