Ali Məhkəmənin sədri Zaqatalada vətəndaşları qəbul edəcək
13.06.2022, 15:10Vətəndaşların nəzərinə!
Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev iyunun 17-də Zaqatala rayonunda Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşların qəbulu Zaqatala Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Zaqatala şəhəri, Faiq Əmirov küçəsi 201) saat 10:00-da başlanacaq.
Vətəndaşlar qəbula Zaqatala, Balakən və Qax rayon məhkəmələrində (əlaqə telefonları: (050) 529-12-03, (051) 496-58-36 və (070) 234-34-02), habelə Ali Məhkəmənin (050) 245-54-20 telefon nömrəsi və ya qebul@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Azərbaycan Respublikası
Ali Məhkəməsi
Göstərilən platformalarda paylaş: