The Supreme Court continues to cooperate with the Council of Europe
29.10.2021, 12:29Azərbaycan Respublikasının Ali Məhkəməsi son günlər sosial şəbəkələrdə yayılan Ali Məhkəmənin hakimi barəsində təhqiramiz, həqiqətə uyğun olmayan təsvirləri ilə bağlı öz qəti mövqeyini bildirməyi zəruri hesab edir.
Ali Məhkəmə hesab edir ki, bu cür saxtalaşdırılmış məlumatların yayılması cəmiyyətimizin dəyərlərinə zidd olan hərəkət olmaqla yanaşı, ümumilikdə dövlət hakimiyyətinin məhkəmə qoluna qarşı rəzil qəsd sayılmalıdır.
Yayılmış məlumatla bağlı lazımi tədbirlərin görülməsi üçün müvafiq dövlət qurumlarına müraciət edilmişdir.
Ali Məhkəmənin hakimləri öz həmkarının və bütövlükdə məhkəmə hakimiyyətinin nüfuzunun ləkələnməsinə yönəlmiş belə cəhdləri qətiyyətlə pisləyir və həmvətənlərimizi belə uydurma məlumatları yaymaqdan çəkinməyə çağırırlar.
Göstərilən platformalarda paylaş: