Tez-tez verilən suallar
Kasasiya şikayətlərinə yazılı və ya şifahi qaydada baxılır. Qəbul edilmiş qərarın nəticəsi barədə məlumat həmin gün “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir. Qərarın tam mətni işdə iştirak edən şəxslərə qəbul edildiyi gündən 1 ay müddətində sifarişli məktubla göndərilir və yaxud müraciətləri əsasında təqdim edilir.
Kassasiya qaydasında inzibati mübahisələrə dair işlərə baxılması üçün qanunvericilikdə müddət müəyyən edilməmişdir.
Kassasiya şikayətlərinə (mülki, kommersiya və inzibati mübahisələrə dair işlər) məhkəmə iclası keçirilmədən və tərəflərin iştirakı olmadan baxılmadır.
İnzibati mübahisələrə dair işlər üzrə kassasiya qərarlarından əlavə kassasiya qaydasında şikayətə baxılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Ali Məhkəmənin inzibati mübahisələrə dair işlər üzrə qərarı qətidir.