ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Respubliksı Ali Məhkəməsinin İntizam Kollegiyası haqqında Əsasnamə

22.02.1999, 12:35
Azərbaycan Respubliksı Ali Məhkəməsinin İntizam Kollegiyası haqqında Əsasnamə
Azərbaycan Respubliksı Ali Məhkəməsinin İntizam Kollegiyası haqqında Əsasnamə

PDF Word

AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN (1) İNTİZAM KOLLEGİYASI HAQQINDA ƏSASNAMƏ
 
Plenumun 22 fevral 1999-cu il tarixli 2 saylı rarı ilə təsdiq edilmişdir
 
Əlavə və dəyişiklik:
11 yanvar 2001, № 8
 
1. Ümumi müddəalar
 
1.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam Kollegiyası (bundan sonra – İntizam Komissiyası) Azərbaycan Respublikası Ali Məhkəməsi İntizam Kollegiyasının qərarlarının qanuniliyinə və əsaslılığına nəzarəti həyata keçirmək məqsədilə yaradılır.
 
1.2. Bu Əsasnamə İntizam Kollegiyasının tərkibini, səlahiyyətlərini və iş qaydasını müəyyən edir.
 
1.3. İntizam Komissiyası öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam Kollegiyası haqqında Əsasnaməyə və bu Əsasnaməyə uğyun olaraq həyata keçirir.
 
2. İntizam Komissiyasının tərkibi
 
2.1. İntizam Komissiyası Azərbaycan Respublikası Ali məhkəməsinin yeddi (1) hakimindən ibarət tərkibdə onun Plenumu tərəfindən seçilir. Komissiyanın tərkibinin üçdə bir hissəsi hər beş ildən bir təzələnməlidir. (1)
 
2.2. İntizam Kollegiyasının sədri həmin komissiyanın üzvləri tərəfindən seçilir.
 
2.3. İntizam Komissiyasının üzvləri yalnız beş ildən az olmayaraq hakim vəzifəsində işləmiş hakimlər ola bilərlər.
 
2.4. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və Azərbaycan Respublikası Ali Məhkəməsi İntizam Kollegiyasının üzvləri eyni zamanda İntizam Komissiyasının üzvü ola bilməzlər.
 
3. İntizam Komissiyasının səlahiyyəti
 
3.1.İntizam Komissiyasının aşağıdakı səlahiyyətləri vardır:
 
- Azərbaycan Respublikası Ali Məhkəməsi İntizam Kollegiyasının qərarını qüvvədə saxlamaq, şikayətləri isə təmin etməmək,
 
- Azərbaycan Respublikası Ali Məhkəməsi İntizam Kollegiyasının qərarını ləğv etmək və intizam icraatına xitam vermək;
 
- Azərbaycan Respublikası Ali Məhkəməsi İntizam Kollegiyasının qərarını dəyişdirmək;
 
- yalnız hakimin şikayəti əsasında işə baxan İntizam Komissiyası öz qərarı ilə onun vəziyyətini pisləşdirə bilməz.
 
3.2. İntizam Komissiyasının qərarı qətidir və elan olunduğu vaxtdan qüvvəyə minir.
 
3.3. İntizam Komissiyası baxılan məsələlər üzrə aşağıdakı hüquqları malikdir:
 
- məhkəmələrdən, ədliyyə, prokurorluq, polis orqanlarından, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlardan, siyasi partiyalardan ictimai birliklərdən, digər hüquqi şəxslərdən, onların vəzifəli şəxslərindən, habelə fiziki şəxslərdən zəruri olan məlumat və sənədlər almaq;
 
- hakimlərdən və məhkəmə prosesinin iştirakçılarından izahatlar almaq;
 
- məhkəmə işləri ilə tanış olmaq;
 
- mütəxəssis rəyi almaq;
 
- Azərbaycan Respublikası Ali Məhkəməsi İntizam Kollegiyasının materiallarını tələb etmək.
 
3.4. İntizam Komissiyasının səlahiyyətləri həddində verdiyi sorğu və müraciətlər mütləq, vaxtında və dəqiq icra olunmalıdır.
 
3.5. İntizam Komissiyası üzvünün səlahiyyətləri aşağıdakı hallarda bitmiş hesab edilir:
 
- öz arzusu ilə bu barədə yazılı ərizə verdikdə;
 
- haqqında intizam cəzası tətbiq edildikdə;
 
- hakim səlahiyyətinə xitam verildikdə.
 
3.6. Hakim vəzifəsindən kənarlaşdırılmış İntizam Komissiyası üzvünün şəxsin komissiyada fəaliyyəti hakim səlahiyyətləri bərpa olunanadək dayandırılır.
 
4. İntizam Komissiyası üzvünün hüquq və vəzifələri
 
İntizam Komissiyasının üzvü:
 
- İntizam Komissiyasında daxil olmuş materialların yoxlanılmasında iştirak etmək;
 
- İntizam Komissiyasının iclasında baxılması nəzərdə tutulmuş materiallarla tanış olmaq, onlardan çıxarışlar etmək;
 
- İntizam Komissiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmək;
 
- İntizam Komissiyasının iclasında materiallara baxılmasında iştirak etmək;
 
- İntizam Komissiyasının iclasında baxılan məsələlər üzrə məruzə etmək;
 
- dəvət olunmuş şəxslərə suallar vermək, zəruri sənəd və materialların tələb edilməsi barədə vəsatət vermək, sənədlərin tədqiqində iştirak etmək, öz dəlil və mülahizələrini təqdim etmək;
 
- məsuliyyət məsələsinə baxılan hakimlə qohumluq və qərəzli münasibət olduqda öz-özünə etiraz etmək:
 
- İntizam Komissiyası qərarının qəbul edilməsi ilə əlaqədar səsvermədə iştirak etmək.
 
İntizam Komissiyasının üzvü «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər hüquqları da malikdir.
 
Çıxarılıb. (1).
 
İntizam Komissiyasının üzvləri eyni hüquq və vəzifələrə malikdirlər.
 
5. İntizam Komissiyasının iclasında şikayət vermiş şəxslərin hüquqları
 
Şikayət vermiş şəxslər:
 
- materallarla tanış olmaq;
 
- İntizam Komissiyası iclasının vaxtı və yeri barədə xəbərdar olmaq;
 
- İntizam Komissiyası üzvünün qərəzsizliyinə şübhə doğuran hallar olduqda etiraz etmək;
 
- İntizam Komissiyasının iclasında iştirak etmək, izahat və vəsatətlər vermək, sənədlər təqdim etmək;
 
- İntizam Komissiyası qərarının surətini almaq hüququna malikdirlər.
 
6. İntizam Komissiyasının iş qaydası
 
6.1. Azərbaycan Respublikası Ali Məhkəməsi İntizam Kollegiyasının qərarlarından verilmiş şikayətlərə İntizam Komissiyası tərəfindən on gün müddətində baxılmalıdır.
 
6.2. İntizam Komissiyasının iclasına hazırlığı komissiyanın sədri həyata keçirir. O, iclasın keçirilmə vaxtını, yerini, gündəliyini, iclasa dəvət olunan şəxsləri müəyyən edir, zərurət olduqda daxil olmuş əlavə materialların ilkin yoxlanılmasını təşkil edir.
 
6.3. İntizam Komissiyasının üzvlərinə və dəvət olunan şəxslərə iclasa ən geci iki gün qalmış iclasın vaxtı və yeri barədə xəbər verilir, bu müddətdə İntizam Komissiyasının üzvləri iclasın gündəliyi və baxılması nəzərdə tutulmuş materiallar ilə tanış edilirlər.
 
Məsuliyyət məsələsinə baxılan hakim və şikayət vermiş şəxslər iclasa ən geci iki gün qalmış İntizam Komissiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər.
 
6.4. Məsuliyyət məsələsinə baxılan hakimə iclasın günü barədə müvafiq qaydada xəbər verilmədikdə və ya o, üzrlü səbəblərdən İntizam Komissiyasının iclasına gəlmədikdə məsələyə baxılması təxirə salınır.
 
İclasın günü barədə müvafiq qaydada xəbərdar edilmiş və əlavə materiallarla tanış edilmiş hakim üzrsüz səbəblərdən iclasa gəlmədikdə İntizam Komissiyası məsələyə onun iştirakı olmadan baxır.
 
Hakim əlavə materiallarla tanış olmaqdan və ya iclasa gəlməkdən imtina etdikdə İntizam Komissiyası bu barədə müvafiq sənəd tərtib edir.
 
6.5. İntizam Komissiyası üzvlərinin azı üçdə iki hissəsi iştirak etdikdə onun iclası səlahiyyətlidir.
 
6.6. İntizam Komissiyasının sədri həmin komissiyanın iclaslarında sədrlik edir.
 
Sədrlik edən təyin olunmuş vaxtda iclası açır, gündəliyi elan edir, dəvət olunmuş şəxslərin gəlmələrini yoxlayır, iştirak etməyənlərin gəlməmələrinin səbəblərini araşdırır, materiallara baxılmasının mümkünlüyü məsələsini müzakirə edir, İntizam Komissiyasının tərkibini elan edir, onun üzvlərinə etiraz olub-olmamasını müəyyən edir, iclasa rəhbərlik edir, səsverməni keçirir, qəbul olunmuş qərarları elan edir.
 
6.7. İntizam Komissiyasının üzvünə etiraz məsələsi komissiyanın digər üzvləri tərəfindən müzakirə olunaraq səsvermə yolu ilə həll edilir.
 
Səslər bərabər olduqda etiraz qəbul edilmiş sayılır.
 
İntizam Komissiyasının üzvü haqqında məsələyə baxılarkən o, komissiyanın üzvü kimi iclasda (1) iştirak edə bilməz.
 
6.9. İntizam Komissiyasının iclasında məsələyə baxılması sədrlik edənin və ya materiallar üzrə ilkin yoxlama aparılmış komissiya üzvünün məruzəsilə başlanır. Sonra məsuliyyət məsələsinə baxılan hakim, şikayət vermiş şəxslər və iclasa dəvət edilmiş başqa şəxslər dinlənilir, verilmiş vəsatətlərə baxılır, zəruri sənədlər və materiallar tədqiq edilir, araqşdırma aparılır, nəticələr müzakirə edilərək qərar qəbul olunur.
 
6.10. İntizam Komissiyasının yazılı formsada tərtib edilən qərarında aşağıdakılar göstərilir:
 
- komissiyanın adı, onun tərkibi;
 
- qərarın çıxarılma yeri və vaxtı;
 
- məsuliyyət məsələsinə baxılan hakimin soyadı, adı, atasının adı və vəzifəsi;
 
- şikayət vermiş şəxslər;
 
- şikayətlərin mahiyyəti;
 
-baxılan məsələnin mahiyyəti;
 
- məsuliyyət məsələsinə baxılan hakimin izahatı;
 
- İntizam Komissiyasının müəyyən etdiyi hallar və gəldiyi nəticə;
 
- qərarın məzmunu.
 
6.11. İntizam Komissiyasının (1) qərarının qəbul edilməsi üçün komissiya üzvlərinin ümumi sayının yarısından çoxu onun lehinə səs verməlidir.
 
Səsvermə məsuliyyət məsələsinə baxılan hakimin və dəvət olunmuş şəxslərin iştirakı olmadan keçirilir.
 
Sədrlik edən İntizam Komissiyasının iclasında axırıncı səs verir.
 
6.12. Qərarlar İntizam Komissiyasının iclasında iştirak etmiş bütün üzvlər tərəfindən imzalanır.
 
6.13. İntizam Komissiyası qərarının nəticəvi hissəsi dərhal (1) elan edilir. Əsaslandırılmış qərar isə üç gün ərzində tərtib edilir.
 
6.14. İntizam Komissiyasının qərarı elan edildiyi gündən qəbul edilmiş hesab olunur.
 
Tərtib olunduqdan dərhal sonra qəbul olunmuş qərarın surəti məsuliyyət məsələsinə baxılan hakimə və şikayət vermiş şəxslərə təqdim edilir.
 
6.15. İntizam Komissiyasının qərarının surəti haqqında qərar çıxarılmış hakimin şəxsi işinə əlavə edilir.
 
7. İntizam Komissiyasının fəaliyyətinin təmin edilməsi
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam Komissiyasının fəaliyyətinin təşkilati, maliyyə və maddi-texniki təminatı Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən həyata keçirilir.