ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmənin sədri Ağsuda vətəndaşları qəbul edəcək

19.02.2020, 15:30
Ali Məhkəmənin sədri Ağsuda vətəndaşları qəbul edəcək
Ali Məhkəmənin sədri Ağsuda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tövsiyələri Ali Məhkəmə tərəfindən daim diqqətdə saxlanılmaqla vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ali Məhkəmənin sədri Ramiz Rzayev tərəfindən fevralın 21-də Ağsu rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulu Ağsu Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Ağsu şəhəri, H.Əliyev küç., 135)  saat 11:00 başlanacaq.

Vətəndaşlar qəbula Ali Məhkəmədə, Ağsu Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455420 əlaqə nömrələri və contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Ali Məhkəmənin Mətbuat Xidməti