ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında müxtəlif meyarlar əsasında effektiv axtarışın aparılmasını təmin edən yeni informasiya-axtarış sistemi yaradılmışdır

22.09.2021, 16:25
Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında müxtəlif meyarlar əsasında effektiv axtarışın aparılmasını təmin edən yeni informasiya-axtarış sistemi yaradılmışdır
Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında müxtəlif meyarlar əsasında effektiv axtarışın aparılmasını təmin edən yeni informasiya-axtarış sistemi yaradılmışdır

Azərbaycan Respublikasının Ali Məhkəməsində ədalət mühakiməsinin keyfiyyətinin artırılması ilə bağlı məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün tədbirlərin görülməsi davam etdirilir.

Bu sahədə görülmüş işlərin davamı olaraq qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə Ali Məhkəmənin Elektron məhkəmə məsələləri və İnformasiya texnologiyaları şöbəsinin və Aparatın digər struktur bölmələrinin əməkdaşları tərəfindən müxtəlif meyarlar əsasında  məhkəmə  qərarlarında effektiv axtarışın aparılmasını təmin edən yeni informasiya-axtarış sistemi yaradılmışdır. Qeyd edilən sistemə  Azərbaycan Respublikasının  Ali Məhkəməsinin internet saytının ana səhifəsindən  və “Elektron xidmətlər” bölməsindən keçid etmək mümkündür (https://sc.supremecourt.gov.az/decision/).

İstifadəçilər informasiya-axtarış sistemində axtarışın həyata keçirilməsi və lazım olan məlumatın daha səmərəli yolla əldə etməsi üçün müvafiq funkisonallıqlardan, eyni zamanda mətn üzrə axtarış funksiyasından istifadə edə bilərlər. 

Yeni yaradılmış informasiya-axtarış sistemi Ali Məhkəmənin Plenumda və kollegiyalarında baxılan işlər üzrə konkret mübahisə predmetinə aid söz və söz birləşmələrindən istifadə etməklə, eyni zamanda müxtəlif meyarlar seçməklə mübahisəli hüquqi məsələlərə dair Ali Məhkəmənin  hüquqi mövqeyini asan şəkildə istifadəçilər tərəfindən öyrənməyə imkan verəcəkdir. Bununla da, aşağı instansiya məhkəmələri və geniş ictimaiyyət müxtəlif hüquqi məsələlərə dair Ali Məhkəmənin  qərarlarındakı hüquqi yanaşmalara asan çıxış imkanı əldə  edəcəklər. Bu  isə son nəticədə vahid məhkəmə  təcrübəsinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir edəcək,  eləcə də ədalət mühakiməsinin proqnozlaşdırıla bilən olmasına ciddi töhfə verəcəkdir.