ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Məhkəmə sistemi

Azərbaycan Respublikasının Ali Məhkəməsi

Ali Məhkəmənin Plenumu

Mülki kollegiya

Cinayət kollegiyası

İnzibati kollegiya

Kommersiya kollegiyası

Apellyasiya məhkəmələri

Rəyasət heyəti

Mülki kollegiya

Cinayət kollegiyası

İnzibati kollegiya

Kommersiya kollegiya

Rəyasət heyəti

Mülki kollegiya

Cinayət kollegiyası

İnzibati kollegiya

Kommersiya kollegiya

Rəyasət heyəti

Mülki kollegiya

Cinayət kollegiyası

İnzibati kollegiya

Kommersiya kollegiya

Rəyasət heyəti

Mülki kollegiya

Cinayət kollegiyası

İnzibati kollegiya

Kommersiya kollegiya

Rəyasət heyəti

Mülki kollegiya

Cinayət kollegiyası

İnzibati kollegiya

Kommersiya kollegiya

Rəyasət heyəti

Mülki kollegiya

Cinayət kollegiyası

İnzibati kollegiya

Kommersiya kollegiya

İxtisaslaşmış və ümumi məhkəmələr

Bakı Ağır Cinayətlər Məhkəməsi

Gəncə Ağır Cinayətlər Məhkəməsi

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

Şəki Ağır Cinayətlər Məhkəməsi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi

Naxçıvan M. R. Ağır Cinayətlər Məhkəməsi

Bakı Hərbi Məhkəməsi

Cəlilabad Hərbi Məhkəməsi

Füzuli Hərbi Məhkəməsi

Gəncə Hərbi Məhkəməsi

Tərtər Hərbi Məhkəməsi

Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi

Bakı İnzibati Məhkəməsi

Gəncə İnzibati Məhkəməsi

Sumqayıt İnzibati Məhkəməsi

Şirvan İnzibati Məhkəməsi

Şəki İnzibati Məhkəməsi

Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi

Bakı Kommersiya Məhkəməsi

Gəncə Kommersiya Məhkəməsi

Sumqayıt Kommersiya Məhkəməsi

Şirvan Kommersiya Məhkəməsi

Şəki Kommersiya Məhkəməsi

Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi

Rayon (şəhər) məhkəməsi və onun səlahiyyətləri

• Rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. Rayon (şəhər) məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir. Rayon (şəhər) məhkəməsi Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində (rayon tabeli şəhərlərdən başqa), şəhərdəki rayonlarında təşkil edilir və onun yurisdiksiyası Azərbaycan Respublikasının müvafiq rayonuna və ya şəhərinə şamil edilir.

• Azərbaycan Respublikası ərazisində 86 rayon (şəhər) məhkəməsi fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Məhkəmə sistemi

Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.

Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir.

Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır.

Azərbaycan Respublikasında  ədalət mühakiməsini Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan aşağıdakı məhkəmələr həyata keçirirlər:

 • rayon (şəhər) məhkəmələri;

 • ağır cinayətlər məhkəmələri;

 • hərbi məhkəmələr;

 • inzibati məhkəmələr;

 • kommersiya məhkəmələri; 

 • Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi;

 • apellyasiya məhkəmələri;

 • Azərbaycan Respublikasının Ali Məhkəməsi.

Azərbaycan Respublikasının məhkəmə sistemi daxilində qanunla müəyyən edilmiş qaydada digər məhkəmələr da yaradıla bilər.

Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir. 

Azərbaycan Respublikasının hər bir məhkəməsi müstəqil hüquqi şəxsdir və onun Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürü vardır.

Rayon (şəhər) məhkəmələri, ağır cinayətlər məhkəmələri, Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi, hərbi məhkəmələr, inzibati məhkəmələr, kommersiya məhkəmələri  birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş işlərə baxır.

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi və apellyasiya məhkəmələri mülki, kommersiya və inzibati mübahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir.

Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə uyğun olaraq Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən kommersiya və inzibati mübahisələrə dair), cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanıdır.

Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi kimi qanunla müəyyən edilmiş prosessual qaydada ədalət mühakiməsini həyata keçirir. Ali Məhkəmə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təşkil edilir, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir.