ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Seyidov Əziz Cəfər oğlu

Seyidov Əziz Cəfər oğlu
Ümumi məlumat
1956 Anadan olmuşdur.
   Azərbaycan Respublikası Prezidentinin 24.12.1998-ci il tarixli Fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. 
   Azərbaycan Respublikası Baş Prokurorunun 26.09.2003-cü il tarixli əmri ilə “Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif olunmuşdur.
   Azərbaycan Respublikası Prezidentinin 27.09.2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir. 
  Azərbaycan Respublikası Prezidentinin 30.09.2004-cü il tarixli Sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.
   Belarusiya Baş Prokurorunun 05.06.2014-cü il tarixli əmri ilə Belarusiya Prokurorluğunun “90 illik Yubiley medalı” ilə təltif olunmuşdur. 
   Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 25.06.2018-ci il tarixli № 0571 əmri ilə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubileyi medalı ilə təltif edilmişdir.
  Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Ədliyyə nazirinin 20.11.2018-ci il tarixli № 620-K əmri ilə “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubileyi medalı ilə təltif edilmişdir.
11.02.2023 Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Təhsili
1983 Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsi 
İş təcrübəsi
1983 - 1988 Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi, Bakı şəhər prokurorluğunun böyük müstəntiqi
1988 - 1993 Azərbaycan Respublikasının Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq
1993 - 1998 Azərbaycan Respublikası Hərbi Prokurorluğunun istintaq idarəsinin rəisi
1998 - 1999 Azərbaycan Respublikası Prokurorluğunun Mili Təhlükəsizlik orqanlarında və Silahlı Qüvvələrdə qanunların icrasına nəzarət şöbəsinin rəisi
1999 - 2001 İxtisaslaşdırılmış Hərbi Prokuror
2001 - 2007  Azərbaycan Respublikası Baş prokurorluğunun Daxili İşlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi
2007 - 2017 Bakı şəhər prokuroru
2017 - h/h Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi
2017 Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının sədri