| Ümumi məlumat | |
| 1972 | 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. |
| Təhsili | |
| 1989-1994 | Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra kommersiya bankında hüquqşünas, aparıcı hüquqşunas işləmişdir. |
| 1994-1997 | Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun əyani aspiranturasında təhsil almış, və «Azərbaycan Respublikasında bank fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir, fəlsəfə doktoru, dosentdir. |
| İş təcrübəsi | |
| 1997-2012 | Bakı Dövlət Universitetinin Mülki proses, əmək və ekologiya hüququ və Mülki hüquq kafedralarında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2012-ci ildən BDU-nun Mülki proses və kommersiya hüququ kafedrasının dosentidir. |
| 2003 - 2004 | Ədliyyə Nazirliyi yanında Hüquq-Tədris Mərkəzinin Mülki-hüquq və Mülki proses kafedrasında baş müəllim, 2004-2005-ci illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsində baş məsləhətçi vəzifələrində çalışmışdır. |
| 2005 - 2013 | Məhkəmə-Hüquq Şurasının Aparatında böyük məsləhətçi vəzifəsində çalışmışdır. |
| 2013 - h/h | 2013-cü ilin fevral ayından hal-hazıradək Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektorudur |