Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı
25.12.1998, 12:35Əmlakı zorla tələb etmə Işləri üzrə məhkəmə təcrübəsi haqqında
Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında [1]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
Q Ə R A R I
25 dekabr 1998-ci il № 2 Bakı şəhəri
Özgəsinin əmlakını və ya ona olan hüququ zorla tələb etmə işləri üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi göstərir ki,məhkəmələr bu kateqoriyadan olan işlərə əsasən düzgün baxırlar.
Bununla yanaşı, bəzi məhkəmələr əmlakı və ya ona olan hüququ zorla tələb etmə barədə cinayət işlərinə baxarkən cinayət işlərinə baxarkən qanunun tətbiqində səhvlərə yol verir, iş üzrə aparılmış ibtidai istintaqın keyfiyyətinə lazımi tələbkarlıqla yanaşmır, işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmır, ayrı-ayrı işlər üzrə cinayətin törədilməsində iştirak etmiş bütün şəxsləri aşkar etmir, cinayətin hər bir iştirakçısının rolunu tam aydınlaşdırmır.
Bir sıra hallarda əmlakı və ya ona olan hüququ zorla tələb etmə cinayətinin oxşar cinayətlərdən fərqləndirilməsində səhvlərə yol verilir.
Qeyd edilən nöqsanların aradan qaldırılması məqsədilə və məhkəmə təcrübəsində qüvvədə olan qanunun tətbiqində yaranan mübahisəli məsələlərin aydınlaşdırılmasının zəruriliyini nəzərə alaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
QƏRARA ALIR:
Özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakterli digər hərəkətlər etməsini hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsinin öyrənilməsi göstərir ki, məhkəmələr bu kateqoriyadan olan işlərə əsasən düzgün baxırlar.
Bununla yanaşı, bəzən məhkəmələr hədə-qorxu ilə tələb etmə barədə cinayət işlərinə baxarkən qanunun tətbiqində səhvlərə yol verirlər.
Hədə-qorxu ilə tələb etmə cinayətinin oxşar cinayətlərdən fərqləndirilməsində də səhvlərə yol verilir.
Qeyd edilən nöqsanların aradan qaldırılması və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
QƏRARA ALIR: [2]
1. Məhkəmələrin diqqəti özgəsinin əmlakını və ya ona olan hüququ zorla tələb etmənin yüksək ictimai təhlükəliliyinə və belə kateqoriyadan olan işlərin baxılmasında qanunun tələblərinə ciddi əməl edilməsi, cinayətin törədilməsində iştirak etmiş bütün şəxslərin aşkar olunması, onların hər birinin cinayətin törədilməsində rolu və təqsirlilik dərəcəsinin müəyyən edilməsi üçün qanunda nəzərdə tutulan bütün tədbirləri görməyin zəruriliyinə cəlb edilsin.
1. Məhkəmələrin diqqəti özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini hədə-qorxu ilə tələb etmə cinayətlərinə dair işlərin baxılmasında qanunun tələblərinə ciddi əməl edilməsinə, cinayətin törədilməsində iştirak etmiş şəxslərin hər birinin cinayətin törədilməsində rolunun və təqsirlilik dərəcəsinin müəyyən edilməsinin zəruriliyinə cəlb edilsin. [3]
1-1. Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur.
1-2. Hədə-qorxu ilə tələb etmə cinayətinin predmeti qismində hədə-qorxu ilə tələb edilməsinə görə Cinayət Məcəlləsinin digər maddələri ilə cinayət məsuliyyəti müəyyən edilmiş xüsusi predmetlər istisna olmaqla (məsələn, Cinayət Məcəlləsinin 227-ci maddəsində talanmasına və hədə-qorxu ilə tələb edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş radioaktiv maddələr) istənilən daşınar və daşınmaz özgə əmlakı, o cümlədən nağd və nağdsız pul vəsaitləri, qiymətli kağızlar, əmlaka olan hüquqlar (yəni bu və ya digər əmlaka münasibətdə sənədələrlə təsdiq olunmuş mülkiyyət və yaxud sahiblik hüququnun həyata keçirilməsi imkanı), o cümlədən tələb etmək hüququ və müstəsna (məsələn, müəlliflik, patent hüququ kimi) hüquqlar çıxış edirlər.
Hədə-qorxu ilə yerinə yetirilməsi tələb edilən əmlak xarakteri daşıyan digər hərəkətlər dedikdə isə əmlakın verilməsini, bilavasitə əmlaka dair mülkiyyət hüququnun və yaxud digər əşya hüquqlarının təqsirkara keçməsini nəzərdə tutmayan hərəkətlər, məsələn adi mülki dövriyyədə əvəzli olan bu və ya digər işlərin əvəzsiz görülməsi, xidmətlərin əvəzsiz göstərilməsi, təqsirkarın əvəzinə öhdəliklərin icrası, təqsirkardan borcun ödənilməsini, işlərin yerinə yetirilməsini, xidmətlərin göstərilməsini tələb etmək hüququndan imtina başa düşülür.
1-3. Hədə-qorxu ilə tələb etmə cinayətindən zərərçəkmiş şəxs qismində fiziki və yaxud maddi və yaxud mənəvi zərərə məruz qalmış yalnız əmlakın mülkiyyətçisi, əmlaka olan hüququn daşıyıcısı deyil, ona faktiki sahiblik edən (məsələn, əmlakı mühafizə edən, bu və ya digər əsaslarla əmlaka çatımlığı olan), hüquqverən sənədləri saxlayan şəxslər də çıxış edirlər.
Əmlakın verilməsi barədə cinayətkar tələbin ünvanlandığı şəxslə bilavasitə hədəyə, zor tətbiq etməyə məruz qalmış şəxs eyni olmadıqda, məsələn təqsirkar mülkiyyətçiyə ünvanladığı (çatdırdığı) onda olan əmlakın verilməsi barədə tələbi sonuncunun yaxın qohumuna zor tətbiq etməklə möhkəmləndirdikdə, hədə-qorxu ilə tələb etmə cinayətindən zərərçəkmiş şəxs qismində mülkiyyətçi ilə yanaşı əmlakın mülkiyyətçisi və yaxud ona faktiki sahiblik etməyən şəxs də (hədələməyə, zorakılığa məruz qalmış yaxın qohum) tanına bilər. [4]
2. Məhkəmələrə izah edilsin ki, özgəsinin əmlakını və ya ona olan hüququ zorla tələb etmənin soyğunçulun və quldurluqdan fərqləndirilməsi məsələsini həll edərkən nəzərə almalıdırlar ki, əgər zor tətbiq etmə, soyğunçuluq və quldurluqda əmlakı ələ keçirmə və yaxud onu əldə saxlama üsuludursa, özgəsinin əmlakını və ya ona olan hüququ zorla tələb etmədə bu, bədənin təsirini gücləndirmə vasitəsidir.
2. Hədə-qorxu ilə tələb etmənin soyğunçuluqdan və quldurluqdan fərqləndirilməsi məsələsini həll edərkən nəzərə alınmalıdır ki, əgər zor tətbiq etmə soyğunçuluq və quldurluqda əmlakı ələ keçirmə və yaxud onu əldə saxlama üsuludursa, zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmədə bu hədənin təsirini gücləndirmə vasitəsidir.
Soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verdiyi halda, hədə-qorxu ilə tələb etmədə təqsirli şəxsin qəsdi tələb olunan əmlakın gələcəkdə əldə edilməsinə və yaxud quldurluqda və soyğunçuluqda olduğu kimi əmlakın ələ keçirilməsinə deyil, hədənin icra edildiyi vaxt və yaxud gələcəkdə əmlaka olan hüququn əldə edilməsinə və yaxud əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsinə yönəlir.
Bununla belə, hədə-qorxu ilə tələb etmə bilavasitə zərər çəkmiş şəxsin əmlakının ələ keçirilməsi ilə müşaiyiət olunmaqla cinayətlərin real məcmusunu yaratdığı hallarda zorun xarakterindən asılı olaraq bu hərəkətlər hədə-qorxu ilə tələb etmə ilə yanaşı həm də soyğunçuluq və ya quldurluq kimi tövsif edilməlidir. [5]
2-1. Əmlakın və yaxud əmlaka olan hüququn verilməsi barədə tələb mülkiyyət və yaxud sahiblik hüququna dair sənədlərlə təsdiq olunmaqla qanuni olduqda və yaxud müvafiq sənədələrdən irəli gəlməsə də, ağlabatanlıqla ehtimal edilən hüquqa əsaslandıqda, tələbin Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən hədə ilə və yaxud 182.2.3 və ya 182.3.3-cü maddələrində göstərilən zorakılıqla müşayiət olunması şəxsin hədə-qorxu ilə tələb etməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas vermir. Şəxsin hərəkətlərində digər, misal üçün öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə (CM-in 134-cü maddəsi) və yaxud qəsdən sağlamlığa ağır (CM-in 126-cı maddəsi) və ya az ağır zərər vurma (CM-in 127-ci maddəsi) və yaxud özbaşınalıq (CM-in 322-ci maddəsi) kimi cinayətlərin tərkibi olduqda, əməl Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə tövsif olunmalıdır. [6]
3. Rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları tələb etmə dedikdə, zərər çəkmiş şəxsin və ya onun yaxın adamlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları zorla tələb etmə başa düşülməlidir. Bu halda əmlakı və ya ona olan hüquqları zorla tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir.
Əgər zərər çəkmiş şəxs və ya onun adamları haqqında bilə-bilə böhtan və ya təhqiredici xarakterli məlumatlar yayılmış olarsa, belə halda törədilən əməl bunun üçün əsaslar olduqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-6-cı maddəsi və müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 121-ci və ya 122-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin məcmusu qaydasında tövsif olunmalıdır.
Əmlakı zorla tələb etmə zərər çəkmiş şəxsin və ya onun yaxın adamlarının qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və ya girov saxlanması ilə müşayiət edilərsə, təqsirli şəxsin əməli Azərbaycan Respublikası CM-nin 93-6-cı maddəsi və müvafiq olaraq Azərbaycan Respublikası CM-in 120-ci və ya 120-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin məcmusu qaydasında tövsif olunmalıdır.
Zərər çəkmiş şəxsin yaxın adamları dedikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-cü maddəsində göstərilən yaxın qohumlar, həmçinin yaranmış həyati şəraitdən asılı olaraq səhhəti, həyatı və mənafeyi zərər çəkmiş şəxs üçün əziz olan şəxslər başa düşülməlidir.
3. CM-in 182.1-ci maddəsində nəzərdə tutulmuş “zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə tələb etmə” əlaməti istənilən xarakterli zorun tətbiq edilməsi hədəsini, o cümlədən sağlamlığa ağır zərər vurmaqla və ya öldürməklə hədələməni ehtiva edir və bu səbəbdən əməlin cinayətlərin ideal məcmusu kimi həm də CM-in 134-cü maddəsi ilə tövsif edilməsi üçün əsas yaranmır. Cinayət məsuliyyətinin yaranması üçün hədənin zərərçəkmiş şəxs tərəfindən real hədə kimi qəbul edilməsi, yəni onun hədənin tətbiq ediləciyindən ehtiyatlanması üçün əsaslarının olması tələb olunur. Bu zaman təqsirkarın hədənin edilməsindən dərhal sonra və yaxud gələcəkdə zor tətbiq etmək niyyətini ifadə etməsi hədənin real olub-olmaması baxımından qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etmir.
Rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir.
Əgər zərər çəkmiş şəxs və ya onun yaxın qohumları haqqında bilə-bilə böhtan və ya təhqiredici xarakterli məlumatlar yayılmış olarsa, onlar xüsusi ittiham qaydasında şikayətlə böhtan və yaxud təhqir xarakterli məlumatları yaymış şəxsin CM-in 147-ci maddəsi və yaxud 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəməyə müraciət edə bilərlər. Şəxsin barəsində CM-in 182-ci maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması onun CM-in 147-ci maddəsi və yaxud 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini istisna etmir.
Hədə-qorxu ilə tələb etmə zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının oğurlanması, qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və ya girov saxlanması ilə müşayiət edilərsə, təqsirkarın əməli CM-in 182-ci maddəsi və müvafiq olaraq 144-cü, 145-ci və ya 215-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin məcmusu qaydasında tövsif olunmalıdır.
Zərər çəkmiş şəxsin yaxın qohumları dedikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.32-ci maddəsində göstərilən şəxslər, yəni babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr başa düşülməlidir. [7]
3-1. Hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əməl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq, yəni “xeyli miqdarda” əmlakın əldə edilməsinə yönəldildikdə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi, “külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi, “xüsusilə külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə isə Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə tövsif olunmalıdır.
Hədənin zərərçəkmiş şəxsə çatdırılmasından sonra sonuncunun cinayətkar tələbi yerinə yetirməkdən, məsələn əmlakı verməkdən imtina etməsi də əməlin başa çatmayan cinayət kimi qiymətləndirilməsi üçün əsas vermir. Lakin, təqsirkarın başqa şəxs vasitəsilə zərərçəkmiş şəxsə ünvanladığı əmlakın, ona olan hüququn verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi barədə hədə ilə müşayiət olunan tələb onun iradəsindən asılı olmayan hər hansı səbəblərdən ünvana çatdırlmazsa, bu halda cinayət hədə-qorxu ilə tələb etməyə cəhd kimi qiymətləndirilməlidir.
Cinayət Məcəlləsinin 182.1-ci maddəsində təsbit edilmiş hədə-qorxu ilə tələb etmə cinayətinin əsas tərkibindən fərqli olaraq CM-in 182.2.3 və 182.3.3-cü maddələrində nəzərə tutulmuş cinayətlərin başa çatmış cinayətlər kimi qiymətləndirilməsi üçün həmin maddələrdə nəzərdə tutulmuş nəticələrin baş verməsi, yəni müvafiq olaraq zərərçəkmiş şəxs barəsində zorakılığın tətbiq edilməsi və yaxud onun sağlamlığına ağır zərərin vurulması tələb olunur. Bu nəticələr təqsirkarın iradəsindən asılı olmayan səbəblərdən baş vermədikdə (cinayətə hazırlıq və yaxud cinayətə cəhd mərhələsində cinayətin qarşısının alınmasından asılı olaraq) əməl CM-in 182.2.3 və yaxud CM-in 182.3.3-cü maddəsində göstərilən cinayətə hazırlıq və yaxud cəhd kimi, müvafiq olaraq CM-in 28 və yaxud 29-cu maddəsinə istinad olunmaqla tövsif olunmalıdır. [8]
4. Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-3-cü maddəsində (və ya köhnə redaksiyada 83-cü maddəsində) olan qeyddə göstərilmiş cinayətlərdən birini törətmişsə, həmin cinayətlərə görə onun məhkum edilib-edilmədiyindən asılı olmayaraq ondan sonrakı əmlakı və ya ona olan hüququ zorla tələb etməsi təkrarlıq hesab edilməlidir.
Əvvəlki cinayətə görə məhkumluq götürüldükdə, ödənildikdə və yaxud cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə təkrarlıq əlaməti yaranmır.
Bir və ya bir neçə şəxsə qarşı yönəlmiş əmlakı və yaxud ona olan hüququ dəfələrlə zorla tələb etmə, əgər bu tələblər vahid qəsdlə əhatə olunmuşsa və eyni əmlakın ələ keçirilməsinə yönəlmişsə, bu halda əməl əmlakı və ya ona olan hüquqları təkrar zorla tələb etmə kimi tövsif edilə bilməz.
4. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndində göstərilmiş cinayətlərdən hər hansı birini törətmiş, lakin həmin cinayətə görə məhkum edilməmiş və cinayət məsuliyyətindən azad edilməmiş şəxs əvvəl törədilən cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədiyi halda hədə-qorxu ilə tələb etmə cinayətini törədərsə, bu halda birinci əməl (əgər əvvəlki əməl CM-in 182.1-ci maddəsi ilə ehtiva olunan cinayət deyilsə) Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə, hədə-qorxu ilə tələb etmə isə cinayətlərin təkrar törədilməsi əlaməti üzrə - Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə, yəni bu cinayətlərin məcmusu kimi tövsif edilməlidir.
Bir və ya bir neçə şəxsə qarşı yönəlmiş əmlakı və yaxud ona olan hüququ və yaxud əmlak xarakteri daşıyan digər hərəkətlərin yerinə yetirilməsini dəfələrlə tələb etmə, əgər bu tələblər vahid qəsdlə əhatə olunmuşsa və eyni bir əmlakın (eyni bir əmlaka olan hüququn) ələ keçirilməsinə, əmlak xarakteri daşıyan eyni bir hərəkətin yerinə yetirilməsinə yönəlmişsə, bu halda əməl təkrar hədə-qorxu ilə tələb etmə kimi tövsif edilə bilməz. [9]
5. Bir qrup şəxsin əmlakı və ya ona olan hüququ zorla tələb etməsi dedikdə, qabaqcadan və ya cinayətin törədilməsi anında razılığa gəlmiş iki və ya daha çox şəxsin iştirakı ilə əmlakın və ya ona olan hüququn zorla tələb edilməsi başa düşülməlidir.
5. Qabaqcadan əlbir olan bir qrup şəxsin özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlərin yerinə yetirilməsini hədə-qorxu ilə tələb etməsi dedikdə (Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi), cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasına başlanılana qədər bu cinayəti törətmək barədə razılığa gəlmiş iki və daha çox şəxs tərəfindən cinayətin birgə törədilməsi, yəni razılığa uyğun olaraq qrupun hər bir üzvü tərəfindən cinayətin obyektiv cəhətinə aid hərəkətlərin (ən azından onların bir hissəsinin) icra edilməsi başa düşülür. [10]
6. Əmlakı və ya ona olan hüququ zorla tələb etmənin tövsifedici əlaməti olan zərər çəkmiş şəxsin və ya onun yaxın adamlarının həyatı və səhhəti üçün təhlükəli zorakılıq tətbiq etmə hədəsi dedikdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-6-cı maddəsinin 2-ci hissəsi), zərər çəkmiş şəxsə az ağır bədən xəsarəti, yaxud səhhətin qısa müddətə pozulmasına və ya əmək qabiliyyətinin uzun müddət cüzi itirilməsinə səbəb olan xəsarət yetirmə, həmçinin belə ziyan vurmasa da yetirilən anda zərər çəkmiş şəxsin həyatı və səhhəti üçün real təhlükə törədən zorakılıq hərəkətləri, habelə belə zor ediləcəyi ilə hədələməklə edilən hərəkətlər başa düşülməlidir.
6. Hədə-qorxu ilə tələb etmənin xüsusilə tövsifedici əlaməti kimi Cinayət Məcəlləsinin 182.3.3-cü maddəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulması göstərildiyindən, CM-in 182.2.3-cü maddəsində özgə əmlakını və ya əmlaka olan hüququ və ya əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsini hədə-qorxu ilə tələb etmə “zor tətbiq etmə ilə törədildikdə” dedikdə, sağlamlığa ağır zərər vurma ilə müqayisədə daha yüngül zoraklığın bütün digər formaları, o cümlədən sağlamlığa az ağır və ya yüngül zərər vurma ilə nəticələnmiş və yaxud hər hansı zərərin vurulması ilə nəticələnməyən fiziki ağrı yetirmə, azadlığın məhdudlaşdırılması halları başa düşülür.
Cinayət Məcəlləsinin 182.2.3 və 182.3.3-cü maddələrində barəsində zor tətbiq edilmiş, sağlamlığına ağır zərər vurulmuş zərər çəkmiş şəxs dedikdə, CM-in 182.1-ci maddəsində göstərilən dairəyə daxil olan şəxslər, yəni həm əmlakına (əmlak hüququna) qəsd edilən şəxs, həm də onun yaxın qohumları nəzərdə tutulur.
Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsinin sanksiyası 5 ildən 10 ilədək, 182.3.3-cü maddəsi isə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutmaqla CM-in 182.3.3-cü maddəsi sağlamlığa qəsdən ağır zərər vurmanın ( o cümlədən ehtiyatsızlıqdan ölümlə nəticələnmiş), CM-in 182.2.3-cü maddəsi isə sağlamlığa az ağır zərər vurmanın istənilən ağırlaşdırıcı əlamətlərlə müşayiət olunan hallarını əhatə etdiyindən, sağlamlığa ağır və yaxud az ağır zərərin vurulması ilə nəticələn hallarda əməlin cinayətlərin məcmusu kimi həm də CM-in 126 və yaxud 127-ci maddələri ilə tövsfi edilməsinə zərurət yaranmır. Hədə-qorxu ilə tələb etmə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda əməl cinayətlərin məcmusu kimi CM-in 126.3 və 182.3.3-cü maddələri ilə tövsif olunmalıdır. [11] [16]
7. Məhkəmələr nəzərə almalıdırldar ki, ziyanın məbləği, məhkəmədə işə baxılana qədər minimum əmək haqqı məbləği mislinin dəyişdirilməsindən asılı olmayaraq, cinayət törədilən vaxtda mövcud olan minimum əmək haqqı məbləğinin misli ilə hesablanmalıdır.
8. Təkrarən əmlakı və ya ona olan hüququ zorla tələb etmə eyni şəxs barəsində vahid qəsdlə törədildikdə və ümumi nəticədə zərər çəkmiş şəxsə xeyli və ya klli miqdarda ziyan vurulduqda təqsirli şəxsin əməli müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-6-cı maddəsinin 3-cü və ya 4-cü hissəsi ildə tövsif olunmalıdır.
7. Hədə-qorxu ilə tələb etmə, istər xeyli miqdarda əmlak əldə etmək (CM-in 182.2.3-cü maddəsi), istər külli miqdarda əmlak əldə etmək (CM-in 182.3.2-ci maddəsi), istərsə də xüsusilə külli miqdarda əmlak əldə etmək (CM-in 182.4-cü maddəsi) məqsədi ilə törədilmiş olsun, formal tərkibli cinayətlər olduğundan müvafiq məqsədin müəyyən edilməsi Cinayət Məcəlləsinin həmin maddələri ilə məsuliyyətin yaranması üçün kifayət edir və ziyanın real olaraq vurulması tələb olunmur.
Bu zaman nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə isə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.
Əldə etmək məqsədinin yönəldiyi əmlakın “xeyli miqdar” və ya “külli miqdar” və ya “xüsusilə külli miqdar” olması cinayət hadisəsi törədilən (cinayətkar tələbin irəli sürüldüyü) vaxta münasibətdə müəyyən edilməli və ittihamda bu şəkildə göstərilən əmlakın miqdarları hökm çıxarılan tarixə əmlakın dəyərinin, milli valyutanın məzənnəsinin, alıcılıq qabiliyyətinin artmasına və yaxud azalmasına görə dəyişdirilməməlidir.
Hədə-qorxu ilə tələb etmə ayrı-ayrı epizodlardan təşkil olunsa da vahid qəsdlə əhatə olunduqda (cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif olunmadıqda), əməlin hansı - “xeyli” və ya “külli” və ya “xüsusilə külli” miqdarda əmlak əldə etmək məqsədi ilə törədilməsi hər bir epizodda tələb edilmiş və yaxud ələ keçirilmiş əmlaka görə deyil, məqsədin yönəldiyi əmlakın miqdarına görə müəyyən edilməlidir.
Təqsirkarın əməli cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edildikdə təkrarlığı təşkil edən hər bir hədə-qorxu ilə tələb etmə cinayəti üzrə təqsirkarın məqsədinin yönəldiyi əmlakların miqdarları toplanılmayaraq əməllərin hər biri üzrə ayrı-ayrılıqda müəyyən olunmalıdır. Bu zaman təkrarlıq yalnız Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən cinayətlərdən təşkil olunduqda, bütövlükdə bu cinayətlərin çoxluğu Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə, cinayətlərin təkrar törədilməsi ilə yanaşı təqsirkarın əməllərində CM-in 182.2-ci maddəsində göstərilən digər tövsifedici əlamətlər olduqda isə CM-in 182.2.2-ci, habelə həmin tövsifedici əlamətləri nəzərdə tutan CM-in 182.2-ci maddəsinin digər normaları ilə tövsif edilməlidir.
Təkrarlığı yaradan cinayətlərdən bəziləri CM-in 182.2-ci maddəsində göstərilən, bəziləri isə 182.3 və yaxud 182.4-cü maddələrində göstərilən tövsifedici əlamətlərə malik olduqda, hər bir əməl ayrıca – onu xarakterizə edən əlamətlərə görə, yəni CM-in 182.2-ci maddəsində göstərilən cinayətlə (məsələn, zor tətbiq etmə ilə törədilən hədə-qorxu ilə tələb etmə ilə) CM-in 182.3 və yaxud 182.4-cü maddələrində göstərilən cinayətlərin real məcmusu kimi tövsif olunmalı və təqsirkara cəza cinayətlərin məcmusu qaydasında təyin olunmalıdır. [12]
9. Cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-6-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş əlamətə görə (külli miqdarda ziyan vurma) tövsifi zamanı həm əmlakı və ya ona olan hüququ zorla tələb edənə verilən əmlakın dəyəri, həm də təqsirli şəxs tərəfindən zədələnən və ya məhv edilən əmlakın dəyəri nəzərə alınmalıdır.
Məhkəmələr nəzərə almalıdırdlar ki, əmlakı və ya ona olan hüququ zorla tələb etimə cinayəti zərər çəkmiş şəxsə və ya onun yaxın adamlarına ziyan vurulacağı barədəki hədə tələbinin verildiyi andan bitir, ona görə də şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-6-cı maddəsinin 2, 3, 4-cü hissələrində nəzərdə tutulmuş əmlakı zədələmə və ya məhv etmə, xeyli və ya külli miqdarda ziyan vurma, ağır bədən xəsarəti yetirməklə bağlı tövsifedici əlamətlərilə yalnız qanunda göstərilən həmin nəticələr real mövcud olduqda təqsirləndirilə bilər.
8. Zərərçəkmiş şəxsin və yaxud onun yaxın qohumlarının əmlakını tələf etmə hədəsi ilə törədilən hədə-qorxu ilə tələb etmə zamanı təqsirkar şəxsin istər qəsdi, istərsə də ehtiyatsızlığı nəticəsində onlara məxsus əmlak real olaraq məhv edilərsə və yaxud zədələnərsə, bundan irəli gələn ziyanın miqdarı hədə-qorxu ilə tələb etmə cinayətinin hüquqi tövsifinə təsir göstərmir və həmin ziyanın miqdarının Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndində göstərilən “xeyli miqdar”dan az olmasından, habelə “xeyli miqdar” və yaxud “külli miqdar” və yaxud da “xüsusilə külli miqdar” təşkil etməsindən asılı olmayaraq bu cinayət bütün hallarda (əgər hədə-qorxu ilə tələb etmə onu ağırlaşdıran və yaxud xüsusilə ağırlaşdıran əlamətlərlə müşayiət olunmursa) Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif olunmalı, əmlakın məhv edilməsi və yaxud zədələnməsi nəticəsində vurulmuş ziyanın miqdarı Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə göstərilən “xeyli miqdar”dan artıq olduqda isə (əmlakın qəsdən və yaxud ehtiyatsızlıqdan məhv edilməsindən və ya zədələnməsindən asılı olaraq) Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə yanaşı Cinayət Məcələsinin 186-cı maddəsi və digər zəruri əlamətlər olduqda CM-in 187-ci maddəsi ilə - cinayətlərin məcmusu qaydasında tövsif olunmalıdır. [13]
10. 9. Əmlakı tələb etməni muzdlla sifariş verən və ya maliyyələşdirən şəxsin əməli əmlakı və ya ona olan hüququ zorla tələb etmədə təhrikçi kimi qiymətləndirilməlidir. [14]
11. Qəsdən adamöldürmə ilə müşayiət olunan əmlakı və ya orna olan hüququ zorla tələb etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndinrin dispozisiyası ilə əhatə olunmadığına görə, belə əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndinin disprozisiyası ilə əhatə olunmadığına görə, belə əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndi və 93-6-cı maddəsində nəzərdə tutulan cinayətlərin məcmusu qaydasında tövsif edilməlidir. Əgər adamöldrmə əmlakı və ya ona olan hüququ zorla tələb etmə faktını gizlətmə məqsədilə törədilmişdirsə, təqsirli şəxsin hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 7-ci bəndi və 93-6-cı maddəsinin müvafiq hissəsi ilə tövsif olunmalıdır.
10. Qəsdən adamöldürmə ilə müşayiət olunan hədə-qorxu ilə tələb etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.3-cü maddəsində göstərilən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla hədə-qorxu ilə tələb etmə və Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsində göstərilən hədə-qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə cinayətlərinin məcmusu qaydasında tövsif edilməlidir. Əgər qəsdən adam öldürmə hədə-qorxu ilə tələb etmə faktını gizlətmək məqsədilə törədilmişdirsə, təqsirkarın hərəkətləri cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinin müvafiq norması və Cinayət Məcəlləsinin 120.2.6-cı maddələri ilə tövsif olunmalıdır. [15]
12. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-6-cı maddəsinin 4-cü hissəsində əmlakı və ya ona olan hüququ zorla tələb etmənin tövsifedici əlaməti kimi nəzərdə tutulpan mütəşəkkil dəstə dedikdə bir və ya bir neçə cinayət etmək məqsədilə qabaqcadan razılaşmış iki və ya daha artıq şəxsdən ibarət möhkəm birləşmiş dəstə başa düşülməlidir. Mütəşəkkil dəstənin iştirakçıları arasında möhkəm təşkilati birlik olmalı, onlar əmlakı və ya ona olan hüququ zorla tələb etmə məqsədilə mütəşəkkil dəstədə birləşmələrini başa düşməlidirlər. Belə mütəşəkkil dəstə bir qayda olaraq əmlakı və ya ona olan hüququ zorla tələb etmə cinayətini hazırlayır, planlaşdırır və iştirakçılar arasındakı rollar bölüşdürülür.
11. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1-ci maddəsində xüsusilə tövsifedici əlamət kimi nəzərdə tutulmuş hədə-qorxu ilə tələb etmənin mütəşəkkil dəstə tərəfindən törədilməsi əlaməti təfsir edilərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında 20 aprel 1999-cu il tarixli qərarında iştirakçılığın “mütəşəkkil dəstə” formasına verilən şərh əsas götürülməldir. Həmin qərara görə “mütəşəkkil dəstə” dedikdə, bir və ya bir neçə cinayətin törədilməsi üçün əvvəlcədən birləşmiş iki və ya daha çox şəxslərdən ibarət olan möhkəm cinayətkar qrup başa düşülür. Mütəşəkkil dəstənin möhkəmliyini onun tərkibinin və təşkilati qurumlarının sabitliyi, üzvlərinin birliyi (sıxlığı), cinayətkar fəaliyyətin forma və üsullarının daimiliyi xarakterizə edir. Konstitusiya Məhkəməsinin qərarına görə mütəşəkkil dəstənin başqa cinayətkar qruplardan fərqləndirilməsi üçün istifadə edilə biləcək digər xüsusiyyətlərlə yanaşı ilk növbədə dəstədə təşkilatçı və ya başçının irəli sürülməsi və ciddi intizamın gözlənilməsi; cinayət niyyətlərin ümumiliyi; cinayətin törədilmə planının işlənib hazırlanması və bunun üçün mükəmməl hazırlıq görülməsi; cinayət törədilməsində rolların bölüşdürülməsi; cinayətin törədilmə üsulunun qabaqcadan müəyyənləşdirilməsi; cinayətin törədilməsi üçün mürəkkəb üsullardan istifadə olunmasının mümkünlüyü; hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün hərəkətlərin razılaşdırılması; cinayət yolu ilə əldə edilmiş mənfəətlərin qrupun strukturlarında olan mövqelərə uyğun bölüşdürülməsi kimi əsas xüsusatlar nəzərə alınmalıdır. [16]
13. Məhkəmələr əmlakı və ya ona olan hüququ zorla tələb etməyə dair cinayət işlərinə baxarkən, cinayətin baş verməsinə kömək etmiş səbəb və şəraiti aydınlaşdırmalı və onların aradan qaldırılması üçün qanuna müvafiq tədbir görməlidirlər.
12. Məhkəmələr hədə-qorxu ilə tələb etməyə dair cinayət işlərinə baxarkən, cinayətin törədilməsinə səbəb olan və şərait yaradan fiziki şəxslərin cinayət məsuliyyətinə səbəb olmayan hərəkət və ya hərəkətsizliyini, dövlət orqanlarının vəzifəli şəxslərinin fəaliyyətindəki çatışmazlıqları və ya səhvləri müəyyən etdikdə, xüsusi qərar çıxarmaqla bu cür hallara münasibətini bildirməlidirlər. [17]
14. Respublikanın yuxarı məhkəmə instansiyaları əmlakı və ya ona olan hüququ zorla tələb etməyə dair baxılan cinayət işləri üzrə hökmlərin qanuni və əsaslılığı üzərində nəzarəti gücləndirməli və bu sahədə yol verilən qanun pozuntularının vaxtında aradan qaldırılması üçün tədbir görməlidirlər.
13. Apellyasiya instansiyası məhkəmələri və kassasiya instansiyası məhkəməsi hədə-qorxu ilə tələb etməyə dair cinayət işlərinə səlahiyyətləri daxilində apellyasiya və ya kassasiya qaydasında baxarkən bu işlər üzrə məhkəməyədək və məhkəmə icraatlarında yol verilmiş qanun pozuntularının aradan qaldırılması, məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün tədbir görməlidirlər. [18]
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə Qərarın adı dəyişdirilmişdir. Əvvəlki redaksiya deyilirdi:
Əmlakı zorla tələb etmə Işləri üzrə məhkəmə təcrübəsi haqqında
[2]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə Qərarın preambulası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiya deyilirdi:
Özgəsinin əmlakını və ya ona olan hüququ zorla tələb etmə işləri üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi göstərir ki,məhkəmələr bu kateqoriyadan olan işlərə əsasən düzgün baxırlar.
Bununla yanaşı, bəzi məhkəmələr əmlakı və ya ona olan hüququ zorla tələb etmə barədə cinayət işlərinə baxarkən cinayət işlərinə baxarkən qanunun tətbiqində səhvlərə yol verir, iş üzrə aparılmış ibtidai istintaqın keyfiyyətinə lazımi tələbkarlıqla yanaşmır, işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmır, ayrı-ayrı işlər üzrə cinayətin törədilməsində iştirak etmiş bütün şəxsləri aşkar etmir, cinayətin hər bir iştirakçısının rolunu tam aydınlaşdırmır.
Bir sıra hallarda əmlakı və ya ona olan hüququ zorla tələb etmə cinayətinin oxşar cinayətlərdən fərqləndirilməsində səhvlərə yol verilir.
Qeyd edilən nöqsanların aradan qaldırılması məqsədilə və məhkəmə təcrübəsində qüvvədə olan qanunun tətbiqində yaranan mübahisəli məsələlərin aydınlaşdırılmasının zəruriliyini nəzərə alaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qərara alır:
[3]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 1-ci bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiya deyilirdi:
1. Məhkəmələrin diqqəti özgəsinin əmlakını və ya ona olan hüququ zorla tələb etmənin yüksək ictimai təhlükəliliyinə və belə kateqoriyadan olan işlərin baxılmasında qanunun tələblərinə ciddi əməl edilməsi, cinayətin törədilməsində iştirak etmiş bütün şəxslərin aşkar olunması, onların hər birinin cinayətin törədilməsində rolu və təqsirlilik dərəcəsinin müəyyən edilməsi üçün qanunda nəzərdə tutulan bütün tədbirləri görməyin zəruriliyinə cəlb edilsin.
[4]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 1-1, 1-2 və 1-3-cü bəndlər əlavə edilmişdir.
[5]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 2-ci bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiya deyilirdi:
2. Məhkəmələrə izah edilsin ki, özgəsinin əmlakını və ya ona olan hüququ zorla tələb etmənin soyğunçulun və quldurluqdan fərqləndirilməsi məsələsini həll edərkən nəzərə almalıdırlar ki, əgər zor tətbiq etmə, soyğunçuluq və quldurluqda əmlakı ələ keçirmə və yaxud onu əldə saxlama üsuludursa, özgəsinin əmlakını və ya ona olan hüququ zorla tələb etmədə bu, bədənin təsirini gücləndirmə vasitəsidir.
[6]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 2-1-ci bənd əlavə edilmişdir.
[7]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 3-cü bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiya deyilirdi:
3. Rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları tələb etmə dedikdə, zərər çəkmiş şəxsin və ya onun yaxın adamlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları zorla tələb etmə başa düşülməlidir. Bu halda əmlakı və ya ona olan hüquqları zorla tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir.
Əgər zərər çəkmiş şəxs və ya onun adamları haqqında bilə-bilə böhtan və ya təhqiredici xarakterli məlumatlar yayılmış olarsa, belə halda törədilən əməl bunun üçün əsaslar olduqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-6-cı maddəsi və müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 121-ci və ya 122-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin məcmusu qaydasında tövsif olunmalıdır.
Əmlakı zorla tələb etmə zərər çəkmiş şəxsin və ya onun yaxın adamlarının qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və ya girov saxlanması ilə müşayiət edilərsə, təqsirli şəxsin əməli Azərbaycan Respublikası CM-nin 93-6-cı maddəsi və müvafiq olaraq Azərbaycan Respublikası CM-in 120-ci və ya 120-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin məcmusu qaydasında tövsif olunmalıdır.
Zərər çəkmiş şəxsin yaxın adamları dedikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-cü maddəsində göstərilən yaxın qohumlar, həmçinin yaranmış həyati şəraitdən asılı olaraq səhhəti, həyatı və mənafeyi zərər çəkmiş şəxs üçün əziz olan şəxslər başa düşülməlidir.
[8]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 3-1-ci bənd əlavə edilmişdir.
[9]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 4-cü bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiya deyilirdi:
4. Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-3-cü maddəsində (və ya köhnə redaksiyada 83-cü maddəsində) olan qeyddə göstərilmiş cinayətlərdən birini törətmişsə, həmin cinayətlərə görə onun məhkum edilib-edilmədiyindən asılı olmayaraq ondan sonrakı əmlakı və ya ona olan hüququ zorla tələb etməsi təkrarlıq hesab edilməlidir.
Əvvəlki cinayətə görə məhkumluq götürüldükdə, ödənildikdə və yaxud cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə təkrarlıq əlaməti yaranmır.
Bir və ya bir neçə şəxsə qarşı yönəlmiş əmlakı və yaxud ona olan hüququ dəfələrlə zorla tələb etmə, əgər bu tələblər vahid qəsdlə əhatə olunmuşsa və eyni əmlakın ələ keçirilməsinə yönəlmişsə, bu halda əməl əmlakı və ya ona olan hüquqları təkrar zorla tələb etmə kimi tövsif edilə bilməz.
[10]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 5-ci bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiya deyilirdi:
5. Bir qrup şəxsin əmlakı və ya ona olan hüququ zorla tələb etməsi dedikdə, qabaqcadan və ya cinayətin törədilməsi anında razılığa gəlmiş iki və ya daha çox şəxsin iştirakı ilə əmlakın və ya ona olan hüququn zorla tələb edilməsi başa düşülməlidir.
[11]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 6-cı bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiya deyilirdi:
6. Əmlakı və ya ona olan hüququ zorla tələb etmənin tövsifedici əlaməti olan zərər çəkmiş şəxsin və ya onun yaxın adamlarının həyatı və səhhəti üçün təhlükəli zorakılıq tətbiq etmə hədəsi dedikdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-6-cı maddəsinin 2-ci hissəsi), zərər çəkmiş şəxsə az ağır bədən xəsarəti, yaxud səhhətin qısa müddətə pozulmasına və ya əmək qabiliyyətinin uzun müddət cüzi itirilməsinə səbəb olan xəsarət yetirmə, həmçinin belə ziyan vurmasa da yetirilən anda zərər çəkmiş şəxsin həyatı və səhhəti üçün real təhlükə törədən zorakılıq hərəkətləri, habelə belə zor ediləcəyi ilə hədələməklə edilən hərəkətlər başa düşülməlidir.
[12]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 7, 8-ci bəndlərdə nəzərdə tutulan müddəalar 7-ci bənd şəklində yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiya deyilirdi.
7. Məhkəmələr nəzərə almalıdırldar ki, ziyanın məbləği, məhkəmədə işə baxılana qədər minimum əmək haqqı məbləği mislinin dəyişdirilməsindən asılı olmayaraq, cinayət törədilən vaxtda mövcud olan minimum əmək haqqı məbləğinin misli ilə hesablanmalıdır.
8. Təkrarən əmlakı və ya ona olan hüququ zorla tələb etmə eyni şəxs barəsində vahid qəsdlə törədildikdə və ümumi nəticədə zərər çəkmiş şəxsə xeyli və ya klli miqdarda ziyan vurulduqda təqsirli şəxsin əməli müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-6-cı maddəsinin 3-cü və ya 4-cü hissəsi ildə tövsif olunmalıdır.
[13]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 9-cu bənd 8-ci bənd hesab olunmaqla yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiya deyilirdi:
9. Cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-6-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş əlamətə görə (külli miqdarda ziyan vurma) tövsifi zamanı həm əmlakı və ya ona olan hüququ zorla tələb edənə verilən əmlakın dəyəri, həm də təqsirli şəxs tərəfindən zədələnən və ya məhv edilən əmlakın dəyəri nəzərə alınmalıdır.
Məhkəmələr nəzərə almalıdırdlar ki, əmlakı və ya ona olan hüququ zorla tələb etimə cinayəti zərər çəkmiş şəxsə və ya onun yaxın adamlarına ziyan vurulacağı barədəki hədə tələbinin verildiyi andan bitir, ona görə də şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-6-cı maddəsinin 2, 3, 4-cü hissələrində nəzərdə tutulmuş əmlakı zədələmə və ya məhv etmə, xeyli və ya külli miqdarda ziyan vurma, ağır bədən xəsarəti yetirməklə bağlı tövsifedici əlamətlərilə yalnız qanunda göstərilən həmin nəticələr real mövcud olduqda təqsirləndirilə bilər.
[14]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 10-cu bənd 9-cu bənd hesab edilmişdir.
[15]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 11-ci bənd 10-cu bənd hesab olunmaqla yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiya deyilirdi:
11. Qəsdən adamöldürmə ilə müşayiət olunan əmlakı və ya orna olan hüququ zorla tələb etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndinrin dispozisiyası ilə əhatə olunmadığına görə, belə əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndinin disprozisiyası ilə əhatə olunmadığına görə, belə əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndi və 93-6-cı maddəsində nəzərdə tutulan cinayətlərin məcmusu qaydasında tövsif edilməlidir. Əgər adamöldrmə əmlakı və ya ona olan hüququ zorla tələb etmə faktını gizlətmə məqsədilə törədilmişdirsə, təqsirli şəxsin hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 7-ci bəndi və 93-6-cı maddəsinin müvafiq hissəsi ilə tövsif olunmalıdır.
[16]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 12-ci bənd 11 bənd hesab olunmaqla yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiya deyilirdi:
12. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-6-cı maddəsinin 4-cü hissəsində əmlakı və ya ona olan hüququ zorla tələb etmənin tövsifedici əlaməti kimi nəzərdə tutulpan mütəşəkkil dəstə dedikdə bir və ya bir neçə cinayət etmək məqsədilə qabaqcadan razılaşmış iki və ya daha artıq şəxsdən ibarət möhkəm birləşmiş dəstə başa düşülməlidir. Mütəşəkkil dəstənin iştirakçıları arasında möhkəm təşkilati birlik olmalı, onlar əmlakı və ya ona olan hüququ zorla tələb etmə məqsədilə mütəşəkkil dəstədə birləşmələrini başa düşməlidirlər. Belə mütəşəkkil dəstə bir qayda olaraq əmlakı və ya ona olan hüququ zorla tələb etmə cinayətini hazırlayır, planlaşdırır və iştirakçılar arasındakı rollar bölüşdürülür.
[17]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 13-cü bənd 12-ci bənd hesab olunmaqla yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiya deyilirdi:
13. Məhkəmələr əmlakı və ya ona olan hüququ zorla tələb etməyə dair cinayət işlərinə baxarkən, cinayətin baş verməsinə kömək etmiş səbəb və şəraiti aydınlaşdırmalı və onların aradan qaldırılması üçün qanuna müvafiq tədbir görməlidirlər.
[18]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 14-cü bənd 13-cü bənd hesab olunmaqla yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiya deyilirdi:
14. Respublikanın yuxarı məhkəmə instansiyaları əmlakı və ya ona olan hüququ zorla tələb etməyə dair baxılan cinayət işləri üzrə hökmlərin qanuni və əsaslılığı üzərində nəzarəti gücləndirməli və bu sahədə yol verilən qanun pozuntularının vaxtında aradan qaldırılması üçün tədbir görməlidirlər.
[19]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli qərarı ilə 6-cı bəndin 3-cü abzasından “(o cümlədən ehtiyatsızlıqdan ölümlə nəticələnmiş)” sözləri çıxarılmış, həmin abzasa ikinci cümlə əlavə edilmişdir.
Göstərilən platformalarda paylaş: