ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşların nəzərinə

12.12.2022, 10:05
Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşların nəzərinə
Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşların nəzərinə

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev cari ilin dekabrın 16-da saat 10:00-da Qusar Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Qusar şəhəri, Füzuli küçəsi, 5) Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar Ali Məhkəmə Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin (050) 245-54-82 nömrəli telefonu və qebul@supremecourt.gov.az elektron poçt ünvanı, eləcə də Ali Məhkəmənin sosial şəbəkələrdəki səhifələri (facebook və twitter) vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Qəbula qeydiyyat 2022-ci il dekabrın 15-də saat 18:00-da başa çatır.