ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmədə açıq qapı günləri təşkil olunacaq

01.11.2022, 15:06
Ali Məhkəmədə açıq qapı günləri təşkil olunacaq
Ali Məhkəmədə açıq qapı günləri təşkil olunacaq

Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyi ilə əlaqədar noyabr ayının 14-dən etibarən Ali Məhkəmənin inzibati binasında “açıq qapı” günləri təşkil ediləcək. Vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməklə həftədə bir gün Ali Məhkəmənin inzibati binası, iş fəaliyyəti, eləcə də Ali Məhkəmənin kitabxana və tarix muzeyi ilə tanış ola biləcəklər.

Həmçinin, vətəndaşların ədalət mühakiməsinin həyata keçirilməsi sistemi ilə yaxından tanışlığı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, vətəndaşların müraciət imkanlarının genişləndirilməsi, elektron sistemlərin tətbiqi və digər yeniliklər barədə məlumatlandırılması, onlara hüquqlarının müdafiəsi mexanizmləri və s. barədə izahlar verilməsi nəzərdə tutulur.

“Açıq qapı” günlərində iştirak etmək istəyən şəxslərdən aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.

https://supremecourt.gov.az/siteform/