Ağdam, Yevlax, Ağcabədi, Tərtər və Laçın rayonlarından olan vətəndaşların nəzərinə
14.11.2022, 14:06Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev cari ilin noyabrın 18-də saat 10:00-da Ağdam Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi) Ağdam, Yevlax, Ağcabədi, Tərtər və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar Ali Məhkəmə Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin (050) 245-54-20 nömrəli telefonu və qebul@supremecourt.gov.az elektron poçt ünvanı, eləcə də Ali Məhkəmənin sosial şəbəkələrdəki səhifələri (facebook və twitter) vasitəsilə qəbula yazıla bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Qəbula qeydiyyat 2022-ci ilin noyabrın 17-də saat 18:00-da başa çatır.
Göstərilən platformalarda paylaş: