Ali Məhkəmənin sədri Masallıda vətəndaşları qəbul edəcək
16.05.2022, 18:11
Vətəndaşların nəzərinə!
Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev mayın 20-də Masallı rayonunda Masallı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşların qəbulu Masallı Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Masallı şəhəri, Heydər Əliyev prospekti 7 ) saat 10:00-da başlanacaq.
Vətəndaşlar qəbula Masallı və Cəlilabad rayon məhkəmələrində (əlaqə telefonları: (050) 529-12-03 və (051) 644-95-05), habelə Ali Məhkəmənin (050) 245-54-20 telefon nömrəsi və ya qebul@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Azərbaycan Respublikası
Ali Məhkəməsi
Göstərilən platformalarda paylaş: