ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Vətəndaşların nəzərinə

15.01.2020, 14:30
Vətəndaşların nəzərinə
Vətəndaşların nəzərinə

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev tərəfindən yanvarın 17-də Salyan rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulu Salyan Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Salyan şəhəri, Əli Zeynalov küç., 91)  saat 11:00 başlanacaq.

Vətəndaşlar qəbula Ali Məhkəmədə, Salyan Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455420 əlaqə nömrələri və contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Ali Məhkəmənin Mətbuat Xidməti