Sabirabad, Saatlı, İmişli və Kürdəmir rayonlarından olan vətəndaşların nəzərinə
12.09.2022, 17:08Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev cari ilin sentyabrın 16-da saat 10:00-da Sabirabad Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Sabirabad rayonu, Heydər Əliyev prospekti, 69) Sabirabad, Saatlı, İmişli və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar Ali Məhkəmə Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin (050) 245-54-20 nömrəli telefonu və qebul@supremecourt.gov.az elektron poçt ünvanı, eləcə də Ali Məhkəmənin sosial şəbəkələrdəki səhifələri (facebook və twitter) vasitəsilə qəbula yazıla bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Qəbula qeydiyyat 2022-ci il 15 sentyabr, saat 18:00-da başa çatır.
Göstərilən platformalarda paylaş: