Ali Məhkəmə sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Avstriya Respublikasına səfəri
24.08.2017, 12:35Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti 24-25 avqust 2017-ci il tarixlərdə Avstriya Respublikasının paytaxtı Vyana şəhərində Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsi (UNODC) tərəfindən keçirilən Məhkəmə Dürüstlüyü üzrə Qlobal Şəbəkənin işə salınması üçün hazırlıq iclasında iştirak etmişdir.
Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsi (UNODC) BMT-nin 2015-ci ildə keçirilmiş Konqresində qəbul olunmuş cinayətkarlığın qarşısının alınması və cinayət mühakiməsinə dair Doha Deklarasiyası ilə əhatə edilən, üzv dövlətlərə konkret sahələrdə, o cümlədən ədalət mühakiməsində dürüstlük və korrupsiyanın qarşısının alınması istiqamətində fəaliyyətə davamlı dəstək və texniki köməklə bağlı qlobal layihənin həyata keçirilməsinə 2016-cı ildə başlamışdır.
Tədbirin keçirilməsində əsas məqsəd məhkəmə orqanlarının BMT-nın Korrupsiyaya qarşı Konvensiyasının 11-ci Maddəsinin Banqalor Prinsiplərinə uyğun həyata keçirilməsini dəstəkləməklə, Məhkəmələrdə Dürüstlüyün Qlobal Şəbəkəsi layihəsinin yaradılması olmuşdur. Şəbəkə üzvlərinin hakimlərin, milli və regional hakim assosiasiyalarının, məhkəmə idarəçiliyində vəzifəli şəxslərin və digər maraqlı tərəflərin təcrübəsindən və peşə hazırlığından bəhrələnəcəyi nəzərdə tutulur.
Qeyd edilmişdir ki, məhkəmə işçilərinə münasibətdə, 11-ci maddədə göstərilən "dürüstlük" termini məhkəmə sisteminin və ya fərdi qaydada hər bir hakimin korrupsiyaya qarşı çıxma qabiliyyətinə istinadən bütöv bir konsepsiya kimi təsbit edilə bilər və bu baxımdan bütövlüyə, şəxsi toxunulmazlığa, ədalətə, bərabərliyə və xüsusən də məhkəmə sisteminin və hakimlərin müstəqilliyinə hörmətlə yanaşılmalıdıır. Bu dəyərlər Hakimlərin Davranışı üzrə Bangolor Prinsiplərində müəyyənləşdirilərək, həmin sənədin komentariyasında ətraflı izah edilmişdir.
Məhkəmə Dürüstlüyü üzrə Qlobal Şəbəkə, müvafiq resursların məlumat bazasının yaradılması, uyğun hüquqi sistemə, peşəkar mədəniyyətə və milli çağırışlara uyğunlaşa biləcək alətlər, praktiki təlimatlar və təlim proqramlarının hazırlanması ilə yanaşı, məhkəmə orqanalarında şəffaflığ və peşəkarlığ sahəsində potensialın inkişaf etdirilməsi üçün töhvələr verməklə, təlimlərin aparılması sahəsində məhkəmə orqanalarına dəstək üçün platforma olacaq.
Həmçinin burada, şəbəkədaxili fərdi və virtual iclaslar vasitəsi ilə ədalət mühakiməsində qərəzsizliyin və korrupsiyanın qarşısının alınması sahəsində prioritet məsələlər üzrə ən yaxşı təcrübə və fikir mübadiləsinin aparılması, cinayət mühakiməsində bütövlükdə risklərin qiymətləndirilməsi, məhkəmə orqanları və məhkəmə işçiləri üçün effektiv nəzarət və hesabatlılıq mexanizmlərinin yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi, etik davranış qaydalarının hazırlanması və həyata keçirilməsi, təlim proqramlarının işlənilməsi barədə məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur.
Tədbirə dünyanın müxtəlif bölgələrindən Ali Məhkəmələrin və Apellyasiya Məhkəmələrinin sədrləri və hakimləri, tanınmış hüquqşunaslar və alimlər, beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxsləri və ekspertləri qatılmışdır. Tədbirdə məhkəmə dürüstlüyü üzrə regional inkişaf və Məhkəmə Dürüstlüyü üzrə Qlobal Şəbəkənin təqditmatı keçirilmiş, şəffaflığın gücləndirilməsi və məhkəmə orqanlarında korrupsiyanın qarşısının alınmasında məhkəmələrin müstəqilliyinin rolu, gözləntilər və ehtiyaclar mövzülarında çıxışlar edilərək, iştirakçılar arasında fikir mübadiləsi aparılmışdır.
Göstərilən platformalarda paylaş: