Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Gədəbəy rayonunda vətəndaşları qəbul edəcək
08.02.2020, 15:00Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fevralın 14-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Şahin Yusifov Gədəbəydə vətəndaşları qəbul edəcək.
Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Vətəndaşların qəbulu Gədəbəy Rayon Məhkəməsində (ünvan: Gədəbəy şəhəri, Heydər Əliyev pr. 1) saat 10:00 başlanacaq.
Vətəndaşlar qəbula Ali Məhkəmədə, Gədəbəy Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502557715 əlaqə nömrələri və ya contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Ali Məhkəmənin Mətbuat Xidməti
Göstərilən platformalarda paylaş: