ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmənin sədri Quba rayonunda vətəndaşları qəbul edəcək

15.03.2022, 15:19
Ali Məhkəmənin sədri Quba rayonunda vətəndaşları qəbul edəcək
Ali Məhkəmənin sədri Quba rayonunda vətəndaşları qəbul edəcək

Vətəndaşların nəzərinə!

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev martın 18-də Quba rayonunda Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşların qəbulu Quba Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti) saat 10:00-da başlanacaq.

Vətəndaşlar qəbula Quba və Qusar rayon məhkəmələrində  (əlaqə telefonları: (055) 430-12-19 və (050) 851-64-02, habelə Ali Məhkəmənin (050) 245-54-20 telefon nömrəsi və ya qebul@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Vətəndaş qəbulu pandemiya dövrünün tələblərinə uyğun keçiriləcək. Qəbulda etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan vətəndaşlar iştirak edə bilər.

 

Azərbaycan Respublikası

Ali Məhkəməsi