Vətəndaşların nəzərinə
20.01.2020, 15:00Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 24-də Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifov Oğuzda vətəndaşları qəbul edəcək.
Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Vətəndaşların qəbulu Oğuz Rayon Məhkəməsində (ünvan: Oğuz şəhəri, Heydər Əliyev prospekti 1) saat 11:00 başlanacaq.
Vətəndaşlar qəbula Ali Məhkəmədə, Oğuz Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108) əlaqə nömrələri və ya contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Göstərilən platformalarda paylaş: