ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ərizənin baxılmamış saxlaması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında

07.06.1996, 12:35
Ərizənin baxılmamış saxlaması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında
Ərizənin baxılmamış saxlaması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında

PDF Word

ƏRİZƏNİN BAXILMAMIŞ SAXLANILMASI BARƏDƏ QANUNVERİCİLİYİN MƏHKƏMƏLƏR TƏRƏFİNDƏN TƏTBİQ EDİLMƏSİ HAQQINDA
 
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 iyun 1996-cı il tarixli 2 saylı
 
QƏRARI
 
Ali Məhkəmə Plenumunun müzakirəsi göstərir ki, ərizənin baxılmamış saxlanılması barədə mülki-prosessual qanunvericiliyin normaları respublika məhkəmələri tərəfindən əsasən düzgün tətbiq olunur. Lakin bu sahədə qanun pozuntuları da az deyil. Həmin qanun pozuntularının əksəriyyəti hakimlərin mülki işləri məhkəmə baxışına lazımi səviyyədə hazırlamaması nəticəsində baş verir. Ərizənin baxılmamış saxlanılmasının əsasları və qaydası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində dəqiq təsbit edilsə də məhkəmələr bəzən həmin normaları düzgün tətbiq etmir, səhvən ərizəni baxılmamış saxlayırlar. Elə hallara da təsadüf olunur ki, ərizələr baxılmamış saxlanılmalı olduğu halda, həmin qaydaya əməl olunmayıb işə mahiyyəti üzrə baxılaraq qanunsuz qərarlar qəbul olunur. Ərizələr əsassız olaraq baxılmamış saxlandıqda da dövlətin və vətəndaşların mənafelərinə daha çox zərər dəyir. Belə ki, dövlət mənafeyinin və vətəndaşların mənafelərinin müdafiəsi ilə əlaqədar məhkəmələrdə qaldırılmış iddialar üzrə qərarlar ləğv edilib iş yeni məhkəmə baxışına göndərildikdə belə ərizələrin əsassız baxılmamış saxlanılması nəticəsində həmin mənafelər bərpa olunmamış qalır.
 
Mülki işlərə baxıldıqda ərizənin baxılmamış saxlanılması barədə qanunveriiliyin düzgün və eyni cür tətbiq olunması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
 
QƏRARA ALIR:
 
1. Ərizənin baxılmamış saxlanılması mülki işin mahiyyəti üzrə qətnamə qəbul     etmədən məhkəmə baxışını başa çatdırmanın forması olduqda, ona yalnız Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində müəyyən olunmuş əsaslar olduqda yol verilir. Bu əsaslar həm iddia, həm inzibati hüquq münasibətlərindən əmələ gələn, eləcə də xüsusi icraat işlərinə baxıldıqda prosesin bütün mərhələlərində, habelə qarşılıqlı iddialara tətbiq edilir. Həmin əsasların siyahısı qətidir və geniş təfsir oluna bilməz.
 
İddia icraatı üçün ərizənin baxılmamış saxlanılmasının əsasları MPM-nin 224-cü maddəsində göstərilənlərlə məhdudlaşır. Xüsusi icraat işləri üçün əlpavə olaraq daha bir əsas müəyyən olunmuşdur. MPM-nin 250-cxi maddəsinin üçüncü hissəsinə görə, xüsusi icraat qaydasında işə baxılarkən hüquq haqqında məhkəmə orqanlarına aid olan mübahisə əmələ gələrsə, məhkəmə ərizəni baxılmamış saxlayır və maraqldı şəxslərə izah edir ki, onlar ümumi əsaslar üzrə iddia verməyə haqlıdırlar.
 
2. Məhkəmələrin diqqətinə çatdırılsın ki, bəzi kateqoriya imşlər üçün müvafiq qanunvericilik aktlarında işin məhkəmədənkənar həll olunması qaydası müəyyən olunmuşdur.
 
Ərizə baxılmamış saxlanıldıqda işin məhkəmədənkənar həlli imkanlarının itirilib-itirilməməsi ətraflı aydınlaşdırılmalıdır. Həmin qaydanın tətbiq edilməsi imkanı itirildikdə işin icraatına xitam verilir.
 
3. Fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilmiş ərizə o halda baxılmamış saxlanılır ki, ərizə qəbul edildikdə ərizəçinin fəaliyyət qabiliyyəti olmur, hakim isə ərizəni səhvən icraata qəbul edir. Ərizə verildikdən sonra tərəf fəaliyyət qabiliyyətini itirdikdə MPM-nin 217-ci maddəsinin 2-ci bəndinə əsasən, işin icraatı dayandırılır. Ərizə məhdud fəaliyyət qabiliyyətli şəxs tərəfindən verildikdə məhkəmələr maddi hüquqi tələbin xarakterinə diqqət verməidirlər. Əgər tələb əmlak xarakterli sərəncamla əlaqədar deyilsə, məhkəmə ərizəni baxılmamış saxlamağa haqlı deyil. Fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etdikdə və nümayəndəsi olduğu şəxsin tələbini müdafiə etdikdə işin baxılması davam etdirilir.
 
Nəzərə almaq lazımdır ki, qanunda nəzərdə tutulan hallarda müəyyən kateqoriya işlər üzrə yetkinlik yaşına çatmayanlar da öz hüquq və mənafelərini məhkəmədə şəxsən müdafiə etmə hüququna malikdirldər. Bu hallarda yetkinlik yaşına çatmayanların ərizələri baxılmamış saxlanıla bilməz.
 
4. Maraqlı şəxs adından ərizə işi aparmağa vəkaləti olan şəxs tərəfindən verildikdə etibar edənin və nümayəndənin buna səlahiyyəti olub-olmaması, habelə səlahiyyətin rəsmiləşdirilməsi qaydasına riayət edilib-edilməməsi aydınlaşdırılmalıdır. Hüquqi şəxslərin etibarnamələrinin rəsmiləşdirilməsi üçün xüsusi qayda müəyyən olunmuşdur. Belə ki, dövlət təşkilatı adından etibarnamə onun rəhbərlərinin imzası ilə, təşkilatın möhürü vurulmaqla verilir. Kooperativ və ya sair ictimai təşkilat adından verilən etibarnaməyə onun nizamnaməsi (əsasnaməsi) ilə buna müvəkkil edilmiş şəxs imza edir, həmin təşkilatın möhürü vurulur. Dövlət, kooperativ və ya sair ictimai təşkilat adından pul və ya digər qiymətli şeylərin alınması və ya verilməsinə dair etibarnamə, həmçinin həmin təşkilatın baş mühasibi (böyük mühasib) tərəfindən imzalanmalıdır.
 
Qanunla müəyyən olunmuş əsaslar başqalarının hüquqlarınqı müdafiə edən prokuror, dövlət idarə orqanloarı, təşkilatlar və ayrı-ayrı vətəndaşların ərizələri işi aparmağa vəkaləti olmayan şəxs tərəfinldən verilmişq ərizə kimi baxılmamış saxlanılmır.
 
5. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair eyni və ya digər məhkəmənin icraatında iş olarsa hakim ikinci ərizəni icraata qəbul etmir.
 
İddialarda predmetin eyni olması dedikdə, iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbin bir məzmunda olması, əsasən eyni olması dedikdə isə, hər iki iddiada iddiaçının öz tələbini əsaslandırdığı faktların bir-birinə uyğun gəlməsi nəzərdə tutulur.
 
Mübahisənin həlli ilə əlaqədar alternativ ziddiyyət (mübahisənin həllinin bir neçə orqana aid olması) müəyyən edilən hallarda eyni tərəflər arasında, eyni predmetə dair eyni əsaslar üzrə iş nəinki məhkəmə, habelə başqa səlahiyyətli orqanların icraatında olduqd da məhkəməyə verilmiş ərizə baxılmamış saxlanılır.
 
6. İşə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər üzrlü səbəblər olmadan təkrar çağırışa gəlmədikdə,məhkəmə isə işdəki materiallar üzrə işi həll etməyi mümkün hesab etmədikdə ərizəni baxılmamış saxlayır.
 
MPM-nin 110-cu maddəsində göstərilənlərdən əlavə, çağırış vərəqəsinin çatdırılması digər mötəbər sübutlarla təsdiq edildikdə də, o çatdırılmış hesab edilir (məsələn, cavablı teleqram, çağırış vərəqəsinin çatdırılması haqqında təsdiq olunmuş poçt qəbzləri və s.)
 
Çağırış vərəqələri üzrə məhkəməyə qəsdən gəlməyən şəxslərə məhkəməyəf hörmətsizlik etməyə görə məsuliyyət tətbiq edilə bilər.
 
İşə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin üzrlü səbəblər olmadan ikinci dəfə çağırışa gəlməmələri ərizənin məcburi baxılmamış saxlanılmasına səbəb olmur. Məhkəmə işi təkrar təxirə salmağı, işdəki materiallar üzrə işi həll etmiəyi mümkün hesab etdikdə isə. İşə mahiyyəti üzrə bacxmağa haqlıdır.
 
MPM-nin 224-cü maddəsinin 5-ci bəndində göstərilən əsasla ərizənin baxılmamış saxlanılması fakultativ xarakter daşıyır. Belə ki, konkret hallardan asılı olaraq məhkəmə baxılması yeri və vaxtı barədə xəbərcdar edilmiş və məhkəməyə gəlməmiş tərəflərin iştirakı olmadan işə baxa bilər. Bu zaman məhkəmə işdə iştirak edən şəxslərin fikrini öyrənməklə mövcud materiallar əsasında işə baxılmasının mümkünlüyünü müzakirə etməlidir. Həmin halda iş üzrə kifayət qədər sübutların olmaması ərizənin baxılmamış saxlanılması üçün həlledici əhəmiyyət kəsb edir.
 
Ümumi qaydadan fərqli olaraq nigahın pozulmasına dair işlər üzrə iddiaçı üzrsüz səbəbə görə məhkəmə iclasına təkrar gəlmədikdə və iddiaçıdar onun iştirakı olmadan işə baxılması barədə ərizə alınmadıqda ərizə baxılmamış saxlanılır. Qanunun mənasına görə, bu halda məhkəmədə ərizənin baxılmamış saxlanılması barədə caıvabdehin rəyi həlledici əhəmiyyət kəsb etmir.
 
7. Ərizə baxılmamış saxlandıqda proses qərardad qəbul edilməklə başa çatdırılır.
 
Qərardad müşavirə otağında kolleqial, işə MPM-nin 61-ci maddəsində göstərilən hallarda təkbaşına baxıldıqda hakim tərəfindən çıxarlır.
 
Qərardadda ərizənin baxılmamış saxlanılmasının motivi qanunvericiliyə istinad edilməklə əsaslandırılmalı, işə mahiyyəti üzrə baxmağa mane olan halların necə aradan qaldırılması göstərilməlidir.
 
İddianın təmin edilməsi üçün tədbirlər görüldükdə, bu tədbirlərin ləğv edilməsi, MPM-nin 224-cü maddəsinin 1 və 2-ci bəndləri iolə nəzərdə tutulmuş əsaslar üzrə isə, ərizə baxılmamış saxlandıqda, dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll olunmalıdır.
 
Ərizənin baxılmamış saxlanılması barədə qərardaddan xüsusi şikayət və protest verilə bilər.
 
Ərizənin baxılmamış saxlanılması haqqında məhkəmə qərardadının surəti çıxarıldığı gündən ən geci üç gün müddətinə məhkəmə clasına gəlməmiş tərəflərə və işdə iştirak edən digər şəxslərə göndərilir.
 
8. Ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.
 
Məhkəmə iş üzrə sənədlərin və digər materialların yenidən təqdim olunmasını zəruri hesab etmədikdə, baxılmamış saxlanılan ərizənin materiallarına əsasən işə mahiyyəti üzrə baxa bilər.
 
9. Müəyyən edilmiş qaydada iddianın qaldırılması ilə iddia müddətinin axımı kəsilir. Qaldırılmış, lakin baxılmamış iddia müddətin axımını kəsmir.
 
Ərizə baxılmamış saxlanıldıqdan sonra hüquqların müdafiəsi qanunvericilikdə müəyyən olunmuş müvafiq müddətə həyata keçirilir.
 
Cinayət işində qaldırılmış iddiaya məhkəmə tərəfindən baxılmamışsa, iddianın qaldırılmasına qədər olan iddia müddətinin axımı, iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə mindiyi gündən davam edir.