ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Respublikasının Ali Məhkəməsində informasiya texnologiyalarının daha geniş tətbiq edilməsi və bu sahədə strateji inkişafın təmin olunması məqsədilə yaradılmış işçi qrupunun Elanı

05.03.2021, 14:14

Azərbaycan Respublikası Prezidentinin “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin” təsdiq edilməsi barədə” 2020-ci il 1 iyun tarixli Fərmanının 3-cü bəndində Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sisteminin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlərin görülməsi tövsiyə edilmişdir.

Bu tövsiyəyə uyğun olaraq, Ali Məhkəmə sədrinin müvafiq əmri ilə Ali Məhkəmədə informasiya texnologiyalarının daha geniş tətbiq edilməsi, bu sahədə strateji inkişafın təmin olunması, “Elektron Məhkəmə” informasiya sisteminin tətbiqinin təkmilləşdirilməsi, vətəndaşların məhkəməyə müraciət imkanlarının genişləndirilməsi və məmnunluğunun yüksəldilməsi, şəffaflıq və operativliyin təmin edilməsi məqsədilə işçi qrup yaradılmışdır.

Bununla əlaqədar olaraq, məhkəmələrin, maraqlı qurumların və şəxslərin məhkəmələrdə yeni informasiya texnologiyalarının tətbiqi, o cümlədən “Elektron məhkəmə” informasiya sisteminin səmərəliyinin artırılması ilə bağlı təkliflərinin 2021-ci il aprelin 1-dək Azərbaycan Respublikasının Ali Məhkəmənin Elektron-məhkəmə məsələləri və İnformasiya texnologiyaları şöbəsinin istifadəsində olan IT_department@supremecourt.gov.az elektron poçt ünvanına göndərilməsi xahiş edilir.