ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmədə ehtiyat kadr bazasının formalaşdırılması üzrə müsabiqə elan edilir

04.06.2024, 10:16
Ali Məhkəmədə ehtiyat kadr bazasının formalaşdırılması üzrə müsabiqə elan edilir
Ali Məhkəmədə ehtiyat kadr bazasının formalaşdırılması üzrə müsabiqə elan edilir

Azərbaycan Respublikasının Ali Məhkəməsində ehtiyat kadr bazasının formalaşdırılması üzrə müsabiqə elan edilir.

Müsabiqə Ali Məhkəmənin Aparatında qulluq keçmək istəyən şəxslərin bilik, ümumi dünyagörüşü və məhkəmə sistemində təcrübə səviyyəsini müəyyən etməklə ehtiyat kadr bazasının formalaşdırılması məqsədilə həyata keçirilir.

Müsabiqə yazılı və şifahi imtahan olmaqla 2 mərhələdən ibarətdir.

Müsabiqədə Azərbaycan Respublikasının vətəndaşı olan, hüquqşünaslıq ixtisası üzrə ali təhsil almış və məhkəmə orqanlarında inzibati vəzifələr üzrə 3 il staja malik olan şəxslər iştirak edə bilərlər.

Müsabiqə üçün sənəd qəbulu cari ilin sentyabr ayının 1-dək davam edəcək. Namizədlər bu müddət ərzində Ali Məhkəmənin rəsmi internet səhifəsi vasitəsilə (https://supremecourt.gov.az/az/vetendaslar-ucun/ise-qebul-formasi) tələb edilən sənədləri təqdim edə bilərlər. Təqdim ediləcək sənədlər 2 hissədən ibarətdir:

  1. Əsas sənədlər
    1. Şəxsiyyəti təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
    2. Ali təhsil haqqında diplomun (xaricdə təhsil almış namizədlər üçün təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı müvafiq sənədin) notarial qaydada təsdiq edilmiş surəti;
    3. Əmək kitabçasının surəti;
    4. Məhkumluq barədə arayış;
    5. Narkoloji dispanserdə qeydiyyatda olmaması barədə arayış.
  2. Digər sənədlər
    1. Xasiyyətnamə və ya şəxsin özünü xarakterizə edən digər sənədlər.

Müsabiqənin tələblərinə uyğun müraciətlər qeydiyyata alınaraq namizədlərə məlumat veriləcəkdir. Qeydiyyat zamanı namizədlər müvafiq sənədləri təqdim edərkən hər hansı çətinliklə qarşılaşdıqda aşağıdakı əlaqə nömrəsi vasitəsilə Ali Məhkəməyə müraciət edə bilərlər.

Telefon: (012) 489-07-07 (daxili: 18427)