İddiaçı Əliyev Fuad Ağasi oğlunun cavabdeh Mərkəzi Seçki Komissiyasına qarşı Mərkəzi Seçki Komissiyasının 11 sentyabr 2013-cü il tarixli 25/142 saylı qərarının ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21.09.2013-cü il tarixli qərarından iddiaçı Əliyev Fuad Ağasi oğlu və vəkili Zülfüqarov Rüstəm Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti
26.09.2013, 12:35Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Ali Məhkəməsinin
İnzibati-İqtisadi Kollegiyasının
QƏRARI
26 sentyabr 2013-cü il iş № 2-2(102)-1165/13 Bakı şəhəri
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası A.Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər İ.Dadaşov və İ.Hüseynovdan ibarət tərkibdə, S.Quliyevin katibliyi, iddiaçı Əliyev Fuad Ağasi oğlunun, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi İbrahimov Ramiz Hilal oğlunun və vəkili Rəhimli Lalə Elxan qızının iştirakı ilə
İddiaçı Əliyev Fuad Ağasi oğlunun cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı Mərkəzi Seçki Komissiyasının 11 sentyabr 2013-cü il tarixli 25/142 saylı qərarının ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21.09.2013-cü il tarixli qərarından iddiaçı Əliyev Fuad Ağasi oğlu və vəkili Zülfüqarov Rüstəm Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq
MÜƏYYƏN ETDİ
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13.09.2013-cü il tarixli qərarı ilə (sədrlik edən Ü.Mayılov, hakimlər V.Ağayev və C.Yusifov, iş № 2-1inz(103)-1504/2013) şikayətçi Əliyev Fuad Ağasi oğlunun cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı Mərkəzi Seçki Komissiyasının 11 sentyabr 2013-cü il tarixli 25/142 saylı qərarından verdiyi şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.09.2013-cü il tarixli qərarı ilə (sədrlik edən S.Hüseynova, hakimlər K.Bədəlov və X.Məmmədov, iş № 2-2(102)-1124/2013) şikayətçi Əliyev Fuad Ağasi oğlu tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13.09.2013-cü il tarixli qərarının ləğv edilməsi; işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, qərara alınmışdır.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21.09.2013-cü il tarixli qərarı ilə (sədrlik edən N.Mustafayev, hakimlər M.Tağızadə və K.Abiyeva, iş № 2-1inz(103)-1541/2013) iddiaçı Əliyev Fuad Ağasi oğlunun cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “Mərkəzi Seçki Komissiyasının 11 sentyabr 2013-cü il tarixli 25/142 saylı qərarının ləğv edilməsi tələbinə dair” iddiasının təmin edilməməsi qərara alınmışdır.
Həmin qərardan iddiaçı Əliyev Fuad Ağasi oğlu və vəkili Zülfüqarov Rüstəm Məhəmməd oğlu kassasiya şikayəti vermişlər.
İŞİN HALLARI
İddiaçı Əliyev Fuad Ağasi oğlu cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Mərkəzi Seçki Komissiyasının 11 sentyabr 2013-cü il tarixli 25/142 saylı qərarının qanunsuz olduğu üçün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə qərarları qəbul edilmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
İddiaçı Əliyev Fuad Ağasi oğlu və vəkili Zülfüqarov Rüstəm Məhəmməd oğlu Bakı Apellyasiya Məhkəməsinin 21.09.2013-cü il tarixli qərarından kassasiya şikayəti verərək, məhkəmə kollegiyasından həmin qərarın ləğv edilməsi və iddiaçının 09 oktyabr 2013-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərinə namizədliyinin qeydə alınması ilə barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqi zamanı qanun pozuntusuna yol vermiş, qanunsuz və əsassız qərar qəbul etmişdir.
KASSASİYA ŞİKAYƏTİNƏ ETİRAZIN DƏLİLLƏRİ
Kassasiya şikayətinin dəlillərinə dair hər hansı yazılı etiraz məhkəmə kollegiyasına təqdim edilməmişdir.
TƏRƏFLƏRİN İZAHATLARI
Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının vəkili L.Rəhimli kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi R.İbrahimov vəkilin dediklərinə uyğun izahat verdi.
İddiaçı F.Əliyev Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyinə baxmayaraq, ona çıxış üçün söz verilsə də, həmin prosessual hüquqdan istifadə etmək istəmədiyini bildirdi.
Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin və nümayəndəsinin izahatlarını dinləyib, işin materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
HÜQUQİ MƏSƏLƏLƏR
Azərbaycan Respublikası İPM-nin 91-cı maddəsinə müvafiq olaraq Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Həmin Məcəllənin 96.9-cu maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.
Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 11.09.2013-cü il tarixli, 25/142 saylı qərarı ilə 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülmüş Fuad Ağasi oğlu Əliyevin namizədliyinin qeydə alınmasından imtina edilmiş; cavabdeh qərarında işçi qrupu tərəfındən təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə 10.09.2013-cü il tarixli Protokola və həmin tarixli Rəylərə əsaslanaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq namizədin müdafiəsi üçün 40.000-dən az olmayan sayda etibarlı seçici imzaları toplanılmalı olduğu halda, təqdim edilmiş imza vərəqələrində olan etibarlı imzaların sayının namizədin qeydə alınması üçün qanunda nəzərdə tutulmuş saydan az olduğunu göstərmiş; işçi qrupunun həmin seçkilər üzrə namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfındən irəli sürülmüş Əliyev Fuad Ağasi oğlunun namizədliyinin qeydə alınması üçün partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə 10.09.2013-cü il tarixli Protokolunda yoxlamaya 92 seçki dairəsindən toplanmış, 892 imza vərəqəsində olan, cəmi 44.286 imza təqdim edildiyi, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.4-cü maddəsinin tələbinə əsasən yoxlama nəticəsində namizədin qeydə alınması üçün etibarlı hesab edilən imzaların sayı kifayət etmədiyindən imzaların yoxlanılması prosesinin tam başa çatdırılmayaraq dayandırıldığı, namizədin müdafıəsi üçün 40.000-dən az olmayan etibarlı imzaların toplanması zəruri şərt olduğundan və qalan imzaların ümumi sayı yoxlanılmış etibarlı imzalarla toplandıqda cəmi 36.100 ədəd təşkil etdiyi göstərilmiş; sözügedən imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması üzrə işçi qrupunun 10.09.2013-cü il tarixli Rəyində təqdim olunmuş 09 ədəd qovluqdakı 892 ədəd imza vərəqələrindən yoxlanılmış 205 ədəd imza vərəqəsinin "İmza və onun qoyulduğu tarix" qrafalarındakı 10.071 ədəd imzalardan 8.649 ədəd imza 512 qrup olmaqla öz aralarında ehtimal ki, eyni şəxs tərəfindən icra olunduğu qeyd olunmuş; bundan narazı qalan iddiaçı cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmiş; hazırki işə 2-ci dəfə baxmış apellyasiya instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi haqqında 21.09.2013-cü il tarixli qərar qəbul edilmişdir.
Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür.
Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan o da görünür ki, iddiaçının vəsatətinə əsasən apellyasiya instansiyası məhkəməsinin 20.09.2013-cü il tarixl qərardadı ilə hazırki iş üzrə təyin edilən məhkəmə-xətşünaslıq ekspertizası üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16567 saylı, 21.09.2013-cü il tarixli ekspert rəyinə əsasən sözügedən 205 ədəd imza vərəqəsinin "İmza və onun qoyulduğu tarix" qrafalarındakı imzalardan 9.078 ədəd imza 545 qrup olmaqla eyni şəxs tərəfındən icra olunmuşdur.
Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı tərəfindən namizədliyinin qeydə alınması üçün cavabdehə təqdim edilmiş imza vərəqələrindəki qəti etibarsız sayılan imzaların sayı yoxlamaya təqdim edilmiş ümumi imza sayından (44.286 ədəd) çıxıldıqdan sonra qalan imza sayı iddiaçının namizədliyinin qeydə alınması üçün zəruri olan baryerdən (40.000 ədəd etibarlı imza) aşağı olduğundan iddiaçının namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə cavabdeh orqanın qərarı qanunsuz hesab edilə bilməz.
Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.2-ci maddəsinə əsasən müvafiq seçki komissiyası bu Məcəlləyə uyğun olaraq təqdim edilmiş məlumatların və faktların düzgünlüyünü yoxlamaq məqsədi ilə müvafiq orqanlara müraciət edə bilər. Müvafiq seçki komissiyası öz qərarı ilə imza vərəqələrindəki imzaların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün ekspertlərdən ibarət işçi qrupları yarada bilər. Belə yoxlamaya Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi məbləğdə haqq ödənilməklə ekspertlər, müvafiq orqanların mütəxəssisləri sırasından ekspertlər, habelə əhalinin qeydiyyatını həyata keçirən xüsusiləşdirilmiş orqan və təşkilatların mütəxəssisləri cəlb edilə bilər. Onların rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir.
Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.
Həmin Məcəllənin 57.4-cü maddəsinə əsasən seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasımn adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini, imza etdiyi tarixi göstərir. İmza edən seçicilər barəsində qeyd edilməsi zəruri hesab olunan məlumatlar imza toplayan şəxs tərəfındən imza vərəqələrinə daxil edilə bilər. Göstərilən məlumatlar əllə yazılır və onlann yayılmamasına təminat verilir.
Həmin Məcəllənin 59.7.4-cü maddəsinə görə müxtəlif şəxslərin adından bir şəxs tərəfındən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfındən qoyulmuş imzalar etibarsız sayılır.
Həmin Məcəllənin 60.2.2-ci maddəsinə görə bu Məcəllənin 57-ci və 58-ci maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması namizədin qeydə alınmasından imtina edilməsi üçün əsasdır.
Seçki Məcəlləsinin 181-ci maddəsinə əsasən siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qruplan prezidentliyə irəli sürdükləri namizədin müdafıəsi üçün 40 mindən az olmayan sayda seçici imzası loplamahdırlar (181.1); Bir seçici yalnız bir namizədin müdafıəsi üçün imza ata bilər (181.2); Seçicilərin imzaları bu Məcəllənin 56 və 57-ci maddələrində göstərilən qaydada toplamr (181.3).
Həmin Məcəllənin 59.12-ci maddəsinə görə isə etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzaların sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır.
Azərbaycan Respublikası İPM-nin 11.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir; qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının kassasiya şikayətində hazırki iş üzrə keçirilmiş təkrar ekspertizanın müddətinin az olması, habelə təkrar ekspertizanın eyni qurumun (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin) işçiləri tərəfindən aparıldığı və bu əsasla əvvəlcədən obyektiv olmamasına dair gətirdiyi dəlillər əsassız olduğu üçün qəbul oluna və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün səbəb ola bilməz, belə ki, müvafiq ekspertiza araşdırmalarının hər hansı müəyyən müddət ərzində aparılması məsələsi qanunla nəzərdə tutulmamış, habelə hazırki halda müvafiq imzaları tədqiq edən şəxslər eyni qurumun ekspertləri olsalar belə, onlar obyektiv olmayan və qanunsuz (bilə-bilə yalan) rəy vermələrinə görə fərdi qaydada cinayət məsuliyyətinə cəlb olunacağı barədə məlumatlıdırlar, eyni zamanda həmin şəxslərin verdikləri ekspertiza rəylərinin yalan rəylər olması barədə iddiaçı hər hansı sənəd-sübutu məhkəməyə təqdim edə bilməmişdir.
Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir.
Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir.
Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 21.09.2013-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALIR
İddiaçı Əliyev Fuad Ağasi oğlu və vəkili Zülfüqarov Rüstəm Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsinin 21.09.2013-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Sədrlik edən: A.Hüseynov
Hakimlər: İ.Dadaşov
İ.Hüseynov
Göstərilən platformalarda paylaş: