Ali Məhkəmədə AŞPA-nın həmməruzəçiləri ilə görüş keçirilib
06.06.2023, 12:182023-cü il iyunun 6-da ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen Azərbaycan Respublikasının Ali Məhkəməsində olublar.
Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov qonaqlara dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlar barədə ətraflı məlumat verib. Avropa Şurasının təsisatları ilə işgüzar əlaqələrin, həmçinin Avropa Şurasına üzv olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini diqqətə çatdırıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Göstərilən platformalarda paylaş: