ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Kürdəmir rayonunda vətəndaşları qəbul edəcək

02.03.2020, 15:00
Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Kürdəmir rayonunda vətəndaşları qəbul edəcək
Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Kürdəmir rayonunda vətəndaşları qəbul edəcək

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq martın 6-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Şahin Yusifov Kürdəmirdə vətəndaşları qəbul edəcək.

Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulu Kürdəmir Rayon Məhkəməsində (ünvan: Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22) saat 10:00 başlanacaq.

Vətəndaşlar qəbula Ali Məhkəmədə, Kürdəmir Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502557715 əlaqə nömrələri və ya contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.