ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmənin sədri Şirvanda vətəndaşları qəbul edəcək

15.02.2023, 14:03
Ali Məhkəmənin sədri Şirvanda vətəndaşları qəbul edəcək
Ali Məhkəmənin sədri Şirvanda vətəndaşları qəbul edəcək

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev fevralın 17-də saat 10:00-da Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) Şirvan, Hacıqabul və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar Ali Məhkəmə Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin (050) 245-54-82 nömrəli telefonu və qebul@supremecourt.gov.az elektron poçt ünvanı, eləcə də Ali Məhkəmənin sosial şəbəkələrdəki səhifələri (facebook və twitter) vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Qəbula qeydiyyat 2023-cü il fevralın 16-da saat 18:00-da başa çatır.