ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonlarından olan vətəndaşların nəzərinə

10.10.2022, 16:07
Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonlarından olan vətəndaşların nəzərinə
Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonlarından olan vətəndaşların nəzərinə

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev cari ilin oktyabrın 14-də saat 10:00-da Qəbələ Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Qəbələ şəhəri, Heydər Əliyev prospekti 58) Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar Ali Məhkəmə Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin (050) 245-54-20 nömrəli telefonu və qebul@supremecourt.gov.az elektron poçt ünvanı, eləcə də Ali Məhkəmənin sosial şəbəkələrdəki səhifələri (facebook və twitter) vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Qəbula qeydiyyat 2022-ci il 13 oktyabr, saat 18:00-da başa çatır.